erməni: "Bir azdan bizi də ruslara satacaqlar" - VİDEO
Ermənistan Parlamentini satqın olduğunu idda edən vətəndaşlar mübarizəyə hazır olduqlarını bəyan ediblər.
Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl Ermənistana səfəri zamanı iki ölkə arasında yeni qaz sazişi imzalandı. Daha dəqiq desək, Ermənistanın ArmRosqazprom şirkəti, əlində olan qalan dövlətə məxsus səhmlərin 20%- ni "Qazprom"a satdı.BiG.AZ azvision.az-a istinadən xəbər verir ki, Ermənistan parlamenti yerli sakinlərin kütləvi etirazlarına baxmayaraq sözügedən sazişi, o cümlədən "Ayrusqazard" şirkətinin səhmlərinin satılmasını təsdiqləyib. Bütün bunlar yerli əhalinin səngimək bilməyən etirazlarına səbəb olub. Erməni telekanalllarından birinin məsələ ilə bağlı Yerevan sakinləri arasında keçirdiyi sorğuda narazı vətəndaşlar deputatların bu addımını satqınlıq adlandırıblar.
"Ermənistan Parlamentində deputataların əksəriyyəti Rusiya ilə qaz sazişinin təsdiqləməklə bizi növbəti dəfə məyus etdi, xalq qəzəblənib"- Yerevan sakini bildirib.
Digərləri isə bu məsələdə hökumətlə mübarizəyə hazır olduqlarını qeyd edirlər: "Vətəndaş müharibəsinə belə hazırıq!"
Sarkisyan hökumətindən gileyli başqa bir erməni isə "bu cür yaşamaqmı olar, hər şeyimizi satıblar, bircə o qalıb ki, bizim özümüzü də ruslara satsınlar", - deyə qəzəbini ifadə edib.
Ermənistan Parlamentini satqın olduğunu idda edən vətəndaşlar mübarizəyə hazır olduqlarını bəyan ediblər.
Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl Ermənistana səfəri zamanı iki ölkə arasında yeni qaz sazişi imzalandı. Daha dəqiq desək, Ermənistanın ArmRosqazprom şirkəti, əlində olan qalan dövlətə məxsus səhmlərin 20%- ni "Qazprom"a satdı. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamenti yerli sakinlərin kütləvi etirazlarına baxmayaraq sözügedən sazişi, o cümlədən "Ayrusqazard" şirkətinin səhmlərinin satılmasını təsdiqləyib. Bütün bunlar yerli əhalinin səngimək bilməyən etirazlarına səbəb olub. Erməni telekanalllarından birinin məsələ ilə bağlı Yerevan sakinləri arasında keçirdiyi sorğuda narazı vətəndaşlar deputatların bu addımını satqınlıq adlandırıblar.
"Ermənistan Parlamentində deputataların əksəriyyəti Rusiya ilə qaz sazişinin təsdiqləməklə bizi növbəti dəfə məyus etdi, xalq qəzəblənib"- Yerevan sakini bildirib.
Digərləri isə bu məsələdə hökumətlə mübarizəyə hazır olduqlarını qeyd edirlər: "Vətəndaş müharibəsinə belə hazırıq!"
Sarkisyan hökumətindən gileyli başqa bir erməni isə "bu cür yaşamaqmı olar, hər şeyimizi satıblar, bircə o qalıb ki, bizim özümüzü də ruslara satsınlar", - deyə qəzəbini ifadə edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş