Park Cinema "47 ronin" filmini vaxtından əvvəl təqdim edəcək - FOTO
Dekabrın 27-də Park Cinema Metro Park-da "47 ronin" filminin premyeradan 5 gün öncə nümayişi keçiriləcək.BiG.AZ-ın məlumatına görə, "47 ronin" haqqında əfsanə roninlərin hökmdarının qətlinə görə hazırlanan və həyata keçirilən qisas planından bəhs edir. Hökmdarı itirən roninlər ölümə ölümlə qisas almağa söz verib və bilirdilər ki, buna görə onları edam gözləyir. Məhkəməsiz cəzaya görə məhkəmə qarşısında cavab verən roninlərə adi canilər kimi edam edilmə əvəzinə əsl samuraylara layiq seppuku, yəni intihar ayini keçirməyə icazə verirmişlər.
Filmin ssenarisi məhz bu əfsanəyə əsaslanır və premyerası 1 yanvar tarixinə təsadüf edir. Lakin Park Cinema eksklüziv olaraq "47 ronin" filmini premyeradan 5 gün tez nümayiş keçirəcək. 27 dekabr tarixində Park Cinema Metro Park-da xüsusi olaraq əsl kinomanlar üçün yalnız bir seans keçiriləcək.
"47 ronin" filmində rejissor Karl Rinş və ssenaristlər şərq süjeti xətti və qərb ekşn arasındakı balansı ustalıqla saxlaya biliblər. Qeyd edək ki, filmdə baş rolun ifaçısı Kianu Rivzdir. Maraqlıdır ki, istehsalçı Amerika janrı qaydalarına zidd olaraq faciəli sonluğu "happy end"-ə dəyişməyib.
Biletlər artıq satışdadır.
Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunmuşdur. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş