Qaraqan: "Günel və mən şounun qalibi olduq"-MÜSAHİBƏ

Qaraqan: "Günel və mən şounun qalibi olduq"-MÜSAHİBƏBiG.AZ xəbər verir ki,Elxan Zeynallı mövqe.az saytına açıqlama verib. Şounu tərk edən Qaraqan özünü və Güneli artıq qalib hesab etdiyini bildirib : " Hər kəsin qalib olma şansı var idi. Biz Günellə artıq qalibik. Amma digərləri məğlub oldu. Düzdür maşının sahibi kimsə olacaq. Amma bu o demək deyil ki, həmin kəs şounun qalibidir. Şounun qalibi Günel və mənəm".

Necə oldu ki, Qaraqan bu şouda iştirak etdi?

"Bu layihə çox maraqlı olduğu üçün mən iştirak etmə təklifini qəbul etdim. "Möhtəşəm Maşın" şou çox güclü əsl realiti-şoudur. Murad Dadaşova çox hörmət edirəm. Bu şouda ona görə iştirakı qəbul etdim ki, bu şou-proqram digərlərindən əsaslı şəkildə fərqlənir. Çox maraqlı idi".

Roza Zərgərlini şoudan kənarlaşdıran zaman dediyiniz sözlər düzgün anlaşılmadı. Və bunu bəlkə də bəhanə edərək sizi şoudan kənarlaşdırmaq qərarı alındı. Razısınızmı?

" Mən əvvəllər bu insanları tanımadığımı və onların məndən aşağı ağılda olduğunu düşündüyümü dedim. Amma onlarla yaxından tanış olan zaman onların iç dünyalarını bildim. Onların hər biri özünəməxsusluğu ilə seçilir. Sonra mən qeyd etdim ki, təəssüflər olsun ki, Azərbaycan tamaşaçısı onların iç dünyasını bilmək istəmir. Onlar təkcə şou, qalmaqal, onlardan meymunluq gözləyir. Mən o şouda bildim ki, bir xanım müğənninin 4 diplomu, bir kişi müğənnin isə 3 avtomobili, bir neçə villası var. O, da hansı əziyyətlə o avtomobilləri və villaları əldə edə bilməsi də çox maraqlı idi".

"Möhtəşəm Maşın"da avtomobili udmaq Qaraqan üçün nə dərəcdə vacib idi ?

"Mənim üçün avtomobil sadəcə hərəkət vasitəsidir ki, istənilən A punktundan B punktuna çatım. Mənim özümə də maraqlı idi ki, mən şounu necə tərk edəcəm, necə qalacam, kim məni sevəcək və ya əksinə... Bu əhval-ruhiyyə verən şeylər mənim üçün önəmli idi. Hüseynə qaldıqda isə mən ona kin, hirs bəsləmirəm. Nə mən onu, nə də ki, o məni təhqir etməyib. Mən belə düşünürəm. Sadəcə hər kəs öz rolunu oynadı".

Hansı iştirakçıların vicdanını maşın ətrafında dolanan zaman tapdınız?

"Adlar orada qeyd olunmamışdı. Onsuzda tamaşaçılara hər şey bəllidir. Mən orada çox şey gördüm. Necə deyərlər, arxaca çox lazımsız şeylər danışılır. Bunlar aydındır. Onların başqa təhsili var. Onlar başqa kitabları oxuyublar. Onlar başaqa həyat yaşayırlar. Mən hər şeyi başa düşürəm və adekvat qəbul edirəm. Kimsə onlara bunu söyləməli idi və mən bunda onlara kömək etdim".

Qeyd edək ki, Elxan Zeynallı "Möhtəşəm Maşın" realiti şousu zamanı əlini maşından çəkən zaman bu sözləri deyib: " Mən insanları özümdən aşağı görmürəm və heç kimi meymun adlandırmamışam. Dünən də söylədim ki, buraya gələndən sonra fikirlərim dəyişdi. Bu gözəl maşının ətrafında gəzəndə 5-6 vicdan tapmışam. Əgər kimsə vicdanını itiribsə, gəlib məndən götürə bilər. Sağolun mən getdim !".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 9584   Tarix: 25 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Evdə qalan" kişilərin şikayəti: Qadınlar bizi eybəcərləşdirdilər - VİDEO

Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər. Bu barədə "Daily Mail" xəbər yayıb. Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib

02.04.2020 4440
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152