Azərbaycanlı modelyer "The First " oldu - FOTO
Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilova uçuncü dəfə "The First" mükafatına layiq görülüb.
BiG.AZ-ın ailem.az-a istinadən məlumatına görə, "Xəyal production"nın təşkilatçılığı ilə keçirilən mərasimdə ən yaxşıları iştirak edib. Təntənəli mərasimə "Kaybolan yıllar" serialında baş rol ifaçısı, aktyor Saruhan Hünel, müğənni Əsli Hünel və bir çox tanınmış simalar qatılıb. Gecədə ictimai xadımlər, tanınmış sənətçilər, aktyorlar, idmançılar və biznesmenlər bu mükafata layiq görülüb.
Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadıblar.
"The First" mükafatlandırma mərasimi ilk dəfə 2009-cu ildə keçirilib.
Xatırladaq ki, mükafat alan Gülnarə Xəlilova 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixoloqiya fakultəsinə daxil olub. 1993-cü ildə universiteti müvəffəqiyyətlə bitirib.
Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2002-ci ildə moda evi təsis edərək modelyer-dizayner fəaliyyətinə başlayıb. Hazırda "Gülnarə Xəlilova moda evi"-nə rəhbərlik edir. Bu dövrdə respublikanın tanınmış sənət adamları ilə iş birliyi qurub. Bunların sırasında xalq və əməkdar artistlər, tanınmış müğənnilər və aparıcıları qeyd etmək olar.
2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam kimi çalışır, teatr səhnəsində qoyulan tamaşaların geyimlərinin tərtibatı və hazırlanmasına rəhbərlik edir. Bundan başqa, kinematoqrafiya sahəsində də işlər görüb. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bir necə filmin geyim üzrə rəssamı olub. 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır. Bir çox konfrans və simpoziumlarda iştirak edib.
Onun aldığı mükafatlar sırasında "İlin paltarı" (Bakı, 2002), "Bakı Payızı" (Bakı, 2002), "Mətbuatın Dostu" (Bakı, 2006, 2010), "İlin İşgüzar Xanımı" (Bakı, 2007,2009,2010), "İlin Dəbli Personası" (Bakı, 2007,2008,2012), "İlin Modelyeri" (Bakı, 2007), "Uğur Zirvəsi" (Bakı, 2009), "Qızıl Buta" (Bakı,2012), "Azərbaycan Bayrağı" (Bakı, 2011), "İlin Ən Gözəl Ziyafət Geyimi" (Çin Xalq Respublikası, 2010), "Yılın En İyi Modacısı" (Kəmər, Türkiyə, 2012) var.





BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 8505 Tarix: 27 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tezbazar.Az - Elektronika , telefon, komputer satışı və elanları
Pulsuz elanlar saytı -ın elektronika bölməsində elektronika ilə bağlı elanlar xidmətinizdədir! Buraya telefonlar, telefon aksesuarları, nömrələr, kompüterlər, kompüter aksesuarları, oyunlar, pultlar və proqramlar, audio və video, fotokameralar, televizor, paltaryuyan maşın, kondisioner, soyuducu və qabyuya
22.02.2026 333 Bu adada yalnız kişilər yaşayır - Qadınların girişi niyə QADAĞANDIR?
Avropanın mərkəzində, müasir dövrdə hələ də tətbiq olunan qeyri-adi bir qayda var: qadınların girişinə qadağa. Pravoslav dünyasının müqəddəs mərkəzi olan Aynoroz həm tarixi, həm də mübahisəli tətbiqləri ilə gündəmdədir. bu qadağanın arxasında duran dini və tarixi səbəbləri təqdim edir. Yunanıstanın şimal-şərqində
22.02.2026 385 Tezbazar.Az - Evlər, mənzillər və bağ evi elanları
ın Ev və Bağ kateqoriyasında həm bina, həm həyət evi, həm də villa və bağlar üçün lazım olan hər bir əşya və evlərin təmiri ilə bağlı elanlar yerləşdirilib. Bu kateqoriyanın özünün də bölmələri var: İnşaat və təmir, Mebel və interyer, Məişət texnikası, Bitkilər, Qab-qacaq və mətbəx ləvazimatları. Bi
17:06 1354 Qramla satılan ətir, yoxsa xərçəng və sonsuzluq riski? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Qramla ətir satışı bu gün alıcıların tələbatını ödəyən əsas seqment sayılır. Lakin alıcılara təklif olunan məhsulun keyfiyyəti, mənşəyi və tərkibi ilə bağlı fikirlər birmənalı deyil. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Azərbaycanda qramla ətir satışı getdikcə populyarlaşır
22.02.2026 358 Mətbəx çanağına qaynar su tökənlərin nəzərinə: XƏRCƏ DÜŞƏ BİLƏRSİNİZ
Çox vaxt makaron suyunu süzərkən və ya tıxanmış boruları açmaq məqsədilə çanağa qaynar su tökürük. Lakin Dr. İbrahim Alataş bildirir ki, bu "sadə" görünən hərəkət əslində evinizin santexnika sisteminə bomba qoymaq kimidir. xəbər verir ki, müasir binaların əksəriyyətində santexnika borular
22.02.2026 537 Avtomobil eksperti təkərlərdəki uğultunun səbəblərini sadalayıb
"Təkərlərin səsi həmişə onların keyfiyyəti ilə bağlı olmur. Çox vaxt problem avtomobilin sazlanmasında və səs izolyasiyasının zəif olmasında gizlənir". xəbər verir ki, bu barədə "Qazprombank Avtolizinq" şirkətinin idxalçılarla iş üzrə idarə rəhbəri Aleksandr Kornev təkərlərin niy
22.02.2026 363 Tezbazar.Az - Pulsuz Elanlar Saytı
Azərbaycanda pulsuz elanlar saytı ilə siz gündəlik Alqı satqı əməliyatlarınızı asanlıqla edə bilərsiz. Daşınan və ya daşınmaz əmlakınızı satmaq üçün hansısa şəxsə və ya şəxslərə müraciət etməyə artıq ehtiyac yoxdur! Onlayn elanlar platforması olan bu tip məsələlərdə köməyinizə çatacaq. Saytımızda ela
21.02.2026 2320 "WhatsApp"a yeni funksiya GƏLDİ
"WhatsApp" tətbiqində qrup çatlarının idarəetmə imkanlarını genişləndirən yeni funksiya istifadəyə verilib. bildirir ki, yeniliyin tətbiqi barədə məlumat xidmətin rəsmi saytında dərc olunub. Yeniliyə əsasən, qrup administratorları və iştirakçıları yeni qoşulan istifadəçilərə 100-ə qədər so
21.02.2026 395 Azərbaycanda qəbir daşına ELƏ SÖZ YAZILDI Kİ, iş məhkəməyə kimi getdi
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub. BİG.AZ Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən
22.02.2026 906