At hansı müğənnini muradına çatdıracaq? - SORĞU

At hansı müğənnini muradına çatdıracaq? - SORĞUQarşıdan at ili gəlir. Sənət əhli yeni ildə atdan murad diləyəcəklər. Onlarla keçirdiyimiz kiçik sorğuda bu diləyin nə olduğunu öyrəndik.

İstanbuldan telefonumuza cavab verən İradə İbrahimovanın əsas arzusu insanları xoşbəxt görməkdir:

"Mən insanları xoşbəxt, pozitiv görəndə, öz əhval-ruhiyyəm də buna köklənir. Eyni zamanda sənətimlə bağlı planlarım var. Bu barədə açıqlamalarım olub. İnşallah, at ilində onların bəhrəsini görərəm".

Ayan Babakişiyeva son günlərini yaşayan ilan ilindən məmnun qaldığını xatırlatdı:

"Bu il mənim ilim oldu. Çox da düşərli idi. Atı çox sevirəm, vəfalı heyvandı. İnşallah, qismətimdə nə varsa, at muradıma çatdırar".

Müğənni Rəqsanə İsmayılova ilan ilində Türkiyə ilə yollarını sıx bağladı:

"Ən başlıcası hamı ilə yanaşı özümə can sağlığı arzulayıram. Bir ildir bir neçə layihəmin həlli üçün Türkiyəyə dəfələrlə səfərlərim oldu. Artıq onları üzə çıxarmağa hazırlaşıram. Zəhmətimin bəhrəsini at ilində görəcəyəm".

Aysel Əlizadə həm şəxsi həyatında, həm də sənətində arzularının olduğunu dilə gətirdi. Subay xanım bunları dedi:

"İnşallah, gözəl ailəm olsun. Eyni zamanda sənətimdə daha böyük layihələr düşünürəm. Bu il dayanmadım. Yeniliklərim oldu. Yenidən Türkiyədə klip çəkilişinə hazırlaşıram. At ilində bu muradımın həyata keçməsini arzu edirəm".

Sevinc Musayevanın da fikri maraqlı oldu:

"At məni arzu etdiyim layihəmə çatdırsın. Elə bir layihə ki, orada mən bütün istəyimi, ruhumu əks etdirəcəyəm. Bu layihə 1 ildir yuxularımda, ağlımdadır. Əgər onu həyata keçirə bilsəm, elə bilərəm ki, dünya mənimdir. Atın onu bəyənəcəyinə əminəm".

Sima Qasımova arzularını yumor üzərində qurdu:

"At məni sənətimdə ən yüksək nöqtəyə çatdırsın. Ata deyirəm ki, məni belindən endirib, uzunqulağa mindirməsin".

Humay Qədimova da şəxsi həyatında özünə şans diləyir:

"Sənətimdə müəyyən irəliləyişim olub. Amma qohum-əqrabam, xüsusilə də anam israrla ailə həyatı qurmağımı istəyir. Allah qismət eləsin, at ilində onları arzusuna çatdırmaq istiyərəm".

Cəvahir Abdulova isə atdan daha böyük dilək dilədi:

"Sənətimdə böyük bir sıçrayış ola bilər. Bunu da at ilində gözləyirəm. Çox məhşur sənətçi ilə bir səhnədə konsert ideyası ortaya çıxıb. Amma baş tutub-tutmayacağı şansa bağlıdır. Atdan bu diləyimə çatdırmağını arzu edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2773   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1034
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 438
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 283
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 384
.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 401
.

"Ölü qadının ruhu içimə girdi" - Kobra Muratdan ŞOK açıqlama

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə "vergi verilməsindən" danışıb. -ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib. "17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nən

19:00 251
.

Yenidən "Yalı çapkını"nda rol alacaqlar - Foto

"Yalı çapkını" serialının heyətində dəyişiklik edilib. Axşam.az-ın məlumatına görə, aktyor Baran Bölükbaşı ("Tarık") və Ediz Akşehir ("Saffet") ekran işinə geri dönüb. Onlar layihənin sonuncu təqdim olunan bölümündə yer alıblar. Qeyd edək ki, serialın baş rollarını Afr

13:00 344
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 439
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2715