Ruhi: "Mən varlı qadın deyiləm, sadəcə

Ruhi: "Mən varlı qadın deyiləm, sadəcə"Əvvəllər tamam başqa işlə məşğul idim, orada özümü tapa bilmirdim, iş qadını kimi özümü daha uğurlu hesab etdiyim üçün bu sahəni seçdim və çox məmnunam. Gördüyüm iş əsasən qadınlara xasdır, ziynət əşyaları satışı ilə məşğuluq".

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, "Bunker" verilişinin qonağı olan "Özünə bax" layihəsinin siması Ruhi deyib.

Onun sözlərinə görə, çox az qadın öz zövqündən bəhrələnə bilir: "Amma hər halda qadın daha zövqlüdür. Kişiləri evdə qadınlar yola salmasa, zövqlə geyinib işə gedə bilməzlər. Kişilərin də qadınlara ehtiyacı var. Ən zövqlü, ən ağıllı kişilər elə Azərbaycan kişiləridir. Ən fədakar, ən ailəcanlı, ən yaxşı ana Azərbaycan qadınıdır".

Ruhi hesab edir ki, iş qadını olmaq o qədər də rahat deyil: "Bir ildir ki, ana olmuşam. Həm ana olmaq, həm də iş qadını olmaq çox çətindir. Hərdən balalarıma az vaxt ayırıb işimlə məşğul oluram, onlarla məşğul olanda işi unuduram. Nə qədər köməkçi də olsa, işin içində özün olmalısan, o cümlədən ailədə. Evdə də kömək eləyən var, uşaqlara da dayə baxır, amma yenə ana lazımdır".

Çox şeydən zövq ala bildiyini deyən Ruhi ən çox övladlarından zövq aldığını dilə gətirib: "Əhvalımı yalan korlaya bilər. Kimisə aqressiv görəndə əhvalım korlanır. Aqressiv insanları təmizləyirəm ətrafımdan. Dostlara, sədaqətli dostlara ehtiyacım var. Dedi-qodu gəzdirənlərdən, ikiüzlü insanlardan uzaq olmaq istəyirəm. Hərdən alınır, hərdən yox.
Dənizlə danışmağı sevirəm. Elə şeylər var ki, insanlara bölüşə bilmirsən, dənizlə bölüşürsən. Əvvəllər çox çılğın idim. İndi övladlar sakitləşdirib məni. Vaxtım olanda anama baş çəkirəm, dostlarla görüşürəm, balalarımla oluram. Öz layihəmlə görünürəm efirlərdə. Maarifləndirici, düzgün geyim, davranış qaydalarına dair bir verilişdir. Mənə dəb ikonası deyiblər, bu addan sonra daha da məsuliyyətliyəm ki, adı doğruldum. Azərbaycan xanımları makiyajı sevirlər, amma o qədər gözəldirlər ki, istifadə etməsələr də olar. Xanımlığı qorusunlar, yetər".

Ruhi zümrüd daşını çox sevdiyini deyib: "Qədim zamanlarda şahlar öz xanımlarına sevgilərini zümrüdlə bildiriblər. Həm bədnəzərdən qoruyur, həm də əsil zümrüd daşı qadının üstündə rəngbərəng olur, yəni qadının əhvalını özündə əks etdirir. İnsanlar arasında sevgi yaradır. Yaqut daşı xərçəngin qarşısını alır. Ən bahalı şərablarda yaqut daşının tozundan istifadə edilir. Hindistanda ilk evlilikdə qadına hökmən yaqutdan zinət əşyası aparırlar. Mirvari mənim daşımdır. Bədəndə ləkələri, zob xəstəliyi olan qadınlara çox kömək edir. Kişilərin daşı sapfirdir. Çəhrayı, ağ, hava rəngli sapfirlər var. Kişilər üçün ən gözəl sapfir tünd göy rəngdədir. Ən bahalı daş brilyantdır. Almaz brilyantın təmizlənməmiş variantıdır".

Müğənni sırğa taxmağı sevdiyini deyib: "Sırğa taxanda rahat oluram. İstanbulda yaşamaq istəyərəm. Bəlkə dinimiz, dilimiz birdir, istiqanlıdır insanlar, ona görə. Orda olanda beynim çox rahat olur. Mən varlı qadın deyiləm, sadəcə elə görünürəm. Həyatımda narahat verici heç nə yoxdur. Ən ümdə arzum ana olmaq idi, şükürlər olsun oldum. Bundan sonra ancaq övladlarımın gələcəyini düşünürəm".

Ruhi hər qadının gözəl olduğunu deyib: "Hansısa qəzadan rəbbim gözəlliyimi əlimdən alarsa, yenə şükür edərəm. Yaşlaşmaqdan qorxmuram, 50 yaşda da 30 yaşdakı görünmək mümkündür. Hər yaşın da öz gözəlliyi var. Əsas odur daxilən qocalmayasan. Arsız insanlar da var, hər şeyi qəlbinə salanlar da. Gərək heç nəyi yaxın qoymayasan qəlbinə. İnsan olan kəs fikirlərlə yaşayır, fikir eləməyən insan şüursuzdur".

Ruhi mətbəxdə olmağı çox sevir: "Dadlı yeməklər bişirirəm, amma çox az. Vaxtım olmur. Dovğanı, xəngəli özüm hazırlayıram, ancaq soğanı başqasına doğradaram. Xəngəli çox xoşlayıram. Bəzən yayda da xəngəl yeyirəm. Üstünə çox ət tökəndə xoşlamıram, yağla qurudla xoşlayıram. "Yanıq Kərəm" havasını çox sevirəm, ümumiyyətlə musiqini sevirəm, amma səsli-küylü olanları yox".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8142   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 833
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

05.05.2024 1878
.

Nihat Doğan boşanır

Türkiyəli müğənni Nihat Doğan və yoldaşı Arzu Doğan boşanmaq qərarı verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Boşanmağa səbəbin qısqanclıq olduğu iddia olunur. Qeyd edək ki, cütlük 2 il əvvəl evlənib

07.05.2024 726
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 779
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 3622
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 5125
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 1170
.

Hüsniyə Məhərrəmli: "Mən Masazırdan təzə çıxmışam" - FOTO

Aparıcı Hüsniyə Məhərrəmli "Instagram" hesabında diqqət çəkən paylaşım edib. xəbər verir ki, aparıcı Amerikada doğum günü məclisinə qatılarkən, ona çox bəzənməməyi tapşırdıqlarını söyləyib. "Sergionun ad gününə gedirəm. Deyiblər, sadə geyin, bura Amerikadır, çox bəzənmirlər. Mən Masazırda

06.05.2024 1129
.

Murad Yıldırım "Teşkilat"dan gedir

"TRT 1" kanalında yayımlanan "Teşkilat" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə baş rolu canlandıran Murad Yıldırım vida edəcək. Qeyd edək ki, ekran işi 11-ci bölümdə mövsüm finalı edəcək

05.05.2024 360