Piza qülləsi. Qüllənin yaranma tarixi

Piza qülləsi. Qüllənin yaranma tarixiBiG.AZ modern.az-a istinadən bildirir ki,Piza qülləsi İtaliya şəhəri Pizanın ən məşhur abidələrindəndir.

Bu abidə zəng formasında olub yıxılan qüllə də adlanır. Həmçinin bu qüllə Piza kilsələr qrupunun bir hissəsi hesab olunur. Qüllə "Möcüzələr meydanı" da adını almış ərazinin tərkibinə daxildir.

Piza qülləsinin tarixinin 750 il olduğu təxmin olunur. Qüllənin unikallığı həm də onun yana doğru əyilmiş formada olmasıdır və bu xüsusiyyət ona bu adı qazandıraraq dünyada məşhur etmişdir. Bəs bunun səbəbi nə ilə əlaqədardır?

Tarixə istinadən deyilir ki, qüllənin bu formada olması əvvəlcədən belə planlaşdırılmışdır, lakin bu fakt sonralar öz əksini tapmamışdır. Daha bir fərziyyəyə əsasən 1173-cü ildə qüllənin təməli qoyularkən bünövrə əyri qoyulmuş və buna görə də tikinti 100 il müddətinə təxirə salınmışdır. Abidə bərpa olunduqdan sonra onun cənuba doğru əyilməsi aydın olaraq müşahidə olunmağa başladı. Qüllənin baş memarları olan Bonnano Pizano və Vilhelm fon İnnsburqa öz əməklərinin nəticəsini görmək nəsib olmadı.

Piza qülləsi silindr formasında, roma-pizan üslubunda tamamlanmışdır və 8 pillədən ibarətdir. Aşağı pillə olan zəng qülləsi 15 yarım sütunlarla bəzədilib. Yuxarı hissədə kiçik zənglərlə bəzədilmiş böyük kilsə zəngi yerləşir. Yuxarı pillə də zənglərlə bəzədilmişdir və mənzərəli meydanı vardır. Bu meydana aparan 294 pillədən ibarət olan burma pilləkən də quraşdırılmışdır. Qüllə mərmər və daşdan, mərkəzi silindr isə kərpicdən tikilmişdir. Bu abidə ağ və açıq-boz mərmərlə bəzədilib. Giriş hissədə Madonna və uşaq heykəli qoyulmuş, çıxışda isə möhtəşəm heyvan barelyefləri təsvir olunmuşdur. Piza qülləsinin yüksək hissəsinin hündürlüyü 55 metr, aşağı hissəsinin hündürlüyü isə 56 metrdir. Qüllənin diametri 15 metr olub, divarlarının eni yuxarı hissədə 2,48, aşağı hissədə isə 4,09 metr təşkil edir. Piza qülləsinin kütləsi isə 14450 tondan ibarətdir.

Qüllənin yana doğru əyilməsi dəqiqləşdirildikdən sonra ona mütəmadi olaraq nəzarət olunmağa başladı. Qüllə il ərzində 1,2 millimetr yana doğru əyilir və inşa edildiyi tarixdən etibarən bu günümüzə qədər mərkəzdən 5,3 metr əyilmişdir. Hər il keçdikcə qüllənin əyilməsi sürətlənir və bu da artıq ciddi narahatlıqlar doğurur.

Bünövrənin bərpasına böyük miqdarda vəsait xərclənir və bu yaxınlarda qüllənin dağılmış sütunları dəyişdirildi.

Buna baxmayaraq Piza qülləsi turistlərin ziyarəti üçün açıqdır. Turistlər böyük məmnuniyyətlə bu abidəni seyr etməyə gəlirlər və bu qülləni bir memarlıq möcüzəsi hesab edirlər.

1986-cı ildə Piza qülləsi, Kafedral Kilsə və baptist məbədi YUNESKO-nun ümumdünya irsi siyahısına daxil edilmişdir və bu abidə hər il dünyanın hər yerindən milyonlarla turistləri özünə cəlb edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3541   Tarix: 24 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

TOP MP3