Çingiz Mustafayev Honq Konqa gedir

Çingiz Mustafayev Honq Konqa gedir

Müğənni Çingiz Mustafayev Honq Konqa gedir.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, sənətçinin səfərinin məqsədi orada konsert verməkdir. Bu haqda müxbrimizlə söhbət edən Çingiz yanvarın 2-də yola düşəcəyini bildirib:

“Orada çox az sayda azərbaycanlı var. Onların qarşısında konsert proqramı ilə çıxış edəcəyəm. Gecədə mənimlə yanaşı, digər ölkələrdən olan müğənnilər də mahnılar səsləndirəcək. Bundan əvvəl isə Yeni il günü Rusiyaya yollanacağam. Oradan aldığım təkliflərdən birini qəbul etmişəm”.

2014-cü il planlarından söz açan Çingiz solo konsert verəcəyini və əməkdar artist Tünzalə Ağayeva ilə duet oxuyacağını deyib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1220 Tarix: 23.12.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
RamZ
RamZ 23.12.2013
indiki oxuyanlar (yeni ki agzini acib-baglayanlar) beyem bileceriden o terefe kece bilirler ki?


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər