Milli Qəhrəman Riad Əhmədovun doğum günüdür

Milli Qəhrəman Riad Əhmədovun doğum günüdürXalqımızın qeyrətli oğlu "Daşaltı əməliyyatı"nda itkin düşüb.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.

O, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1976-1979-cu illərdə Azərbaycan SSRİ Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin Nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə Təhlükəsizlik Orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub. Təhlükəsizlik Orqanlarında qüsursuz fəaliyyəti və xidmətdə əldə etdiyi önəmli nəticələrə görə dəfələrlə təşəkkürə, həmçinin 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin 70-ci ildönümünə həsr olunmuş xatirə medalına layiq görülüb.

1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib, bir sıra kəndləri düşmən tapdağından azad edib, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən R.Əhmədov 1992-ci il yanvar ayının 25-də "Daşaltı əməliyyatı"nın gedişində itkin düşüb.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 07 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Əhmədov Riad Fikrət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4134   Tarix: 20 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 85
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 1
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 188
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:37 155
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 185
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 228
.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

14:28 159
.