Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!

Azərbaycan yol polisi müraciət etdi: Artıq bəsdir!"Azərbaycan yol polisi piyadaların ölümü hallarının artması ilə bağlı sürücülərə və piyadalara müraciət edib"

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycanda son zamanlar piyadaların iştirakı ilə baş verən hadisələrin, eləcə də ölən və xəsarət alanları sayı artıb. Artıq hər ay ən çox hadisə piyadaların vurulması ilə bağlı olur ki, bu da çox ciddi narahatlıq doğurur.

K.Əliyev deyib ki, hesabat dövründə yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı 108 min protokol tərtib edilib: "Buna baxmayaraq, təəssüf ki, piyadalar yol hərəkəti qaydalarına laqeyd yanaşır, həyatlarını təhlükə altında qoyurlar. Piyadalarımız bir az da diqqətli olmalıdırlar. Yolu keçərkən əvvəla fikir verməlidirlər ki, haradan keçirlər. Yolu necə gəldi keçməsinlər, xüsusilə günün qaranlıq saatlarında diqqətli olmalıdırlar. Başa düşməlidirlər ki, yolu keçərkən onların düşündüyü kimi, avtomobilin sürücüsü hər zaman onları görmür, bəzən qaranlıqda yolda sürücünün görmə qabiliyyəti məhdudlaşır, çətinləşir. Xüsusilə də yağmurlu hava şəraitində. Ona görə də piyadalar yolu keçərkən özlərini, övladlarını, valideynlərini də düşünsünlər".

K.Əliyevin sözlərinə görə, təkcə dünən, dekabrın 9-da republikada 23 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Onlardan 5 hadisə məhz piyadaların vurulması ilə bağlı olub. Bu zaman 2 piyada ölüb, 3 nəfər yaralanıb. Dekabrın 8-də isə 13 hadisə olub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb. Orada da 3 hadisə piyadaların vurulması ilə bağlı olub.

DYP sözçüsü, həmçinin sürücülərə müraciət edərək onları sürət həddinə diqqət etməyə və ötmə qaydalarını yerinə yetirərkən tələsməməyə çağırıb: "Tələsmək insanı heç də hər zaman mənzil başına vaxtında çatdırmır. Avtomobili yüksək sürətlə idarə etməklə, qaydanı pozaraq ötüb keçməklə mənzil başına tez çatmayacaqlar. Onsuz da, qaydanı pozanla pozmayanın arasında maksimum 2-3 dəqiqə fərq olur. Yəni ötmə əməliyyatını aparan, sürət həddini aşan insan normal vəziyyətdə hərəkət edən iştirakçıdan 5 dəfə artıq risk edir. Onun 1 dəfə bəxti gətirə bilər, 2 dəfə bəxti gətirər, amma 3-cü dəfə mütləq o, bir hadisə törədəcək. Bununla da özünə və ətrafındakılara təhlükə yaradır. Artıq bəsdir! Camaat fikirləşməlidir ki, axı mən hara gedirəm, hara tələsirəm, niyə tələsirəm. Gedib mənzil başına 2-3 dəqiqə tez çatmaq kimə nə verib? Niyə buna görə özünün və başqalarının həyatı ilə risk etməlidir? Bax, bizdə bu hadiələrin çoxu tələsməkdən yaranır. İstər piyada olsun, istəsə də sürücü olsun".

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən qəzalar hadisələrin ümumi sayının 38,1 faizini təşkil edir. Hesabat dövründə piyadaların vurulması ilə bağlı 1010 fakt qeydə alınıb. Bu zaman 364 nəfər ölüb, 728 nəfər yaralanıb. Ötən ilin analoji dövrü ilə müqayisədə belə hadisələrin sayı 46, ölənlərin sayı 12, yaralananların sayı isə 38 fakt çoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1473   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 147
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 149
.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 145
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 179
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 402
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

28.04.2024 272
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 176
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 150