Varlı qadınları bəzəyən ən bahalı brendlər
GUCCİ - İllik gəliri 12,6 milyard dollar
Gucci 2013-cü ilin gəlir rekordçusu kimi siyahının başında gəlir. Gucci İtaliyanın ən bahalı markalarından biridir. Təkcə keyfiyyətli geyimləri ilə deyil, istehsal etdiyi dəri məhsulları ilə də tanınır. Bundan əlavə moda dünyasında öz hökmünü yeridən markalardan biridir. Təməli Guccio Gucci tərəfindən 1921-ci ildə Floransiyada qoyulub. Dünyada təxminən 275 mağazası var. Məhsullarının bir qismini isə yüksək keyfiyyətli mağazalarda satılır.
CHANEL – İllik gəliri 6,9 milyard dollar
Alain və Gerard Vertheimerin sahib olduğu özəl fransız markasıdır. Alain və Gerard Vertheimerin nəvələri Pierre Vertheimer, Gabrielle Bonheur Chanel ilə tanış olduqdan sonra ortaq iş qururlar. Chanel məhsulları ilə "haute coture" yəni, yüksək keyfiyyətli tikişlər, modaya uyğun və yaxşı dərzilik qabiliyyəti ilə hazır geyim sənayesində uğur qazanır. Təkcə geyim sahəsində deyil, hər cür aksessuar və əşyaların da dizaynerliyini edən Gabrielle öz məhsulları ilə qürur duyduğunu hər fürsətdə dilə gətirir. Gabrilelle və Koko Chanelin qadınlar üçün gördüyü xidmətləri saymaqla bitməz.
PRADA – İllik gəliri 2,15 milyard dollar
Prada bahalı İtaliya markasıdır. Pradanın əsası Mario Prada tərəfindən 1913-cü ildə qurulub. Fəaliyyətinə dəri mağazası, həm də yüksək keyfiyyətli dəri məhsulları satan marka kimi başlayır. Sonralar Muuccia Pradanın işi öz əlinə keçirməsi ilə hazır geyim sənayesinə başlayır. Prada sadəlik, dayanıqlı keyfiyyətli məhsulları ilə tanınır. Deyilənlərə görə illik gəliri 2,15 milyard dollardır. Bu gəlirlə siyahının 3-cü pilləsində qərarlaşıb.
ARMANİ – İllik gəlir 2, 10 milyard dollar
2013-cü ilin ən bahalı geyim markalarından biri də Armani, eyni zamandan dünya miqyasında tanınan və sevilən brenddir. Giorgio Armani, Armani Collezioni, Armani Exchange ve Emporio Armani də Armaniyə daxildir. Şirkət alıcılarına saat, kosmetika, ayaqqabı, aksessuar, eynək və başqa məhsullar təqdim edir.
GUESS – İllik gəliri 1,2 milyard dollar
Guess Amerika markasıdır. Diqqət etdinizsə, siyahıda başqa Amerika markası yoxdur. Guess 1981-ci ildə Los Ancelesdə fəaliyyətə başlayıb. Guess məhsullarını əsasən orta yaşlı qadınlar üçün nəzərdə tutub. Marka saat, parfum, aksessuar və məhsullar da satmaqdadır. Calvin Klein, Diesel və Gap kimi markalar çıxdıqdan sonra Guessin satşı aşağı düşür. 2000-ci illərin əvvəllərində böyük dönüş edir. Belə ki, əvvəlki nüfuzunu və alıcılıq qabiliyyətini bərpa edir.
DOLCA & GABANNA – İllik gəliri 1,120 milyard dollar
1980-ci ildə Domeniko Dolce və Stefano Gabannanın Milanda tanış olmağı ilə markanın təməli qoyulur. Eyni ilin ortalarında cütlük əvvəlcə qadın, sonra isə alt geyiminin istehsalına başlayır. Beləcə, marka qısa müddət ərzində tanınan markalar arasında özünə yer açır. İlk vaxtlarda daha çox rəsmi geyimlər satışa buraxsa da, sonradan şəhərli qadınlara xitab edən və dəbə yön verən marka oldu.
CHRİSTİAN DİOR – İllik gəliri 971 milyon dollar
Fransız firması Dior 1946-cı ildə Christian Dior tərəfindən yaradılıb. Sofistik və modern üslubu ilə qadınların ürəyinə yol tapıb. Dünyanın əksər ölkələrində ən çox maraq duyulan markalardan biridir.
VALENTİNO – İllik gəliri 850 milyon dollar
Valentino Garavani tərəfindən 1959-cu ildə qurulan şirkətin baş ofisi Milandadır. 1962-ci ildə Florensiyada dəfiləyə çıxardığı kolleksiya ilə qadınları özünə valeh edir. Bu dəfilə uğurlu olur, 1967-ci ildə Garavani "Neiman Marcus" mükafatına layiq görülür. Mükafatdan sonra məhsulların satışında artım görülür. Və beləcə Valentino zəngin qadınları bəzəyən markaya çevrilir.
FENDİ – İllik gəliri 800 milyon dollar
İtaliyanın sevilən moda evlərindən biri də Fendidir. Fendi dəbdəbəli geyimləri ilə tanınır. Xüsusən də Fendi çantaları müştərilərin diqqətini daha çox çəkir. Fendinin tarixi digər markalara baxanda çox qədimdir desək, yanılmarıq. 1925-ci ildə Romada Edoardo və Adele Fendi tərəfindən açılan kürk və dəri mağazası hazırda beynəlxalq şirkət olan Louis Vuitton Moet Hennessy tərkibindədir. Marka təkcə kreativ əl çantları ilə deyil, müştərilərə təqdim elədiyi başqa alternativlərlə də diqqət çəkir. Dünyanın bir çox ölkələrində mağazaları fəaliyyət göstərir.
VERSACE – İllik gəliri 640 milyon dollar
Versace, Giani Versace tərəfindən 1978-ci ildə qurulub. Təkcə İtaliyanın deyil, başqa ölkələrin qadınları tərəfindən də çox bəyənilir. Versace həm kişi, həm də qadınlar üçün keyfiyyətli geyim, aksessuar, makiyaj və mebel istehsalı ilə məşğul olur. 1997-ci ildə Gianni Versacenin ölümündən sonra bacısı Donatella Versace kreativ ideyaları ilə çıxış edir. Versace ən çox tələb olunan markalardır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










