Dünyanın 10 ən varlı idmançısı

Dünyanın 10 ən varlı idmançısıOnuncu yer. Aleks Rodriqes (36 milyon)

Bizim həmvətənlərimizin əksəriyyətinə bu ad heç də tanış deyil. Amma öz vətənində, yəni Amerika Birləşmiş Ştatlarında o, yetərincə məşhurdur və pərəstişkarlarının sevgisinə malikdir. Məsələ ondadır ki, onun təmsil etdiyi idman növü -beysbol əsasən Amerikada populyardır. Onu hətta ABŞ-ın milli oyunu da adlandırmaq olar.

36 yaşlı «New York Yankees» oyunçusunun bir sıra professional nailiyyətləri vardır: bu sırada böyük nüfuzlu "qızıl əlcək" mükafatını da qeyd etmək olar, o iki dədə 2002 və 2003-cü illərdə bu mükafata layiq görülüb. Məşhur pleyboy idmançının adı daima birinci dərəcəli Hollywood ulduzları ilə bərabər müxtəlif sevgi romanlarında hallanır.

Dünyanın 10 ən varlı idmançısıDoqquzuncu yer. Peyton Menninq (38,1 milyon)

ABŞ bayrağını təmsil edən daha bir ənənəvi idman növünün nümayəndəsi. Bu dəfə isə söhbət amerikan futbolundan gedir. Bütün dövrlərin ən yaxşı kvoterbək-lərindən (Quarterback) biri olan Peyton öz sahəsində aldığı nüfuzlu mükafatların sayına görə də rekord vurmuşdur.

2011-ci ilin yekunlarına görə onun ilk onluğa düşməsi sübut edir ki, öz maliyyə statusunu quruyub saxlamaq və həmçinin də artırmaq üçün canlı əfsanəyə heç də oyunlarda iştirak etmək tələb olunur. Peyton ötən mövsümü boynundakı zədəyə görə buraxmalı olmuşdur. Amma bu, ona öz var-dövlətini nəzərə çarpacaq qədər artırmağa heç də əngəl olmadı.

Uzun illər ərzində o cəmi bir kluba «Indianapolis Colts» sadiq olmuşdur. Bu komanda ilə idmançı 1998-ci ildən bəri əməkdaşlıq edirmiş. Amma o, 2012-ci ilin mart ayında klubu qalmaqallı şəkildə tərk etdi, indi o özünə yeni komanda axtarır. 35 yaşlı idmançı karyerasını başa vurmaq haqqında hələ ki, düşünmür.

Dünyanın 10 ən varlı idmançısıSəkkizinci yer. Kriştianu Ronaldo (38,8 milyon)

Bu idman növünün yarandığı andan bu günə qədər mövcudluğu tarixi ərzində ən bahalı futbolçu olan Ronaldo yenə də öz ulduz statusunu təzələdi. O, öz azərkeşlərinin sevincinə səbəb olaraq hələ ki, idmandan uzaqlaşmaq və yığdığı sərvətlə dolanmaq fikrində deyil, o hələ də tarixin ən istedadlı oyunçularından biri kimi öz şöhrətini qorumaqda davam edir. Bu il keçirilən Avropa çempionatı Ronaldonun hələ də çox yaxşı formada olduğunu sübut edir.

O, ötən ili "Qızıl Butsların "sahibi kimi başa vurmuşdur. İspaniya çempionatının bombardiri və «Real Madrid» komandasının tərkibində İspaniya kubokunun sahibidir.

Gözəl sərgilənən oyunlardan əlavə «Mister Kəpək» fəal şəkildə reklam çəkilişləri ilə məşğuldur, bu isə ona inanılmaz dərəcədə əlavə gəlirlər qazandırır.

Dünyanın 10 ən varlı idmançısıYeddinci yer. Lionel Messi ( 43,8 milyon.)

İspaniyanın «Barcelona» klubunun hücumçusu istedadına və bir oyunçu kimi keyfiyyətlərinə görə Ronaldodan heç də geri qalmır. Ötən il İspaniya Çempionatının ən yaxşı bombardiri titulunu onlar haqlı olaraq öz aralarında bölüşdürdü. UEFA-nın versiyasına əsasən Messi Avropanın ən yaxşı futbolçusu seçildi.

FİFA-nın versiyasına əsasən isə «Qızıl topun» sahibi, heç bir şübhəsiz ki, özünün ən pik vaxtını yaşayır. Təəccüblü deyil ki, onu özünün ən yaxşı illərində Maradona ilə müqayisə edilər. Həmin fenomenal iş qabiliyyəti, məhsuldarlıq Argentina yığmasının kapitanını ən çox qazanan futbolçuya çevirmişdir, belə getsə əldə etdiyi titulları sayəsində tezliklə öz xələfi Maradonanı kölgədə qoyacaq. O, həmçinin Barsaya UEFA-nın super kubokunu qazanmağa kömək etmişdir.

Dünyanın 10 ən varlı idmançısıAltıncı yer. Lebron Ceyms (44,5 milyon)

Çempionatın ən bahalı oyunçusu titulunun iki qat sahibi özünün yeni komandasında çox uğurlu bir mövsümü başa vurdu. 2010-ci ildə onun «Klivlend» klubundan «Mayami Hit»-ə keçidi fanat dairəsində əsl fırtınaya səbəb oldu.

Amma belə görünür ki, futbolçunun özünün və Milli Basketbol Assosiasiyasının isə bu xeyrinə işləmişdir. Yeni «böyük üçlüyün» yaranması nəyə desən dəyərdi, indi bu üçlükdə Duen Ueyd və Kris Boş da təmsil olunurdu.

Ötən il Lebronun yeni rekordu ilə yadda qaldı. Bütün ulduzların ənənəvi matçında o, Maykl Cordanın fenomenal göstəricisini təkrarlayaraq, tripl-dabla imza atdı. Belə güman edilir ki, çempionun "qızıl həlqəsi" uğrunda mübarizədə o, hələ bir neçə dəfə ən uğurlu idmançıların reytinqinə düşəcək.

Dünyanın 10 ən varlı idmançısıBeşinci yer. Fernando Alonso (45 milyon)

Dünyanın ən bahalı idman növlərindən birinin (Formula- 1 yarışlarının) təmsilçisi bu siyahıya düşməyə bilməzdi, ötən il ərzində İspaniyalı öz komandası Ferrarinin hesabına 257 əlavə bal qazandırmışdı.

Alonso bu idman tarixininsə ikinci idmançıdır ki, 1000 ballıq həddi üstələməyi bacarıb. Amma bu hələ son deyil, çünki idmançının qırmızı süvarilər ilə olan müqaviləsi hələ 2016-ci ilə qədər uzadılıb.

Baxmayaraq ki, o, bu mərhələlərdə cəmi bircə qələbə əldə edib (Silverstoun), bu ona bizim reytinqimizin beşinci pilləsində yer almağa mane olmayıb. Indi gözlənilən boşanma ilə əlaqədar olaraq, itirilmiş pulları bərpa etmək üçün Fernando bir az tər axıtmalı olacaq.

Dünyanın 10 ən varlı idmançısıDördüncü yer. Menni Pakyao (52,5 milyon.)

Ötən il orta çəkili ağırlıq dərəcəsində çıxış edən məşhur filippinli boksçu iki döyüş keçirmiş və hər iki döyüş onun qələbəsi ilə başa çatmışdır. Birinci dəfə on illiyin yarışmasında, Şeyn Mozliyə qarşı döyüşdə bütün hakimlər yekdilliklə səslərini ona verdilər. İkinci dəfə titulun müdafiəsi o qədər də inamlı olmadı, amma WBO versiyasına əsasən dünya çempionu öz titulunu saxlaya bildi.

Sonuncu döyüşün o qədər də baxımlı keçmədiyinə görə məyus olan pərəsştişkarlar belə getsə yalnız keçmiş görüşlərin xatirələri ilə yaşamalı olacaq, çünki 33 yaşlı idmançı gözlənilmədən idmandan getdiyini bəyan etmişdir. O, karyerasını başa vurmaq niyyətindədir. Bundan əvvəl isə Timoti Bredliyə qarşı daha bir döyüş vəd edilmişdi. Ona görə də Menninin bu qərarı bir sensasiya oldu. Amma unutmayaq ki, çempionların geri qayıtmaq kimi bir adətləri də var.

Dünyanın 10 ən varlı idmançısıÜçüncü yer. Rodcer Federer (52,8 milyon)

Elit statusuna rəğmən tennis oyunu bu siyahıda cəmi bircə nümayəndə ilə təmsil olunub, amma unun ilk üçlükdə peyda olması hər şeyə aydınlıq gətirir. Lakin əsas odur ki, bu idman növündə idmançı üçün hər şeydən vacib olan qələbədir.

2010-cu il mövsümü tamamı ilə uğursuz başa vurduqdan sonra, tamaşaçılarda öz sevimli kumirinin yenidən triumfla qayıdışına olan ümidi yenidən cücərdi. Bununla yanaşı idmançı öz gücünü real qiymətləndirir, daha gənc və inadcıl Cokoviç və Rafael Nadalı da lazımınca qiymətləndirir.
Amma belə görünür ki, Rodcer layiq olduğu istirahətə hələ ki hazırlaşmır. Onun bu yaxınlarda İndian-Uelsdə qazandığı inamlı qələbə də bunu sübut edir.

Dünyanın 10 ən varlı idmançısıİkinci yer. Fil Mikelson (61,2 milyon)

Reytinqin ən yüksək pillələrində qolf oyunçuları yer almışdır. «Solaxay» ləqəbli, 42 yaşlı Fil fəaliyyətdə olan ən uğurlu oyunçulardan biridir. Maraqlıdır ki, gündəlik həyatında Mikelson hər şeyi çox rahatlıqla sağ əli ilə edir, o, yalnız sevimli qolf oyununda sol əlindən istifadə edir.

Tayqer Vudsun əbədi rəqibi bu yaxınlarda, ciddi şəkildə artrit xəstəliyindən əziyyət çəkdi. Amma bu narahatçılığa baxmayaraq, o yenə də çıxış etməkdə davam edir. Bundan əlavə Fil hətta öz uğursuzluğundan də xeyir əldə etməyi bacarır, bu yaxınlarda o bir neçə dərman preparatı istehsal edən firmalar ilə sponsorluq müqaviləsi imzalayıb.

Bundan əlavə onun adı həyat tərzi satan iki reklam kampaniyasında da əks olunur.

Dünyanın 10 ən varlı idmançısıBirinci yer. Tayqer Vuds (62,3 milyon)

Birincilik zəfəri qazanmağa müvəffəq olmuş dünyanın ən varlı idmançısı. İdmançılar arasında ən böyük məbləği qazanmaq üçün ona hətta boşanma prosesi əngəl ola bilmədi.

Vudsun adı artıq neçə illərdir ki, qolf ilə bərabər səslənir, baxmayaraq ki, o artıq turnirlərdə iştirak etmir. Amma ciddi səylər və zəhmətkeşlik və böyük əziyyət bahasına yaradılmış brend ona gəlir gətirməkdə davam edir.

Bu sahədə ən ciddi uğurlar isə Nike kompaniyası ilə uzunmüddətli əməkdaşlıq, həmçinin qolf oyunun simulyator versiyasının hazırlanmasıdır. Oyunun əsas fəaliyyətdə olan personajı isə elə Tayqerin özüdür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5193   Tarix: 12 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3