Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?

Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?Qeysəriyyə kəsiyi əməliyyatının üstünlükləri və riskləri
BiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, Son illərdə qadınlar qeysəriyyə kəsiyi əməliyyatına daha çox üstünlük verirlər. Bəs qeysəriyyə kəsiyi əməliyyatı nədir, onun üstünlükləri və riski nədən ibarətdir?
Bununla bağlı, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev müsahibəsində hamiləlik zamanı qadınların orqanizmində əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olduqlarını deyib. Ancaq bu proses həm ana, həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur.

Professor bildirib ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Digər cərrahi müdaxilələrlə müqayisədə, o daha təhlükəsizdir. Təbii yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur. Əməliyyat narkoz altında aparıldığı üçün, adətən ağrısız olur. Bu cəhətlər qeysəriyyə kəsiyi əməliyyatını hamilələr üçün daha cəlbedici edir.
Lakin daha dərindən araşdırdıqda, mühüm çatışmazlıqlar meydana çıxır ki, bu zaman qeysəriyyə kəsiyi əməliyyatının istifadəsini məhdudlaşdırmağa ehtiyac yaranır.

N.Quliyev deyib ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır.

Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur.

Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, ümumiyyətlə, sancılar hələ başlamamış hallarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Hətta uzun müddət davam edən və çətin doğuşlarla müqayisədə qeysəriyyə əməliyyatında bu risk mövcuddur. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.
Professor deyib ki, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər.

N.Quliyevin sözlərinə görə, təbii yolla doğuşu reallaşdırmaq üçün qadınlar öz sağlamlıqlarının qayğısına qalmalı, o cümlədən düzgün qidalanmalı, fiziki hərəkətlər etməli, stressdən, alkoqoldan və tütündən uzaq olmağa çalışmalı, əvvəlcədən xəstəxanaya və həkimə müraciət etməlidirlər. Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə etməyi qabaqcadan müəyyənləşdirmək lazımdır, çünki adətən onlar doğuşun normal gedişini poza bilər.

Əgər hamilə qadın bütün bu məsləhətlərə riayət edirsə və buna baxmayaraq ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır.
N.Quliyev diqqətə çatdırıb ki, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir.

Səhiyyə Nazirliyinin baş pediatrı bildirib ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar.

Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları var.

Ölkəmizdə başqa sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1523   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib. BİG.AZ -a istinadən bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həb

04.05.2024 432
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

05.05.2024 179
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

05.05.2024 268
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 505
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 521
.

Təmir ustası xidməti

Usta xidmeti ilə bağlı ən son xidmətləri saytında tapacaqsınız. Sıradan çıxan texnikanızı münasib qiymətə düzəltdirmək istəyirsinizsə, həmçinin peşəkar usta xidmətindən faydalanmaq fikrindəsinizsə, onda vaxt itirmədən bizə müraciət etməlisiniz. Ətrafınızda usta çox olsa da, işindən razı qalacağınız ust

04.05.2024 155
.

Dava zamanı kişinin gözünü və qulağını yedi - ağlasığmaz OLAY

ABŞ-ın Los-Anceles şəhərində mağazanın dayanacağında "adamyeyən" dəhşət saçıb. xarici mediaya istinadla bildirir ki, küçədə yaşayan 29 yaşlı Kolin Çex "7-Eleven" ərzaq mağazasının dayanacağında tanımadığı şəxsə hücum edib. O, zərərçəkənin başını asfalta çırpıb, sonra da ona əyili

05.05.2024 294
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 421
.

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Yanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyin

04.05.2024 238