İrandakı zəlzələlərlə bağlı Sensassion açıqlama

İrandakı zəlzələlərlə bağlı Sensassion açıqlama"Buşəhr yaxınlığında bir-birinin ardınca baş verən zəlzələlər təbiət hadisəsi deyil, supergüclərin İrana qarşı istifadə etdiyi tektonik silahların nəticəsidir".

Bu sözləri məlum səbəbdən adının açıqlanmasını istəməyən tanınmış azərbaycanlı alim İranın Buşəhr vilayətində 28 noyabr tarixində 8 nəfərin ölümü, 190-dan çox insanın yaralanması ilə nəticələnən 6,1 ballıq zəlzələni şərh edərkən bildirib.

Alimin sözlərinə görə, İranın ən böyük Atom Energisi Stansiyasının yerləşdiyi Buşəhrdə bir-birinin ardınca baş verən zəlzələlər təsadüfü deyil: "Necə olur ki, 2010-cu il avqustun 10-da açılışı edildikdən və bütün dünyanın diqqəti Buşəhrə yönələndən sonra bu şəhər və onun ətrafında zəlzələlərin sayı görünməmiş səviyyədə artır?

Əvvəlki illərdən fərqli olaraq, məhz son 3 ildə İranda zəlzələlərin sayı bir neçə dəfə çoxalıb və onların böyük hissəsi Buşəhr vilayətində, Buşəhr Atom Stansiyasının yaxınlığında baş verir".

Həmsöhbətimiz dediklərinə sübut kimi yalnız 2013-cü ildə Buşəhr ərazisində onlarla zəlzələnin olduğunu qeyd edib ki, bunların da 2-si dəhşətli dağıntılarla və tələfatla müşayiət olunub:

1) 9 aprel 2013: Buşəhr vilayətində 6,1 bal. 39 ölü, 1000 yaralı, külli miqdarda tələfat. İran matəm elan edir.

2) 13 aprel 2013. Buşəhr yaxınlığında, Kaki və Şonbey şəhərləri. 4,1 bal.

3) 24 aprel 2013. Eyni gündə İranda 3 təkan, biri Buşəhrdə, 4,7 bal.

4) 29 aprel 2013. Kaki də daxil olmaqla, Buşəhr ətrafındakı şəhərlərdə 8 ardıcıl zəlzələ – 1,4-3,3 bal arasında

5) 2 may 2013. Buşəhr yaxınlığı, Kaki, 4,8 bal.

6) 6 may 2013. Buşəhr yaxınlığı, Kaki. 5,1 bal.

7) 9 may 2013. Buşəhr, 4 bal gücündə ardıcıl təkanlar.

8) 24 may 2013. Kaki, 3,9 bal.

9) 23 iyun 2013. Buşəhr vilayətində, Dəşti və Dəştistanda 4 bal gücündə 2 təkan.

10) 11 avqust 2013, iki ardıcıl təkan. Buşəhrdən 90 km aralıda.

11) 1 oktyabr 2013. Buşəhrin 65 km-dəki Borazcan vilayəti. 4,2 bal.

12) 22 oktyabr 2013. Buşəhrdən 20 km məsafədə, 4,2 bal.

13) 24-25 oktyabr 2013. Buşəhrdə 3,4 bal gücündə 3 təkan.

14) 28 noyabr 2013. Buşəhrdə, 6,1 bal. İlkin məlumat: 8 ölü, 193 yaralı, yüzlərlə dağıntı, külli miqdarda ziyan.

Alimin bildirdiyinə görə, bu, yalnız Buşəhrdə, 2013-cü ildə olan natamam siyahıdır: "Bu siyahı tam deyil və əksəriyyətini İran hakimiyyəti gizlədir. Həmçinin tələfatı gizlətməsə də, zəlzələlər zamanı dağıntılar barədə də İran məlumat vermir".

Tədqiqatçı əsas hədəfin Buşəhrlə İrana görk vermək olduğunu deyib:

"Hələ "Altılıq"la ilkin razılıq o demək deyil ki, bütün məsələlər qaydasına düşdü. Bu ərəfədə Şanxay təşkilatı – İranın əsas neft idxalçıları Çinin başçılığı ilə toplaşdı, sanki Avropa Birliyinin Şərq Tərəfdaşlığına alterntiv olduqlarını göstərmək istəyirdilər.

Dünyanın iqtisadi baxımdan yenidən bölüşdürülməsi prosesi gedir: Avropa və ABŞ Şanxay təşkilatının – Çinin enerji qaynağını, yəni İranı əlindən almaq və perspektivdə dünya ağalığına iddialı olan bu ölkəni ram etmək istəyir, Rusiya bu bölgüdə müəyyən güzəştlərə razıdr, amma öz fövqəlgücünü də qəbul etdirməkdə israrlıdır. Belə şəraitdə İranı daha da zəif düşürmək və təklifləri sürətlə qəbul etdirmək vacibdir. Ona görə də supergüclər tektonik silahlardan istifadəni davam etdirirlər".

Müsahibimiz bu silahların yeraltı süxurlar müəyyənləşdirməklə, tamamilə uzaq ərazidən istifadə olunduğunu da bildirib:

"Bəzi ehtimallara görə, bu silahlar hələ istənilən dəqiqliklə işləmir. Ancaq mən belə düşünmürəm. Son hadisələr göstərdi ki, təbiət hadisəsini yaratma gücündə olan bu silahlar artıq kifayət qədər təkmilləşib və hədəfə dəyir".

Araşdırmaçı alim ABŞ Dövlət katibi Con Kerrinin "İrana sanksiyaları gücləndirmək və neft satışını məhdudlaşdırmaq prosesini dayandırdıq, amma bu o demək deyil ki, onun ixracına şərait yaradacağıq. Altı ay müddətində sanksiyların yumşaldılması yox, daha da gücləndirilməməsi müzakirə mövzusudur.

Yalnız 6 aydan sonra İran atom silahı əldə etmək istəmədiyini sübuta yetirərsə, ondan sonra sanksiyalar yumşaldılacaq", sözlərini də təsadüf hesab etmir. Onun sözlərinə görə, ABŞ bunun müqablində öz neftini təklif etməklə, dünya bazarında neftin qiymətinin qaxlmamasını, əksinə, ucuzlaşmasını təmin edir. Nəticədə isə Avropa Birliyi ölkələrinin İran neftinə tamah salaraq, yumşalmasının qarşısını alır və strateji planlarını davam etdirir.

"İran bu iqtisadi-siyasi və gizli hərbi-tektonik hücumların qarşısında acızdir" deyən müsahibimizin sözlərinə görə, tektonik hücum yenə də davam edəcək: "İran tamamilə siyasi-iqtisadi kursunu dəyişənə və Çinin enerji mənbəyi rolundan imtna edənə qədər, zəlzələlər dayanmayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1294   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 323
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 440
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 381
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 337
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 425
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 443
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 220
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 486
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 917