Amil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTO

"Anam istəyirdi ki həkim olum, qohumların isə hərbçi".

BiG.AZ xəbər verir ki, "Oyundan kənar" rubrikasının ikinci qonağı "Simurq" futbol komandasının qapıçısı Amil Ağacanovdur.

- Amil Ağacanov kimdir? Gəl daha yaxından tanıyaq səni…

- Mən sadə insanam, çalışıram hər kəslə səmimi olum. Yaxşı dostam, mən dostlarımın dediyini deyirəm.

- Uşaqlıq illərin harada keçib?

-Uşaqlıq illərim Almaniyada keçib. Deyərdim ki, oradakı həyatım çox maraqlı olub. Orta məktəbi orada oxumuşam. Almaniyada yaşamağıma səbəb isə atamın işi ilə əlaqədar olub. Mənim atam hərbiçi idi. Bir qardaşım var, o da atamın yolunu davam etdirir, hərbiçidir...

- İlk dəfə futbola gəldiyin gün? Səni boksçu kimi görə bilərdikmi? Yoxsa sən elə futbol üçün doğulmusan?

- İlk dəfə futbola 7 yaşımda Almaniyada getmişəm . Orada dərslərdən sonra futbol kursları keçirilirdi. Məndə kurslarda öyrənirdim bu idman növünü və beləcə getdikcə futbola daha çox bağlandım.

Boksçu kimi yox amma tennisçi kimi görə bilərsiniz məni. Elə indi də sevirəm tennisi, boş vaxtım olan kimi oynayıram və məncə yaxşı alınır. Anam istəyirdi ki həkim olum, qohumlarım isə hərbiçi olmağımı istəyirdi. Amma mən öz seçimimi etdim və futbolçu oldum.

- Hansı klub sənə daha doğmadır? Amma səmimi söylə…

- Oynadığım hər klub doğmadır mənə. Amma "AZAL" daha yaxındır.

- Bəs hansı klubda oynamaq istəyərdin?

-Elə "Simurq"da oynamaq istəyərdim. İndi də bu komandanın üzvüyəm, amma bundan sonra harada olacağımı bilmirəm (gülür).

- Hansı ölkələrdə olmusan? Sənə daha çox hansı klub maraqlı gəlir?

- Çox ölkələrdə olmuşam. Düzünü desəm İtaliyanı sevirəm, oradakı binalar, mənzərə və abu-hava fərqlidir. Klublardan isə "Bavariya"nın oyunlarına pərəstiş edirəm.

- Səncə biz futbolumuzun daha da irəliləməsi üçün nələr etməliyik?

-Əslində bizim futbol yavaş-yavaş inkişaf edir. Əvvəlki vəziyyətlə müqayisə etsək, indi daha yaxşıdır. Biz komanda şəklində çalışmalıyıq ki, futbolumuz daha da inkişaf etsin.

- Azərbaycan futbolu deyəndə səncə ilk olaraq nə düşünülür və ya kim düşünülür?

- Təbii ki "Neftçi" klubu və əvəzolunmaz insan Anatoli Banişevski. Düşünürəm ki futbolda olan bir insan Banişevskini tanımalı və bilməlidir.

- Oyun meydançasından kənarda Amil necə biridir?

- Oyundan kənarda sakit biriyəm. Əslində oyunda çox aqressiv, əsəbi və gərgin oluram. Oyun zamanı nə qədər sakit olursan ol, hərdən insan əsəblərini cilovlaya bilmir .

- Sonuncu oxuduğun kitabın adını deyə bilərsən bizə?

- Deyə bilərəm ki, futbola aid çox kitab oxumuşam və bu idman növünə aid nə varsa hər şey ilə maraqlanıram. Bu, istər xəbərlər olsun, istərsə də digər məlumatlar. Mənə canlı "Google" deyirlər (gülür).

- İdman aləmindən olan xanımla ailə qurardın? Həyatında necə bir xanım ola bilər?

- Yox istəmərəm ailə quracağım xanım idman aləmindən olsun. Bilirsiniz, əslində peşəsi nə olursa olsun, insanlar bir birini başa düşməlidir. Bax onda həqiqətən də, nə isə alına bilər. Mən çox istəyərəm ki, həyatımda məni başa düşən xanım olsun.

Amil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTOAmil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTOAmil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTOAmil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTOAmil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2826   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1518
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

18:30 0
.

Aygün Kazımova və Namiq Qaraçuxurlu illər sonra bunu etdi

"Tezliklə Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyik". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "İncə səhər" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə hazırladıqları yeni duetdən danışıb. O bildirib ki, illər sonra hazırladıqları layihən

10:47 458
.

Üzeyir Mehdizadə kimdir? - Şəxsi həyatını sirr saxlayır

Üzeyir Mehdizadə Azərbaycanda ən çox tənqidlərə məruz qalan və eyni zamanda ən çox izləyici sayına malik, ən populyar müğənnilərdəndir. O Yotube platformasında Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçidir. "Bioqrafiya" rubrikasınd

03.05.2024 1388
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 343
.

Aygün Kazımovanın səhnə geyimi MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - VİDEO

Xalq artisti Aygün Kazımovanın görüntüsünün yer aldığı video marağa səbəb olub. bildirir ki, pop diva səhnə geyimi ilə adından söz etdirməyi bacarıb. Məkanların birində səhnə alan ulduzun büstqaltersiz geyimdə tamaşaçıların qarşısına çıxması diqqət çəkib. Sözügedən videonu təqdim edirik:

15:05 471
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1631
.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

17:04 144
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 938