Azərbaycan çempionatı: "Qarabağ" məğlub edə bilmədiyi komandanın qonağıdır

Azərbaycan çempionatı: "Qarabağ" məğlub edə bilmədiyi komandanın qonağıdırBu gün Topaz Premyer Liqasında XV turun görüşlərinə yekun vurulacaq. BiG.AZ saytının məlumatına görə, son oyun günündə dörd qarşılaşma keçiriləcək.

Günün matçlarına paytaxt derbisi ilə start veriləcək. "Bakı" öz meydanında "İnter"lə üz-üzə gələcək. Cari mövsümdəki ilk oyunda 2:2 bərabərə qalan rəqiblər bu dəfə 3 xal üçün mübarizə aparacaqlar.

Növbəti görüş isə "Xəzər Lənkəran"la AZAL arasında keçiriləcək. Cənub təmsilçisi doğma azarkeşləri qarşısında ən çox məğlub etdiyi paytaxt klubunu sınağa çəkəcək.

Ötən tur məğlub olaraq şərikli liderliyini itirən "Neftçi" isə autsayderlə qarşılaşacaq. Birinci dövrədəki oyunda meydandan qolsuz heç-heçə ilə ayrılan "ağ-qaralar" "Sumqayıt"la səfər matçında 3 xal qazanmağa çalışacaqlar.

Lider "Qarabağ"ı isə Zaqatalada çətin sınaq gözləyir. Ağdam klubu ilk dövrədə məğlub edə bilmədiyi "Simurq"la səfərdə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri bu oyundan qalib ayrılaraq zirvədəki yerlərini möhkəmləndirmək istəyirlər.

Topaz Premyer Liqası
XV tur
30 noyabr (şənbə)

14:00. "Bakı" – "İnter"
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu,
I dövrədəki oyun – 2:2

17:00. "Xəzər Lənkəran" – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
"Xəzər Lənkəran" mərkəzi stadionu
I dövrədəki oyun – 3:1

17:00. "Simurq" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu
I dövrədəki oyun – 0:0

17:00. "Sumqayıt" – "Neftçi"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
I dövrədəki oyun – 0:0

1 Qarabağ 14 8 5 1 25-8 29
2 Qəbələ 15 9 2 4 22-13 29
3 Neftçi 14 8 4 2 21-12 28
4 Bakı 14 6 3 5 25-16 21
5 İnter 14 6 2 6 24-19 20
6 Simurq 14 4 6 4 12-12 18
7 AZAL 14 4 5 5 12-17 17
8 Xəzər Lənkəran14 3 5 6 10-20 14
9 Rəvan 15 1 6 8 8-26 9
10 Sumqayıt 14 1 4 9 6-22 7

Bombardir: Vaqif Cavadov (İnter) - 7 qol
6 - Əfran İsmayılov (Bakı)
6 - Mindauqas Kalonas (Bakı)
5 - Reynaldo (Qarabağ)
5 - Baçana Sxadadze (İnter)
5 - Bahodir Nasimov (Neftçi)
5 - Nikolas Gelaşvili (Qarabağ)
5 - Leonardo da Silva (Qəbələ)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1313   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688