Bakıda poliklinikanın işçiləri: Baş həkimimiz ermənidir

Bakıda poliklinikanın işçiləri: Baş həkimimiz ermənidir"Mənim üçün bu mövzuda danışmaq xoş deyil".

Nərimanov rayonunda yerləşən 7 nömrəli uşaq poliklinikasının 280 işçisi adından azerinews.tv-nin redaksiyasına məktub daxil olub.

BiG.AZ Vesti.Az-a istinadən xəbər veir ki, müraciətin səbəbi – əvvəllər 14 nömrəli uşaq poliklinikasında sahə həkimi işləyən Lolita Cuvarlinskinin baş həkim vəzifəsinə təyin olunmasıdır.

Poliklinikanın personalını yeni baş həkimin milliyətcə erməni olması qəzəbləndirib.

Məktubda deyilir:

"Tərkibində qaçqınlar, məcburi köçkünləri və şəhid ailələrinin üzvləri olan bizim kollektiv bu təyinatı hörmətsizlik və təhqir kimi qiymətləndirir. İnsanlar təəccüb edir: niyə dövlət klinikasını erməni idarə etməlidir? Niyə bizə həyatının 53 ilində dövlət dilini öyrənə bilməyən şəxs rəhbərlik etməlidir? Lolita Cuvarlinski həm bizim, həm də bütün cəmiyyət üçün arzuolunmaz şəxsdir".

Məktubda həmçinin klinikaya baş həkim vəzifəsinə azərbaycanlının təyin olunması üçün klinika heyətinin səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyi qeyd olunur.

Bundan başqa, müəyyən olunub ki, Lolita Cuvarlinskayanın qızlıq soyadı Əliyevadır.

7 saylı uşaq poliklinikasının baş həkimi Lolita Cuvarlinksaya bəyan edib ki, bu əhvalat onu çox pis edib.

"Mən, Əliyeva Lolita Abgül qızı 1959-cu ildə Bakıda doğulmuşam. Atam və anam azərbaycanlıdır. Ərim azərbaycanlıdır, əslən Füzulidəndir və mən onun soyadını götürmüşəm. Mənə qarşı bu kampaniya haradan başlayıb, kimin ağlına gəlib ki, mən erməniyəm? Daha deyəsi sözüm yoxdur, sadəcə bu məsələ ilə bağlı danışmaq istəmirəm" – deyə, L.Cuvarlinksaya bildirib.

Qeyd edək ki, Lolita Cuvarlinskaya suallara təmiz Azərbaycan dilində cavab verirdi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1496   Tarix: 29 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040