Xalq artisti Brilyant Dadaşovanın doğum günüdür

Xalq artisti Brilyant Dadaşovanın doğum günüdürXalq artisti Brilyant Dadaşovanın doğum günüdürBu gün Azərbaycanın xalq artisti Brilliant Dadaşova`nın doğum günüdür.

Müğənninin bu 51 yaşı tamam olur. Xalq artistinin köməkçisi Fəridənin Anspress-ə verdiyi məlumata görə, Dadaşova Türkiyədədir, doğum gününü ailə üzvləri arasında qeyd edəcək.

Yeni yaşını ötən gün gecə saatlarına qədər Türkiyədəki dostları ilə qeyd edən müğənni bu axşam bağ evində daha bir məclis quraraq ad gününü qeyd edəcək. Onun Anspress-ə bildirdiyinə görə, əslində dostları bu tarixi restoranda qeyd etməyi təklif etsələr də, müğənni bağ evini seçmək qərarına gəlib.

Ötən gün gecə yarısından başlayaraq təbrik mesajları alan müğənni hədiyyələrinin də sayının az olmadığını bildirdi. Amma o, hamı ilə ünsiyyət yarada bilmədiyindən, hədiyyələrin çoxu ünvana yetişmir. Doğüm günündə sənətçi xanımı daha çox başqa problem narahat edir. O, son bir neçə ayda kökəldiyini etiraf etdi.

"Bu yayı mən daha çox bağ evimdə dincəlmişəm. Bağda da ac qalmaq mümkün deyil. Səhər açılandan axşama kimi bizim süfrənin üzərinə dadlı təamlar düzülür. Mən də yeyən adam və bunlara biganə qalmırdım. Bununla da çəkim 3 kq-dan çox artıb. Düzdür, idmanımı axsatmıram, amma qidama da diqqət yetirməliyəm. Bu gecə mərasimi yoluna qoyum, çəkimi tənzimləmək üçün qidama bir qədər fikir verməliyəm" - deyə xalq artisti bildirdi.

Brilliant Dadaşova 1959-cu il sentyabr ayının 15-də Bakı şəhərində anadan olub. Musiqi karyerası 1983-ci ildə, Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-ci ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. 2008-ci ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-də o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.

1997-də Brilliant Dadaşovaya Əməkdar artist adı verildi. Həmin il Brilliant Dadaşova Azərbaycanın "xalq artisti" fəxri adına layıq görülür.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 8990   Tarix: 16 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13.12.2025 660
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 725
.

Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI

Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun

13.12.2025 669
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 769
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 551
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

14.12.2025 1012
.

Ciqanın qızı intihara cəhd edib

Tanınmış bloger Oksana Samoylova və reper Ciqanın qızı intihara cəhd edib. Axşam.az xəbər verir ki, bloger bu barədə yeni realiti-şou seriyasında qızı ilə bağlı çətin bir dövr keçirdiklərini açıqlayarkən danışıb. Samoylova bildirib ki, 12 yaşından 13,5 yaşına qədər olan müddətdə qızı intihara cəhd edib

13.12.2025 551
.

"Zootopia 2" kassa rekordu qırdı

"Zootopia 2" filmi ilk nümayişindən 17 gün sonra dünya üzrə kassa gəlirlərində 1 milyard dollarlıq həddi keçib. "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bu göstərici istənilən Hollivud animasiya filmindən və ya yaş məhdudiyyəti olmayan istənilən filmdən daha yüksək nəticədir

14.12.2025 660
.

Aysel bu qərarı ədalətsizlik adlandırdı

Xəbər verdiyimiz kimi, "Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze "Ce Monde" mahnısı ilə olub. Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb

14.12.2025 967
.

TOP MP3