Lənkəranda dekorativ tətbiqi sənət sərgisi - FOTO

Qeyri maddi mədəni irsin qorunub saxlanması, xalq sənətkarlığı nümunələrinə marağın artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədilə Lənkəranda "Dəmirağacı" 2-ci sənətkarlıq sərgisi keçirilib. BiG.AZ-ın məlumatına görə, Qəni Vəliyev adına Lənkəran şəhər mədəniyyət mərkəzində bu gün düzənlənən "Dəmirağacı"2-ci sənətkarlıq sərgisinə maraq gözlənildiyindən də böyük olub. Geniş tamaşaçı kütləsinin qatıldığı sərgidə lənkəranlı ustaların əl işləri olan tədbiqi sənət nümunələri nümayiş etdirilib.

Bölgə məişətini,folklorunu,etnoqrafiyasını əks etdirən sənətkarlıq nümunələri özünəməxsusluğu ilə diqqət çəkib.

Diqqət çəkən maraqlı əşyalardan biri də yazı stolu və kreslolardır. Sənətkarın dediyinə görə bunlar bambuk ağacından hazırlanıb. Bu işlərin ən maraqlı cəhəti ondadır ki, bunların hazırlanmasında heç bir texniki vasitədən-yəni nə mismardan, nə də yapışqandan istifadə olunmayıb. Ancaq hörülmə və keçirilmə usulu ilə hazırlanıb.

Bu gözəllikləri hazırlayan sənətkar Eynulla Cəlalov əl işlərindən danışıb: "1 kreslonun hazırlanmasına 1 ay vaxt sərf eləməlisən. Onun bişirilməyi var,əyməyi var,kəsilməsi var. Bunun isti yerdə bişirilməsi var.

Sərginin Dəmirağacı adlanması həm də rəmzi məna daşıyır. Nümayiş edilən sənətkarlıq nümunələrinin məhz bu bölgəyə və rayona məxsusluğunu göstərməyə xidmət edir.

Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin məsləhətçisi İlqar Əzimov: "Sərginin əsas məqsədi yerlərdə Azərbaycanın qeyri maddi mədəni irsinin təbliği və inkişaf olunması ,ən əsas istiqamət də kəndlərdə sənətkarlıq nümunələrinin təbliğ və inkişaf olunmasıdır. Gördüyünüz kimi bu ilki sərki keçənilki sərgidən daha geniş təşkil olunmuşdur. 50-dən çox klub müəssisə əl işini nümayişə çıxarılıb.

İştirakçılar bu cür sərgiləri nəsillər arasında vəsilə hesab edir, bölgə mədəniyyətinin, tarixinin öyrənilməsində əvəzsiz rol oynadığını deyirlər.

Sərginin iştirakçısı fikirlərini bizim ilə bölüşüb: "Sərgi 1-ci növbədə bizim xalq sənətkarlğını bizə bir daha tanıtdırır. Mən sevinirəm ki,lənkəranımızda bu qədər xalq sənətkarı və bu qədər gözəl sənətkarlıq nümunələri var. Burada dulusçuluq, dülgərlik,dəmirçilk, dekorativ tədbiqi sənət ,xalçaçılıq,toxuma-hər cür nümunələr var".

Həftə boyu davam edəcək sərgidə ən çox tamaşaçı marağı qazanan işlər və sənətkarlar sonda "Ustad sənətkar " və laureat diplomları ilə mükafatlandırılacaq.

Lənkəranda dekorativ tətbiqi sənət sərgisi - FOTOLənkəranda dekorativ tətbiqi sənət sərgisi - FOTOLənkəranda dekorativ tətbiqi sənət sərgisi - FOTOLənkəranda dekorativ tətbiqi sənət sərgisi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3148   Tarix: 28 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571