Google Glass-la ilk cərrahiyyə əməliyyatı - VİDEO

Google Glass-la ilk cərrahiyyə əməliyyatı - VİDEOGoogle şirkətinin ağıllı Google Glass eynəkləri hələlik rəsmi satışda olmasa da, ondan artıq səhiyyədə müvəffəqiyyətlə faydalanırlar. Royal Philips şirkətinin mütəxəssisləri bu eynək vasitəsi ilə ilk cərrahiyyə əməliyyatı keçiriblər.

Google ağıllı eynəyi vasitəsi ilə cərrahlar real vaxt zamanında xəstənin səhhəti haqda məlumat ala bilərlər. Bundan əlavə həkimlər pasiyentin durumu haqda məlumatı distansiyon ala bilər və ya, elə əməliyyat zamanı öz həmkarları ilə məsləhətləşmək üçün onlarla canlı bağlantı qura bilər. Bu texnologiyanın sınaqları ilə Philips digital laboratoriyasının mütəxəssisləri məşğul olur.

Mütəxəssislər nəticədə pasiyentin həyatı vacib göstəricilərinə və digər məlumatlarına xəstəxananın istənilən nöqtəsindən girişi təmin edən üsül əldə etmək niyyətindədirlər. Google Glass vasitəsi ilə aparılan əməliyyatı lentə almaq mümkündür. Mütəxəssislərin sözlərinə görə, bu videoçarxlar Tibb Universitetlərinin tələbələri üçün nəzərdə tutulan əyani vəsaitdir.

2013-cü ilin avqustundan başlayan sınaqlar hələ də davam edir və hazırda bu texnologiyanın praktiki tətbiqi mümkünsüz hesab edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1578   Tarix: 01 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390