ANS üçün gözəl gün

ANS üçün gözəl günBu gün hamımız üçün adiləşən "Müstəqil Azərbaycan" kəlməsi bir vaxtlar həmvətənlərimizin sadəcə ən ümdə arzusu idi.

Bu gün isə "Müstəqil Azərbaycan" kəlməsilə yanaşı leksikonumuza "müstəqil" ifadəsilə bağlı bir çox məhsullar daxil olub. Müstəqil qəzet, müstəqil media və ən əsası ilk müstəqil telekanal olan ANS. Bu gün nəinki müstəqil Azərbaycanda, eləcə də, keçmiş Sovet məkanında ilk müstəqil telekanal olan ANS 22 yaşını qeyd edir. Təbii ki, 22 il bundan əvvəl müstəqil Azərbaycan yaranmasaydı, ANS də olmayacaqdı. Ancaq ANS yarandığı gündən müstəqil Azərbaycanın dövlət quruculuğuna xidmət edib və həmişə ona sadiq qalıb.

BiG.AZ-ın məlumatına görə, Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin abu-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı. Onlar Bakı şəhərində dərc olunan "Azərbaycan" qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrupu yaratmaq idi.

Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar. ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür. Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.

1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və onun oğlu İlham Əliyevin müdaxiləsindən sonra ANS-in yayımı bərpa edildi.

Bu gün iki həmyaşıd-Müstəqil Azərbaycan və ANS birgə böyüyür və inkişaf edir. Bir çoxlarının ANS-in dəqiq, qərəzsiz və vicdanlı xəbərlərindən narahat olduğu bir vaxtda Heydər Əliyev ANS-ə dəstək oldu. Təsadüfi deyil ki, o çıxışlarından birindən daim ANS xəbərlərini izlədiyini bildirmiş və bir çox vaxtlar xəbərləri izlədikdən sonra bir sıra dövlət məmurlarına və rəsmilərinə tapşırıqlar verdiyini bildirmişdi.

Vaxtilə yalnız "Xəbərçi" verilişilə evlərimizə qonaq gələn ANS Şirkətlər Qrupu artıq bu gün böyük bir Mediaholdinqə çevrilib. Bu gün ANS Şirkətlər Qrupuna ANS TV ilə yanaşı Çingiz Mustafayevin adını daşıyan ANS ÇM radiosu, ANS Nəşriyyat Evi, "BakıFilm" Kinostudiyası da daxildir.

.Bu Nəşriyyat Evində hazırlanan uşaq jurnalları Azərbaycanın gələcəyi olan balacaların düzgün tərbiyə almasında, doğma dildə məlumatlandırılmasında, maariflənməsində ictimai-siyasi həyatının işıqlanmasında əvəzsiz rolu var.

2007-ci ildə yaradılan "BakıFilm" Kinostudiyasında isə bu günə qədər ölkə ictimaiyyəti üçün gərəkli olan bir çox film və serial ekranlaşdırıb. Müasir Azərbaycan tarixində Dağlıq Qarabağ mövzusundan bəhs edən filmlərin az olduğu biz ərəfədə "BakıFilm" Kinostudiyasının "Yaddaş" serialı və filmi, habelə bir çox beynəlxalq festivallarda nümayiş olunan "Xoca" filmi bu boşluğu uğurla doldurdu.

ANS ictimaiyyətə qərəzsiz, ən doğru informasiya vermək ənənəsini qoydu. Daha dəqiq, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin təbirincə desək, ANS cəmiyyətə pafosdan uzaq xəbər vermək mədəniyyətini gətirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1582   Tarix: 26 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 276
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 205
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 123
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

28.04.2024 310
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 183
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 144
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 154
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 269
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 142