6 ay sonra qoyulan diaqnoz: o, komada deyil

6 ay sonra qoyulan diaqnoz: o, komada deyilBiG.AZ ekspress.az-a istinadən xəbər verir ki, Katatonik - adamın müəyyən bir vəziyyətdə uzun müddət tərpənmədən qalması deməkdir. Katatonik şizofreniyanın ən öndə gələn əlamətləri hərəkət sahəsindədir.

Katatonik tip şizofreniyanın başlıca xüsusiyyəti hərəkətsizlik və ya həddindən artıq fəaliyyət, həddindən artıq neqativ düşüncələr, seçici susqunluq, davranışlarda əcaibliklə, ekolali və ekopraksi davranışları ilə nəzərə çarpan bir psixomotor pozğunluğudur.

Psixiatr Nihad Məmmədovun sözlərinə görə, ekolali - başqa bir adam tərəfindən deyilən sözün və ya ifadənin tutuquşu kimi açıq və mənasız şəkildə patoloji olaraq təkrarlanmasıdır. Ekopraksi isə başqa birinin davranışlarını dayanmadan təqlid etməkdir. Katatonik tip şizofreniyanın digər xüsusiyyətləri şablon davranışlar, avtomatik baş əymə, ya da təqlidçilikdir. Ağır katatonik stuporda özünə və ya başqalarına zərər verməsinin qarşısının alınması üçün xəstə müşahidə altında tutulur.

"Katatonik stupor ən çox yayılan psixoloji xəstəlikdir. Belə xəstələr mütləq formada xəstəxanada müşahidə altında saxlanılır. Xəstələrdə halsızlıq və ya özünə zərər vermə davranışları müşahidə edilə bilər. Əsasən xəstə müəyyən bir duruşda uzun müddət qalır, heç bir səsə, davranışa, hərəkətə reaksiya vermir. Yeməz, içməz, yatmaz, danışmaz. Bəzən birdən hücum, həddindən artıq hərəkətli bir vəziyyət ala bilər. Bəzən yatağında tərpənmədən komadaymış kimi yatar. Hərəkətsiz dayanan katatonik xəstələrin qol və qıçlarını hərəkət etdirə bilərsiniz. Xəstə xarici ətraf ilə əlaqəsini kəsmiş kimi görünsə də, ətrafda baş verənləri görür, anlayır və yaddaşına yazır. Lakin reaksiyasızdır".

Xəstəliyin eksitasiya dövründə katatonik xəstə böyük bir çətinliklə davamlı gəzərək mənasızca dayanmadan danışır. Bu gün şizofreniyanın bu formasının aradan qaldırılmasına dərman müalicəsiylə nail olmaq nadir halda baş verir. Xəstəlik əsasən 15-25 yaş arasında anidən yarana bilər. Xəstəliyin başlanğıcında təkrarlanan üz hərəkətləri müşahidə edilir. Ancaq xəstəlik başlandıqdan sonra 6 ay davam etməlidir ki, xəstəliyə şezofreniya diaqnozu qoyulsun.

"Xəstəlik daha çox qadınlarda özünü büruzə verir. Bəzən saatlarla bir nöqtəyə baxma, dodaqları irəli uzadıb donma vəziyyəti və ya hər hansı əcaib hərəkəti alıb, eləcə qalma əlamətləri ilə özünü büruzə verir. Xəstə hər şeyi hiss edir, görür, başa düşür. Sanki xəstəlik içdən gəlir. Məsələn, bir xəstə saatlarla sakit durub üzünə baxar, gözləmədiyin anda sənə hücum edib zərər verə bilər. Və ya katatonik xəstə saatlarla donmuş vəziyyətdə qalıb saatlarla gülə, ağlaya bilər. Sənin isitifadə etdiyin hər hansı bir kəlməni eyni hərəkətlə saatlarla təkrarlaya bilər. Bu xəstələr çox təhlükəli olurlar. Onlarla bir evdə yaşamaq mümkün deyil. Onlar uzun müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxıla bilərlər".

Həmsöhbətimiz bildirir ki, bir zamanlar bu xəstəliyin müalicəsi olmadığı üçün bütün xəstələr eyni xəstəxanalara yerləşdirilib, bütün həyatlarını orada keçirməli olurdular. İndi isə vəziyyət dəyişib, müasir dərmanların təsiri çox böyükdür. Heç sağalmayacaq deyə düşünülən xəstə də dərmanların və yaxınlarının yardımı ilə sağala bilir.

Şizofreniyanın yaranma səbəbləri isə müxtəlifdir. Xəstəlik anidən və ya hər hansı bir xəstəliyin təsirindən yarana bilər. Xəstəliyin yaranmasında stress amilinin böyük rolu var. Bəzən şizofreniya yaşanılan ümumi tibbi bir vəziyyətə bağlı olaraq da ortaya çıxa bilər. Bunu fərqləndirmək tam olaraq mümkün deyil.

N.Məmmədovun sözlərinə görə, şizofreniyanın müalicəsində müasir dərmanların illərə cəmiyyətdən qaçmış xəstələrə belə faydalı olduğu müşahidə edilir. Müalicədə dərmanlar ilk sırada gəlir. Bu xəstəlik üçün psixoterapiyanın heç bir faydası yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1228   Tarix: 02 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554