Monika Beluççi: "Bu beş dəqiqədən çox davam etmir..."

Monika Beluççi: "Bu beş dəqiqədən çox davam etmir..."Məşhur jurnalist Vladimir Poznerin italiyalı dünyaşöhrətli aktrisa Monika Beluççi ilə müsahibəsini təqdim edirik:

- Biz sizinlə bir dəfə Moskvada görüşmüşdük. Orada nə edirdiniz, səfərinizin məqsədi nə idi?
- Ümumilikdə, Moskvada üç dəfə olmuşam. Sonuncu dəfə Dolçe və Qabbana ilə gəlmişdim. Biz dostuq və uzun müddətdir ki, birgə çalışırıq.

- Tələbə olan zaman pizza kafelərində çalışdığınız barədə əfsanələr dolaşır.
- Yox!

- Bu düz deyil?
- Xeyr.

- Ancaq əfsanədə deyilir ki, siz orada işləmisiniz. Gözəl olduğunuzdan Perucanın bütün kişilər dərdinizdən divanə olub, onların həyat yoldaşları isə bundan narazı idilər. Bu səbəbdən, patronunuz sizi işdən azad edib.
- Xeyr, bu sadəcə uydurmadır. Amma cavan yaşlarından pul qazanmaq, müstəqil olmaq yaxşı haldır. Lakin mən Perucadakı universitetdə hüquq fakültəsində təhsil almışam.
Oxumaqla yanaşı, model kimi fəaliyyət göstərirdim. Bu səbəbdən, əvvəl Milana, sonra Parisə, Nyu-Yorka gedirdim. İşim çox olduğundan universiteti buraxdım. Belə demək olarsa, mən sadəcə yaşamağa üstünlük verdim. Çox gənc idim, lakin tez böyüdüm. Çünki iqtisadi cəhətdən müstəqil yaşamalı olmuşdum. Ancaq mən çox, çox gənc idim.

- Hüquqşünaslığın daşını atdığınız üçün heyfslənirsiniz?
- Xeyr. Mən tez-tez işimlə bağlı vəkillərlə ünsiyyətdə oluram və bəzən onların işi mənimki ilə müqayisədə mənə hədsiz darıxdırıcı gəlir.

- Deməli belə, aydındır... Sizin üçün gözəllik nə deməkdir - qadın gözəlliyi?
- Gözəllik ruhun vəziyyətidir. Mən həmişə deyirəm, əsas olan gözəl olmaq deyil, özünü gözəl hiss etməkdir. Bu isə xarici göstəricilərdən çox daxili müdriklikdən irəli gəlir. Düşünürəm ki, hissiyyat və fikir olmayan heç bir gözəlliyi əsl gözəllik hesab etmək olmaz. Gözəlliyin arxasında bir şey yoxdursa, bu gözəlliyin müddəti beş dəqiqədən çox davam etmir.

- Aydındır. Fransızlar deyirlər ki, "Gözəl olmaq üçün dərd çəkmək lazımdır", ancaq bəziləri buna belə cavab verir: "Gözəl görünmək üçün dərd çəkmək lazımdır, gözəl olmaq üçün sadəcə gözəl olmaq lazımdır". Bu haqda nə düşünürsünüz?
- Məncə, gözəl olmaq üçün özünü yaxşı hiss etməlisən. Özünü qəbul etməlisən, özünü qəbul etmək üçün isə çalışmaq lazımdır. Əsasən də, şəxsiyyətinin üzərində çalışmaq lazımdır.

- Siz aktrisasınız. Sizi fransız, italyan, avropa aktrisası hesab edirlər. Bəs siz özünüzü kim hesab edirsiniz?
- Həm fransız, həm italyan aktrisası. Arada amerikan filmlərində də çəkilmək şansım olub. Müxtəlif rejissorlarla işləməkdən xoşum gəlir. Müəyyən an gəlir və sənin işin adi aktyor işi olmur, bu artıq maraqlı bir insan təcrübəsinə çevrilir. Sən müxtəlif dildə danışan insanlarla, müxtəlif mədəniyyətin daşıyıcıları ilə təmasda olursan. Bu mənim üçün aktyor oyunu deyil, bu bir insan kəşfidir.

- Sizin üçün Avropa və Amerika kinematoqrafıyasının fərqi var?
- Mənə elə gəlir ki, aktyor kamera qarşısına keçərkən bunun bir elə fərqi olmur. Çünki aktyor oyunu – aktyor oyunudur. Dəyişən yalnız dildir. Əlbəttə, fərq ondadır ki, Avropada texniki ləvazimatlar Ştatlardakından daha azdır. Lakin hər bir halda, kamera qarşısında sən yalnız aktyorsan, öz tənhalığınla birgə...

- Sizcə, amerikan filmlərinin uğuru nədədir?
- Açığı, onlar yaxşı çəkirlər. İstedadlı insanların çəkdiyi çox maraqlı müəllif filmləri var. Və geniş publika üçün çəkilmiş filmlər var. Onlar çox keyfiyyətlidir, xüsusi effektlərlə. Üstəlik , nəzərə alsaq ki, bizdən fərqli olaraq, onların yayım hüquqlarını əldə etmək üçün inanılmaz iqtisadi gəlirləri var. Bax belə. Həm də amerikalılar öz bazarlarını çox yaxşı müdafiə edirlər.
Mən Avropa sakiniyəm və mən Avropa kinosunu sevirəm, lakin mən həmçinin, hind, çin, yapon və iran filmlərini sevirəm. Bir məsələ də var ki, biz avropalıları bizdən kənarda baş verənlər çox maraqlandırır.

- Amerikalılardan daha çox...
- Bəli, amerikalıları öz bazarı daha çox maraqlandırır.

- Hansı aktrisalar sizin ilham mənbəyiniz olub?
- Ümumiyyətlə, kinematoqraf mənim ilham mənbəyimdir! Əlbəttə ki, mən italyan kinosunu çox sevirəm. Fellini, Rosselini, Viskonti, De Sika... Bunlar dünya kinosu üçün bir məktəb olub...

- Antonioni, həmçinin...
- Bəli, Antonioni. Və bu kinematoqrafın bir hissəsi olan dahi aktrisalar - Manyani, Loren, Lollobridcida, Manqano, Monika Vitti. Onlar istedadları, gözəllikləri, qadın zəriflikləri o qədər mükəmməldir ki, belə demək olar ki, onlar qadınlıq etalonları, diktatorları hesab oluna bilərlər.

- Şəxsən sizin üçün "italiyalı olmaq" nə deməkdir?
- Mənim üçün bu... Mən özüməm. Bu mənada ki, İtaliya mənim şəxsiyyətimin, düşüncə tərzimin bir hissəsidir. Bu sadəcə mənim həyat stilimdir. Mən düşünürəm ki, İtaliya digər ölkələr kimi, müəyyən çatışmazlıqları olan bir ölkədir. Bununla rəğmən, bizi həmişə "gözəl ölkə" kimi qəbul edirlər. İncəsənəti, gözəlliyi, yaxşı yeməyi, yaxşı həyatı olan bir ölkə kimi. Biz həyata olan sevgimizlə fərqlənirik. Və baxmayaraq ki, bəzən ölkədə siyasi və iqtisadi vəziyyət çox çətin olur, bütün çox saylı səfərlərim zamanı özümə, ölkəmə, millətimə qarşı xüsusi münasibətin şahidi oluram, o dəqiqə soruşurlar: "Siz italiyalısınız? İtaliyanı, italyanları sevirəm!"
Mənə elə gəlir ki, başqa ölkələrdə bizi xüsusi sevgi ilə qarşılayırlar.

- Hə, bu belədir. Ancaq siz Fransada yaşayırsınız, italyanca qidalanırsınız?
- Əslində, mən Roma, London və Paris arasında yaşayıram. Bu üç şəhər mənim şəhərlərimdir.

- London bu siyahıya necə daxil oldu?
- London... Sadəcə mən Londonu çox sevirəm. Mən üçün London Avropa və Amerika arasında bir körpü rolunu oynayır. Burada mən özümü rahat hiss edirəm, ingilislərdə şəxsi həyata hörmət prinsipi var. Fransız və italyanlardan fərqli olaraq.

- Mən mövzunu dəyişmək və sizə çox həssas bir sual vermək istəyirəm. Əgər cavab vermək istəməsəniz, cavablandırmayın. Mən haradasa oxumuşdum ki, siz katolik deyilsiniz. Siz dinə də qarşı deyilsiniz, ancaq o sizi daha çox fəlsəfi nöqteyi-nəzərdən maraqlandırır.
- Əslində, mən dini təhsil almışam...

- Doğrudan?
- Bəli. Vəziyyət əslində belədir, mən dinin vacibliyinə inanıram, inanıram... fəlsəfə kimi. Məni anlayırsınız? Mənə hər şey maraqlıdır. Amma əslini bilmədiyim bir şeylər haqqında danışmağı sevmirəm.

- Başa düşürəm.
- Lakin mən dinə qarşı deyiləm. Mən dualara inanıram. Duaların insan həyatına müəyyən təsirlərinə inanıram, ancaq mən energetikaya daha çox inanıram.

- Nə sizi narahat edir, nə ruhdan salır?
- Belə anlar az deyil. Müharibə, zorakılıq... Mən hamının bildiyi şeyə yeni nəsə əlavə etməyəcəm. Mənim də uşaqlarım var. Gələcək haqqında düşünürəm, insan gələcəyini nəyin gözlədiyini bilmək istəyirəm. Ancaq mən müsbət fikirləşmək istəyirəm. İndi baş verənlərə rəğmən, ümid edirəm ki, insanlıq yaxşı nəsə icad edəcək...

- Sizin iki balaca qızınız var.
- Bəli. Birinin yeddi, digərinin iki yaşı var.

- Onlar Fransada yaşayacaqlar?
- Bunlar hələ ki, iki balaca qaraçıdırlar. Onlar bir neçə dildə danışır. Balacam hələ az danışır, ancaq böyük qızım mükəmməl də olmasa, dörd dil bilir – fransız, italyan, ingilis və portuqal.

- Portuqalca da?
- Bəli, çünki biz Braziliyada tez-tez oluruq.

- Uşaqlarınızın gələcəyinə optimist baxırsınız?
- Ümid edirəm ki, gələcəkləri yaxşı olacaq. Əks halda, niyə onları dünyaya gətirirdim ki? Təkrar edirəm, mən ümid edirəm ki, insanlığın gələcəyi yaxşı olacaq...

Monika Beluççi: "Bu beş dəqiqədən çox davam etmir..."Monika Beluççi: "Bu beş dəqiqədən çox davam etmir..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7079   Tarix: 21 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068