Alim Qasımov: "Artıq müxalifət-zad yoxdur"

Alim Qasımov: "Artıq müxalifət-zad yoxdur"Alim Qasımov təqdimata ehtiyacı olmayan tək-tük sənətkarlardan biridir. Müğənni hər zaman diqqət mərkəzindədir – artıq dediyi hər söz, atdığı hər addım dartışmaya, söhbətə, müzakirələrə səbəb olur. Hərə onu bir cür və hər kəs də öz tərəfində görmək istəyir. Elə məşhurluq, böyüklük də bu olmalı. Əslində isə dünya dediyin elə bü cür insanların özüdür – onlar nə qədər gözəl, yaxud ədalətsiz olursa olsun, ondan nə qədər narazı olursan ol, onu nə qədər sevirsən sev, fərq etməz. Biz isə sadəcə, o dünyanın səsini eşidib, oxucularımıza çatdırmaq üçün master-klasslar keçdiyi Azərbaycan Milli Konservatoriyasına yollandıq. Deyirlər muğama qulaq asmaq insana qəm-kədər, göz yaşı gətirir… - Mən də bunu efirdən eşitdim, amma inandırım sizi, ya bunu deyənin zatında qırıqlıq var, ya da ermənilərlə əlbir olub Azərbaycanın ən dəyərli, adlı-sanlı musiqisinə zərbə vurmaq istəyir. Bu sözü deyənin başı özündə olmayıb, səmti düz deyil. Mən özümü yaxşı hiss etmirəmsə, mütləq muğama qulaq asıram. Muğam zövqdür, muğam həyatın içidir. Alim bəy, bəstəkar axtarışına çıxmışdınız. Dad edirdiniz ki, mənim ruhumu duyub, musiqimi bəstələyən bəstəkar tapmıram. Tapdınız? - Yox bala, hələ də axtarıram. Demirəm bəstəkarlarımız pisdir, bacarıqsızdır, amma mənim ürəyimə yol tapan bəstəkar yoxdur. Bugünkü bəstəkarlar öz zövqləri ilə işləyirlər. Müasirlik millətin başını xarab etdi. Mənim halımda istədiyim hissi mənimlə yaşayan bəstəkar yoxdur. Varsa, çıxsın qarşıma. Deyirsiniz, muğam bir dəryadır. O dəryadan sizə nə qədər pay düşüb? - Bəlkə bir damcı da düşməyib. Hələ o dəryanın suyunu iyləmişəm. Hər bir islam xalqı deyir ki, muğamın vətəni buradır. Bəs Sizcə? - Şərq ölkələri. Onlar folklor musiqilərinə qulaq asıb adını muğam qoyurlar, muğam başqa bir eşqdir. Seçkilərdə iştirak etdiniz? - Bəli. Kimə səs verdiniz? - Attım da ora kağızı. Demirsiniz? - Yox niyə deyirəm ki? Əslində sirr deyil, qoy deyim, kim seçilib səsimi də ona verdim. Deyirsiniz müxalifət ölüb, daha yoxdur? - Artıq müxalifət-zad yoxdur. Daha qutardı, o məsələlər bitdi. Daş atsalar da, bostanımdan qayıdıb başlarına dəyəcək. Musiqidə də, siyasətdə də daha müxalifət yoxdur, olmayacaq da. Deyirsiniz, muğama düz istiqamət versən, sufiliyə doğru gedəcəksən. Siz sufisiniz? - Bəli, adamı dünyəvilikdən başqa aləmə çıxardır. O aləmdə nə pul, nə də başqa şey düşünürsən, ancaq o dünya və ruhunla yaşayırsan. Sizin öz təbiətiniz sufiliyə çox yaxındırmı? - Yox mən on dəqiqə muğam oxuyandan sonra bu dünyadan ayrılıram. Bir də görürəm buludların üstündə uçuram, özüm öz halımla sufiliyə gəlmirəm. Getdiyiniz o dünyada nələr görürsünüz? - Dünya malından başqa hər şey. Deyirlər, bu dünya ağ və qara rənglərdən ibarətdir, sizin dünyanız necə? - Yox, axı mən hamı kimi deyiləm, mənim dünyamın rəngləri çoxdur. Yəni rəngarəng həyatım var, gecə və gündüz hamı üçündür, amma mənim üçün bu iki yerə bölünmüş həyatın içində çox mənalar yatır. Baxın, kimi gecələr yaşayır, kimi gündüzlər. Alim Qasımov xöşbəxtdir? - … Həmişə Allaha şükür edək. Nə vaxta kimi oxuyacaqsınız? - Özümün öz oxumağımdan zəhləm gedənə kimi. Nə vaxt ki gördüm özüm ancaq özümə zövq verib, özüm özümə kef verirəm, o zaman qavalımı qoyub, sakitcə dincəlməyə gedəcəm. Hansınız yaxşı oxuyursunuz – siz, yoxsa Fərqanə xanım? - Elmi cəhətdən o gözəl ifa edir, amma muğamın halına düşmək cəhətdən mənə cata bilməz, mum mənlikdir. Ona qızınız kimi baxırsınız, yoxsa… - Ona pirim, ocağım kimi baxıram. O qədər qastrollarda, yollarda, tədbirlərdə birgə oluruq ki, hərdən övladım olduğunu unudub dost kimi yaxınlaşıram. Əslində, özüm də bilmirəm o mənim nəyimdir. Siradşımıdr, dostumdur, qibtə edtiyim ocağımdır. Bayağı musiqilərə münasibətiniz necədir? - Pis, hansı kanalı açırsansa ürəyin bulanır, televizoru açamağa da qorxuram. Şok! Şok! Şok! - bu nədir, bilmirəm. Bayağı musiqiləri elə xalq artisti adını daşıyanlar da oxuyur. Siz də bu fəxri adı almısınız. Bu sizə necə təsir edir? - Elə ifası olanlarla, mənim bir tərəzidəki çəkimə baxıb, utanıram. Əsl sənətkar üçün ad önəmli olmasa da, şərtdir, təqdimatdır, amma xahiş edirəm özlərini düzəltsinlər, biabrçılıqdır, mən onlarnın yerinə utanıram. Yazıqdır musiqimiz, yazıqdır soy-kökümüz, gəlin, gələcəyimizi yazıq etməyək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1246   Tarix: 20 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 280
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 454
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 170
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 329
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 910
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 305
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 183
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 168
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 182