"TQDK ləğv edilməlidir" - Ekspertdən TƏKLİF

"TQDK ləğv edilməlidir" - Ekspertdən TƏKLİF"TQDK-nın Təhsil Nazirliyinə verilməsi doğru seçim olar"

Son günlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə yanaşı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) da ləğv edilməsi haqda müxtəlif fikirlər səsləndirilir. Bəzi məlumatlara görə, TQDK ləğv edilərək Təhsil Nazirliyinin balansına keçə bilər.

Təhsil eksperti, sabiq millət vəkili Şahlar Əsgərov da bu variantı məqbul hesab edib. TQDK-nın ləğv olunması ilə bağlı yayılan söhbətlərə münasibət bildirən ekspert bu ideyanı müsbət qiymətləndirib. O, hesab edir ki, TQDK-nın ləğv edilməsi vacib amillərdəndir.

"20 ildir ki, bu komissiyanın fəaliyyəti davam edir. TQDK-nı bir quruma çevirib, Təhsil Nazirliyinə verilməsi çox ağlabatandır. Xarici ölkələrdə belə bir komissiya qeyri -hökumət təşkilati kimi fəaliyyət göstəriir. Yəni, gənclərin biliyini ölçən bir təşkilat kimi. Bu bilik ölçən dövlət təşkilatı da ola bilər, qeyri-hökumət təşkilatı da. Güman edirəm ki, indiki dövrdə bu, hökumət təşkilatı olsa yaxşıdır, yəni Təhsil Nazirliynin nəzdində belə bir qurum fəaliyyət göstərsə daha yaxşıdır. Bu dövlətçilik baxımından da yaxşı ola bilər".

Ş.Əsgərovun sözlərinə görə, gənclərin orta və ali təhsil alması bir nazirlikdə olmalıdır. Daimi komissyanın olması isə gülüncüdür.

"Komissiya bir, iki, üç illik ola bilər. Sovet dövründə ali məktəblərə qəbul zamanı qəbul komissiyaları yaradırdılar. Amma bu komissiyalar qısa müddətli olardı, növbəti illərdə təzə bir komissiya yaradılardı. 20 il bir komissiyanın fəaliyyət göstərməsi dövlətçilik baxımından da anlaşılmazdır. Bu qurum bütövlükdə, ştatlara qənaət etmək şərti ilə Təhsil Nazirliyinə tabe olunmalıdır. O zaman Təhsil Nazirliyi iki yerə bölünməz. Təhsildə iki tirəlik olmaz. Təhsil sistemində nazir bir iş, komissiya ayrı iş görə bilməz. Hamısı çəkici bir nöqtəyə vurmalıdır"-deyə Ş.Əsgərov vurğulayıb.

Ekspert açıqlamasında TQDK-nın fəaliyyətini 10 ballıq sistem üzrə 8 balla qiymətləndirdiyini deyib:

"Mən TQDK-nın fəaliyyətni 10 ballıq sistemlə 8 balla qiymətləndirmişəm. TQDK-nı tənqid etdiyim istiqamət o olub ki, test özünə aid olmayan işlə məşğul olur. Test gənclərin, abituriyentərin azadlığını məhdudlaşdırır. Özüm bilərəm ki, Lənkəranı, ya da ki, Naxçıvan ali məkətbini seçirəm. Bu, testin böyük qüsuru idi. Abituriyenti nə ali məktəb seçməli, nə də ki TQDK göndərməli deyil. Onu iki yerə parçalamaq olmaz".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Abel Məhərrəmov isə AzVision.az-a bildirib ki, TQDK-nın Təhsil Nazirliyinə birləşməsi haqda məlumatdan xəbərsizdir. Eyni zamanda rektor çıxışında TQDK-nın və Təhsil Nazirliyinin funksiyasını yüksək qiymətləndirib.

Xatırladaq ki, Ş.Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 15 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459