İranın dini liderinin sərvəti açıqlandı DƏHŞƏT

İranın dini liderinin sərvəti açıqlandı DƏHŞƏTAyətullah Əli Xameneyi təxminən 95 milyard dollarlıq biznesə sahibdir.

İranın dini lideri Ayətullah Əli Xameneyi təxminən 95 milyard dollarlıq biznesə sahibdir. "Reuters" bildirir ki, Xameneyi "SETAD" adlı İran sənayesinin maliyyədən neftə, telekommunikasiyadan doğum kontrolu dərmanı istehsalına qədər bir çox sektorunda paya sahib olan gizli biznes qrumuna liderlik edir. "Reuters"-ə görə, "SETAD"ın iqtisadi imperatorluğu bütün seqmentlərdə minlərlə iranlıya aid mülkə əl qoyulmasına söykənir. Belə ki, "tərk edildi" iddiası ilə məhkəmədə saxta iddia qaldıran "SETAD" daha sonra bu mülkləri ya hərraca çıxarır, ya da sahiblərinə geri sataraq böyük gəlirlər əldə edir. Bildirilir ki, "SETAD" tərəfindən yalnız may ayında hərraca çıxarılan mülklərin sayı 300 ədəd olub.

Tam adı "Həzrəti İmamın Fərmanını İcra Mərkəzləri" olan "SETAD" İran İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin 1989-cu ildə, ölümündən bir az əvvəl, imzaladığı fərman nəticəsində yaradılıb. Xaotik inqilab illərində tərk edilən mülklərin rəhbərliyi məqsədiylə qurulan "SETAD" Xomeyni dövründə onlarla xüsusi sektor və dövlət şirkətini satın alaraq iqtisadiyyatın dövlətləşdirilməsi məqsədinə xidmət edən ən böyük vasitəçi rolunu oynayıb. Onun sadəcə iki il mövcud olması nəzərdə tutulsa da, artıq 24 ildir fəaliyyət göstərir.

"SETAD" həmçinin xeyriyyə fondlarının nəzarətini də əlində saxlayır. Xeyriyyəçiliyə nə qədər pulun xərcləndiyi isə bəlli deyil.

Yeri gəlmişkən, qurum heç bir orqan qarşısında hesabatlı deyil. Ali lider məhkəmə orqanlarının və parlamentin vasitəsi ilə, bir neçə il ərzində "SETAD"-ı dəstəkləmək üçün, ardıcıl olaraq bürokratik qaydalar müəyyən edib. Konstitutsional dəyişikliklər həyata keçirib və məhkəmə qərarları çıxartdırıb.

"SETAD"ın 95 milyard dollarlıq sərvətinə gəlincə, bunlardan 52 milyard dolları daşınmaz əmlak şəklindədir. Qalan 43 milyard dollar isə korporativ holdinqlərin payına düşür. Bu informasiya "SETAD" rəsmilərinin açıqlamaları, Tehran Fond Birjası və şirkətlərin internet səhifələrindən, eləcə də ABŞ-ın Xəzinədarlıq Departamentindən alınan məlumatlar əsasında müəyyən edilib.

Müəyyən olunan ümumi məbləğ İranın keçən ildəki neft ixracı gəlirlərindən 40% artıqdır. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, İranın keçən il neft ixracından əldə etdiyi gəlirləri 67,4 milyard dollar təşkil edib.

Eyni zamanda Xameneyinin "SETAD"ı öz maddi zənginliyi üçün dəstəklədiyinə dair heç bir sübut yoxdur. Məlumatlara görə, qrumun 1979-cu ildə devrilən Qərb yönümlü şahın holdinqləri ilə rəqabət edə biləcək bitərəf maliyyə mənbələri var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 951   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292