Milyonları narahat edən problem-benzin niyə tez bitir?
"Maaşımın yarısı benzinə gedir", "Bu gün benzin çənin doldururam iki gün keçmir ki, qurtarır", "bilmirəm benzin keyfiyyətsizdi, yoxsa nədi problem".
Maşınınız, maşını olan tanışınız varsa bu şikayətlər sizə yad deyil. Sürücülərdən hər gün eşitdiyimiz bu şikayətlərin səbəbi nədir?
İlk olaraq ağla gələn benzinin keyfiyyətsiz olmasıdır. Düzdür, bu səbəbi inkar etmirik. Amma keyfiyyət, ya da benzin çəninin tam doldurulmaması tək səbəb deyil. Problemin daha dərininə gedib, digər səbəbləri araşdıraq.
Son günlər benzinin qiymətinin qalxması ilə bağlı xəbərlər sürücüləri daha çox narahat etməyə başlayıb. Düzdür,eksertlər qiymət artımına əsas görmür, onların fikrincə, hazırkı durumda bu artıma ehtiyac yoxdur. Amma buna baxmayaraq artım təhlükəsi var.
Benzinin artması isə onsuz da tez boşalan benzin çənlərinin cibimizdə pul qoymayacağına bir işarədir. Ona görə də, yazının girişində qoyduğumuz sualını qısa zamanda tapmalıyıq ki, benzinə qənaət edə bilək.
Sürücülər nə bilir?
Bu problemdən daim şikayət edən sürücülər özləri də səbəbləri bilmir. Onlar arasında keçirdiyimiz sorğudan bəlli oldu ki, sürücülər əsas səbəbi benzinin keyfiyyətsiz olması ilə əlaqələndirirlər.
Ənvər Qocayev bir neçə ildir maşın sürdüyünü və həmişə benzin problemi yaşadığını dedi:
"Onu bilirəm ki, benzin ən çox tıxacda qalanda işlənir. Günümüzün də əsas hissəsi tıxaclarda keçir. Həm də bəzən benzindoldurma məntəqələrində bakı tam doldurmurlar. Başqa bir səbəb görmürəm".
Başqa bir sürücü, Ümidə Həsənli sürücülükdə professional olmasa da, benzin məsələsində məlumatlı olduğunu deyir:
"Bildiyim qədəri ilə böyük motorlu avtomobillər daha çox yanacaq işlədir. Mənim avtomobil 1-2 motorludur, ona görə nisbətən az benzin işlədirəm. Bir bak benzin ancaq evdən işə gedib gəlməyə 1 həftə, əlavə harasa getsəm 2-3 günə bitir.
Amma bu da maşının sənədlərində göstəriləndən çoxdur. Üstəlik tanış yer var, həmişə benzini ordan vurdururam, aldatmırlar. Bilirəm ki, tıxacda qalanda da, benzin istifadə olunur. Ona görə də tıxacda qalanda avtomobili söndürürəm".
Sorğuda iştirak edən digər sürücülər də təxminən eyni fikirdə idilər.
Sürücülər bu məsələdə məlumatları çox da əhatəli deyil. Ona görə də, maşın təmiri obyektlərində çilingər, elektriklərdən səbəbləri öyrənməyə çalışdıq.
Ustalar deyir, maşının çox benzin işlətməsinin səbəbi motorun gücündən asılıdır. Amma normadan çox işlətməsi isə artıq nasazlıq olduğunu göstərir.
Cavid adlı elektrik yanacağın çox işlənməsində əsas səbəbini benzinin keyfiyyətsiz olması ilə əlaqələndirdi. Onun sözlərinə görə, tək səbəb bu deyil. Əsas günah sürücülərdədir. Maşına yaxşı baxmırlar.
"Sürücülər vaxtlı-vaxtında benzin filterləri, şamları dəyişməli, injektorları təmizləməli, yuyulmalıdır, hava filterlərinəbaxmalıdırlar. Sürücülərin çoxunun isə bu işlərdən başı çıxmır, ona görə dəmaşının texniki problemi olduğunu bilməyib sürürlər, benzin də normadan çox işlənir".
Onun sözlərinə görə, bu problemi daha çox qeyri-peşəkar sürücülər yaşayır
"Xam sürücülərin maşınları daha çox benzin işlədir. Onlar maşına necə qulluq etmək lazım olduğunu bilmirlər. Problemin nədə olduğunu bilmirlər, şikayət edirlər ki,"yaxşıdüzəltməmisiz", yaxud "maşın pis çıxıb" deyirlər. Amma baxırıq ki, maşına yaxşı qulluq etməyib. Qaz pedalının sərt basırlar ona görə də, benzin çox işlənir. Həmin sürücülər maşınla necə davranmaq lazım olduğunu bilmir, sonra da şikayət edirlər".
Sürücülər və ustalar səbəbləri özlərinə məxsus formada izah etdilər.
Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatı fakültəsinin dekanı, texniki elmlər namizədi SülhəddinGözəlovun sözlərinə görə, benzinin çox işlənməsi avtomobilin texniki vəziyyəti, avtomobili düzgün idarə etmək bacarığımızdan, avtomobil üçün seçilən rejim və marşrutdan asılıdır.
"Benzin çox işlədilməsinin əsas səbəbi avtonəqliyyat vasitəsinin texniki cəhətdən saz olmaması ilə əlaqədardır. Xüsusən də, mühərrikin yanacaq sistemində qüsurlar yanacaq sərfini kifayət qədər artıracaq. İnjektorlu benzin mühərriklərinin injektor nasosunda problem varsa, yanacaq sərfiyatı 30-40% artacaq.
Eyni zamanda avtomobilin hərəkətli hissələrindəki nasazlıqlar da benzin istifadəsinə təsir edir. Xüsusən də, təkərlərin təzyiqi normadan 20% aşağıdırsa, yanacaq sərfini 6-8% artırır. Boş olanda diyirlənməyə müqavimət artır. Avtomobilin bütün bu sadaladığımız hissələrində texniki nasazlıq olması, yanacaq sərfinin 2 dəfə artması deməkdir".
Yolların vəziyyəti və hərəkət sıxlığında nə qədər itiririk?
Amma tək maçındakı texniki nasazlıqlarla bitmir. Yollar da ən azı texniki nasazlıq qədər problemdir. Tixacdan tutmuş, asfalt örtüyünün vəziyyətinə qədər təxminən 20-30% itkini artırır.
Ekspertin sözlərinə görə, asfaltda getməsi ilə daşlı, çınqıllı yolda getməyi ilə eyni deyil. Ekspertin sözlərinə görə, yolun vəziyyəti yanacaq sərfini 20% artırır.Paytaxt yollarının heç bitməyən tıxacları isə benzinin düşməni hesab edilə bilər.
"Yolda sıxlıq varsa, avtomobil lazım olan sürəti toplaya bilmir. Aşağı sürətlə istifadə olunan yanacaq sərfi optimal rejimdəkindən çoxdur. Optimal sürət 80-90 km/saat hesab olunur, amma bizim avtomobillər bəzi yollarda 15-20 km/saatla gedirlər. Sürət rejiminə görə normadan 30-40% artıq yanacaq yandırır. Avtomobil sfetafor, tıxacda dayandıqda mühərrik boş işləmə rejimində olur. Orta litrajlı avtomobil 1 saat tıxacda qalsa, təxminən 2.8-3 litr benzin işlədəcək".
Elə düşünməyin ki, yollar, maşınınız hissələrinin texniki nasazlığı itkilərə səbəb olur.S.Gözəlovun sözlərinə görə, maşını necə sürməyimiz də əlavə benzin itkisi deməkdir.
"Ayağınızı qaz pedalına kəskin yaxud yavaş sıxarkən də əlavə benzin işlətmiş olursunuz. Ayağınızı pedala kəskin sıxarkən mühərrikin daxili sürtünmə qüvvəsi birdən-birə böyüyür, daha çox yanacaq işlədilir. Bu ən azı 10-15 % itki deməkdir. Sadaladığımız amillər toplansa, təxminən yüz faiz itki deməkdir. Istehsalçı firma tərəfindən maşın üçün müəyyən edilən yanacaq norması 2 dəfə artıq olacaq, bəzən bu 3 dəfəyə qədər arta bilir".
Ekspertin sözlərinə görə, yolun örtüyünün vəziyyəti, hərəkət marşrutunda döngələrin sayı, döngələrin radiusu da yanacaq istifadəsini artırır.
Benzinin keyfiyyətsiz olması ilə razılaşmasa da, istehsal olunan benzinin maşınların sayı ilə uyğunluq olmadığından narahatlığını bildirdi:
"Ölkənin neftayırma zavodlarında istehsal gücü avtomobillərin sayına uyğun gəlmir. Bu zavodların istehsal etdiyi benzin hazırkı avtomobillər üçün güclə çatır. Əlavə istehsal zavodları açılmasa, gündən-günə artan avtomobil sayına benzin çatdırmaq çətin olacaq".
Benzinə qənaət üçün isə ölkəyə iri tutumlu maşınların gətiriməsinə maneə qoyulmalı olduğunu dedi.
Ekspert və mütəxəssislərin fikirlərindən də göründüyü kimi, maşınımızın çəni, dolayısı ilə cibimizin dolu qalması həm də özümüzdən asılıdır. Maşınızı və cibinizi qoruyun.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










