Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı

Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandıDünyadakı bütün buzlaqlar əriyərsə, nə olar? Nüfuzlu "National Geographic" jurnalı qlobal iqlim dəyişiklikləri nəticəsində Yerdə baş verə biləcək kataklizmlərin ehtimal ssenarisini hazırlayıb.

BiG.AZ Daily Mail-ə istinadən bildirir ki, hazırda planetimizdə 5 milyon kub kilometr buzlaq var. Həmin buzlaqların və ya buzların 89 faizi sadəcə, Şərqi Antarktidadadır.

Alimlərin hesablamalarına görə, planetdəki buzlaqların tam əksəriyyətinin əriməsi üçün təxminən 5 min il gərəkdir.
"Təxminən 34 milyon il əvvəl Yerdə buzlaqların əriməsi baş verib. Buzların əriməsi nəticəsində yeni qitələr və materiklər formalaşıb, nəhəng materiklər parçalanıb. Yerdəki buzların bundan sonra yenidən əriməsi isə çoxlu ölkələrin su altında qalmasına, materiklərin formasının dəyişməsinə səbəb olacaq. Çünki dünya okeanında suyun səviyyəsi orta hesabla 65 metr qalxacaq", - ehtimal hesabatında deyilir.

"National Geographic" jurnalı qlobal miqyasda buzların əriyəcəyi şəkildə qitə və materiklərin məruz qala biləcəyi dəyişikliklərin interaktiv xəritələrini hazırlayıb.

Fəlakət olarsa və buzlar əriyərsə, xalqlar məhv olacaq.
Belə ki, Avropada London və Venesiya, Hollandiya və Danimarka ərazilərinin tam əksəriyyəti su altında qalacaq. Aralıq, Qara və Xəzər dənizlərində suyun səviyyəsi xeyli qalxacaq.

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (U.S. Environmental Protection Agency, EPA) ekspertlərinin fikrincə, qlobal miqyasda buzlaqlar və buzların tam əriməsi üçün 5 min il gərək olsa da, ərimə prosesi artıq başlanıb.
Qlobal miqyasda iqlim dəyişiklikləri Arktika və Antarktikada buzları qismən əridir, bu proses artıq sürətlə davam edir.
Ərimə prosesi nəticəsində dünya okeanında suyun səviyyəsi artıq 17 santimetr qalxıb.

"Hazırda dünyada buzlaqların ən çox olduğu məkanlar Qrenlandiya və Antarktidadır. Bununla yanaşı, dünyanın müxtəlif qitələrindəki dağlıq zonalardakı buzlaqları da nəzərə alırıq. Şərqi Antarktidada buz örtüyü o qədər böyükdür ki, dünyadakı buzlaqların təxminən 80 faizi bu məkandadır", - EPA hesabatında deyilir.

Amerikalı alimlərin dediklərinə görə, Qərbi Antarktidada buzlaqların sürətlə əriməsi prosesi 1992-ci ildə başlayıb və hər il təxminən 65 milyon ton buz əriyir.

Yerdə son dəfə belə proses 34 milyon il əvvəl, eosen dövründə olmuşdu.
Alimlər bildirirlər ki, gərçi həmin proses təkrarlanarsa, ABŞ-ın bütün Atlantik sahili məhv olacaq, Florida və Meksika Körfəzinin sahilləri yoxa çıxacaq.
San-Fransisko şəhərinin təpələri adalara çevriləcək, San-Dieqo şəhəri isə tarixə qovuşacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4328   Tarix: 11 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476