Bakıda tikiləcək Disneylandın yeri məlum oldu

Bakıda tikiləcək Disneylandın yeri məlum oldu"İnşaat işləri hələlik 330 hektar ərazidə aparılcaq".

Bakı şəhərində Azərbaycan və MDB-də analoqu olmayan iri tikinti layihəsi həyata keçiriləcək.

Hövsan qəsəbəsi, keçmiş südçülük sovxozu yaxınlığında ərazidə ümumi sahəsi 330 hektar olan ərazidə iri yaşayış kompleksi inşa olunacaq. Bakı şəhərinin baş inkişaf planına əsasən, həyata keçiriləcək layihənin birinci mərhələsində 50 ha sahədə orta mərtəbəli yaşayış binaları inşa ediləcək. Burada 3-9 mərtəbəli 22 yaşayış binası tikiləcək. Yaşayış binalarında 1-3 otaqlı olmaqla 3 640 mənzil yerləşəcək.

Bu barədə layihəni həyata keçirəcək "AS Group Investment" Şirkətlər Qrupu Marketinq və inkişaf Departamentinin rəisi Elçin Niyazov məlumat verib.

E.Niyazov bildirib ki, layihənin reallaşdırılmasına artıq 2014-cü ilin əvvəlində başlanılacaq:

"Hazırda son hesablama işləri aparılır. "Hövsan" adlanan bu layihənin həyat keçirilməsində məqsəd şəhərdən kənarda yeni yaşam tərzi qurmaqdır. Biz burada parklara xüsusi yer ayırmışıq. Böyük Bakının Baş Planına əsasən, inşaat işləri hələlik 330 hektar ərazidə aparılcaq".

Qeyd edək ki, "Hövsan" layihəsində yüngül sənaye müəssisələri, idman və əyləncə mərkəzləri, yerüstü metro (monorelslər), sakinlər üçün velosiped yolları şəbəkəsi inşa olunacaq, həmçinin süni gölməçələrin yaradılması nəzərdə tutulub.

Layihənin unikal obyektlərindən biri isə burada "Disneyland" layihəsi əsasında salınacaq atraksion parkı olacaq.

"Hövsan" layihəsi çərçivəsində həmçinin hər biri 440 şagirdin təhsil alması üçün planlaşdırılan 2 məktəbin tikintisi nəzərdə tutulub. Ərazidə hər birində 150 uşaq olacaq 5 uşaq bağçası, hər birinin sahəsi 800 kv. metr olacaq 11 idman meydançası, 3 əyləncə mərkəzi, 16 ikimərtəbəli ticarət mağazaları, 26 məhəlləarası mağaza, biznes və tibb mərkəzləri tikiləcək. Bundan əlavə, 10 hektardan artıq yol şəbəkəsi, 20 ha yaşıllaşdırma zonası, 1 200 avtomobil üçün yerüstü dayanacaq nəzərdə tutulub.

E.Niyazov əlavə edib ki, gələcəkdə layihənin həyata keçiriləcəyi ətraf ərazilərin də inkişaf etdirilməsi nəzərdə tutulub:

"Burada Bakının Baş Planı əsasında turizm komplekslərinin yaradılması, Dübəndi qəsəbəsinə qədər uzanacaq böyük bir sahədə - təqribən 2 500 ha ərazidə tikinti işlərinin aparılması nəzərdə tutulub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8962   Tarix: 06 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930