DƏHŞƏT: Ata 3 yaşlı qızını diri-diri yedi
Papua-Yeni Qvineyada qandonduran olay yaşanıb. BiG.AZ-ın Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, adı açıqlanmayan bir ata 3 yaşlı qızını diri-diri yeyib.
Məlumatda bildirilir ki, uşağı boynundan dişləyib huşsuz vəziyyətə gətirdikdən sonra həmin şəxs qızı yeməyə başlayıb və sonda onun qanını da içib.
Polislər tərəfindən saxlanılan qatil öz dəhşətli əməlini belə izah edib: "Yuxuda mənə dedilər ki, lənətlənmisən. Lənətdən yeganə qurtuluş yolum qızımı yemək idi. Mən də deyilənə əməl etdim".
Qeyd edək ki, adıçəkilən ölkədə adam əti yemək geniş yayılıb. Ötən il 7 nəfəri öldürərək, onların beyinlərini və cinsi orqanlarını qaynadıb yeyən şəxsi yaxalamaq üçün polisin keçirdiyi geniş əməliyyat bütün dünyada böyük əks-sədaya səbəb olmuşdu.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş