Bütün Qafqazın Şeyxi Qarabağda əsir düşmüş erməniyə baş çəkib Video

Bütün Qafqazın Şeyxi Qarabağda əsir düşmüş erməniyə baş çəkib VideoBu gün Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu ilin avqustunda Qarabağda əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyana erməni katalikosu ikinci Qarageninin xahişilə baş çəkib. Qafqaz Müsəlmanları İdarəsindən alınan məlumata görə, görüşdə rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşein, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayev və Bakıdakı Katolik İcmasının rəhbəri Vladimir Fekete iştirak edib.

Dini liderlər hərbi əsirin saxlanma şəraiti və sağlıq durumu ilə maraqlanıblar. İnciqulyan və saxlanma yerinin rəsmiləri görüşə gələnlərə məlumat veriblər. Akop İnciqulyan vəziyyətinin yaxşı olduğunu və burada incidilmədiyini bildirib. Hərbi əsir Bütün Qafqazın Şeyxinə ermənilərin katalikosu ikinci Qaragenin yazdıqlarının əksinə olaraq, Azərbaycana guya azıb keçməsi barədə məlumatları təkzib edib. Hərbi əsir Azərbaycan tərəfə bilərəkdən keçdiyini qeyd edib. O, bunu Ermənistan ordusunda incidilməsi, tez-tez döyülməsi və işgəncələrə məruz qalması ilə izah edib. Əsir Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayevin sualına cavabında bildirib ki, onu əvvəl döyüb, sonra istirahət vaxtı iş dalınca göndəriblər, su içmək bəhanəsi ilə oranı tərk edərək Azərbaycan tərəfə keçib.

Hərbi əsir Rus Pravoslav Kilsəsinin arxiyepiskopu Aleksandr İşeindən Ermənistana qaytarılmamasını xahiş edib. Ata və anasının orada işləmədiyini, dolanışığın və vəziyyətin yaxşı olmamasını bildirən əsir üçüncü ölkəyə göndərilməsi arzusunu çatdırıb. Dini liderlər onu da bildirib ki, hərbi əsirin saxlanma şəraiti və onunla rəftar beynəlxalq konvensiyalara uyğundur və bunu Akop İnciqulyanla görüşə gedərkən onun kabab yediyinin şahidi olublar.

Dini liderlərin 2010-cu il bəyannaməsinə görə, Azərbaycanın və Ermənistanın dini liderləri hərbi əsirlərlə bağlı problemlərin həllində qarşılıqlı yardım göstərmək barədə öhdəlik götürüblər. Görüşdə Qırmızı Xaç Komitəsinin icazəsi olmadığına görə, jurnalistlərin iştirakına icazə verilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2094   Tarix: 04 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 86
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 196
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 203
.

Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb

İsrail Qəzza zolağında atəşkəsdən əl çəkməyib və anklavda saxlanılan girovların azad edilməsi müqabilində hələ də atəşkəslə razılaşmağa hazırdır. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail girovları azad etmək üçün döyüşü dayandırmağa hazır id

05.05.2024 220
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

10:08 256
.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 1072
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 196
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 313
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 180