Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar

Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlarDünya üzrə əhalinin cinsi tərkibində kişilər üstünlük təşkil edir
Birləşmiş Millətlər Təşkilatınin məlumatlarına görə, ümumilikdə dünyada kişilərin sayı qadınlardan 75 milyon nəfər çoxdur.

Bu üstünlük dünyanın fərqli kontinentlərində müxtəlif cür dəyişir.

Əgər Avropa üçün qadınlar kişilərə nisbətdə cüzi üstünlüklərə malikdirlərsə, Afrika və Asiyada kişilərin sayı qadınlardan xeyli çoxdur. Avropada da kişilər dünyanın digər yerlərində olduğu kimi qadınlara nisbətə çox doğulsalar da, sağlamlıq problemləri və sui-qəsdlərin geniş yayılması bu üstünlüyü 40 yaşına çatdıqda aşağı salır.

Yaş artdıqca qadınların dominantlığı da artır.

Digər bir səbəb isə I və II Dünya müharibələrinin baş verməsi səbəbindən balansın pozulmasıdır.

Məsələn, 1950-ci ildə Almaniya Federativ Respublikasında kişilər 45,8%, Polşada 46,2, SSRİ-də isə 44,1% idi.

Nəsillər biri-birini əvəzlədikcə bu fərq kişilərin xeyrinə dəyişib. Buna baxmayaraq hələ də müharibələrin nəticələri Avropadakı cinsi balans məsələsində özünü göstərir.

Kişilərin dominantlığı baxımından Asiyanın Cənub-Şərqi və Yaxın Şərq dünya lideri sayılır.

Dünya praktikası və tarixi araşdırmalar qadınların daha çox hüquqlarının pozulduğu ölkələrdə onların sayının az olduğunu göstərir.

Asiya və Afrikanın əksər ölkələri bu mənada patriarxat quruluşunun əsas cizgilərini qoruyub-saxlaya biliblər.

Qız uşaqlarının erkən nikaha girməsi, onların ağır fiziki işlərə cəlb olunması, ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi səbəbindən Çin, Hindistan, Pakistan kimi ölkələrdə və xüsusən neftlə zəngin ərəb dövlətlərində kişilərin əhalinin tərkibində mütləq çoxluğu ilə nəticələnib. "Bir ailə-bir uşaq" siyasəti nəticəsində Çində kişilərin həddən artıq çoxluğu yaranıb. Xüsusən övladlarının qız olacağından ehtiyatlanan ailələrin hamiləliyi yarımçıq saxlamaları, abort etmələri burada gender balansını kəskin şəkildə pozub.

Orta hesabla hər 108 oğlana Çində 100 qız düşür. Çinin qonşusu Hindistanda isə hər 100 qadına 107 kişi düşür. Ümumiyyətlə isə kişilərin çoxluq təşkil etdiyi ölkə kimi Birləşmiş Ərəb Əmirlikləri dünya lideridir. Ölkə əhalisinin 67%-ini kişilər təşkil edir. Orta hesabla burada 100 qadına 201 kişi düşür.

BiG.AZ 100 qadına düşən kişi sayına görə ölkələrin siyahısını təqdim edir.

Qətərdə 197,8 kişi
Bəhreyn 153,9
Küveyt 143,1
Maldiv adalıarı 137,4
Oman 122,2
Səudiyyə Ərəbistanı 121,1
Butan 110
Hindistan 107,9
Çin 106,3
Pakistan 105,6
Əfqanıstan 104
Kipr 104,2
İordaniya 103,6
Türkiyə 101,6
İsrail 100,6
Cənubi Koreya 100,1
Tacikistan 99
Tailand 97,7
Azərbaycan 97
Livan 96,2
Yaponiya 95
Qazaxıstan 92,9
Gürcüstan 91,3
Ermənistan 89,1


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1851   Tarix: 28 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 362
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 421
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 217
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 507
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 282
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 263
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 482
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 305
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 266