Uğur qazanmağın yolları
Nəyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqli olmaq, etdiyiniz işin yaxşı nəticəsini görmək - bütün bunları elə uğur, müvəffəqiyyət adlandırmaq olar.
Müasir dövrdə biz tez-tez belə kəlmələri eşidirik- "bəxti gətirən" , "uğurlu iş adamı" və s. Adətən, "uğur" dedikdə, insanın maliyyə vəziyyəti başa düşülür, yəni işində uğur qazanmısansa, özünə çox şey icazə verə bilərsən. İnsan uğuru başqa yöndə də qazana bilər, amma bu dəfə biz iş planında qazanılan uğur barədə danışacağıq.
Uğur qazanmaq üçün nə etmək lazımdır?
Məhz etdiyi hər hansı işə görə insan pul mükafatı alır. Elə-belə heç bir yerdən insan uğur və şöhrət qazana bilməz,həmçinin pul da. Əgər insanın hər şeyi varsa, deməli o, əlindən gələni edib ki, bunlara sahib olsun. Bəs biz niyə belə edə bilmirik?
Əslində hamı yer üzündə eyni hüquqa malikdir. Onda niyə biriləri həyatda uğur qazanır, digərləri bu uğuru qazana bilmir ?
Əvvəla,hər bir şəxs uğur qazanmaq üçün aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1. Dəqiqlik - insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir.
2. Etibarlılıq - insan ona etibar edənləri pis vəziyyətdə qoymamalıdır.
3. Özünə güvənlilik - insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir.
4. Xeyirxahlıq - başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır.
5. Hiyləgərlik - həyatda işin alınması üçün bir az hiyləgər də olmaq lazımdır.
6. Azad fikirlilik - insanın gərək özünün nəzər nöqtəsi,həyata obyektiv baxışı olsun.
7. İnadlılıq və məqsədə yönəlmə - insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır.
8. Yaradıcılıq qabiliyyəti - həm də insan bir az da yaradıcı olmalıdır.
Həyatda uğur qazanmaq, nəyəsə nail olmaq üçün ilk növbədə məqsədiniz aydın olmalıdır; irəliyə getmək stimulu sizi idarə etməlidir. Öz məqsəd və istəklərinizi dərhal yaxınlara və dostlara deməyə tələsməyin. İlk öncə bunu reallığa çevirin, daha sonra uğurunuzu onlarla bölüşün.
Bir məqsəd və istəyinizə nail olub dayanmayın, qarşınıza yeni-yeni "zirvələri" fəth etmək məqsədi qoyun.
Elə insanlar vardır ki, etdiyi işdən maksimum zövq ala bilirlər; onların əhval-ruhiyyəsi həmişə yerində olur, çox xeyirxah və gülərüz insan təsiri bağışlayırlar. Məhz belə formada işləyib uğur qazanmaq mümkündür.
Uğur qazanmaq üçün həmçinin siz ətrafınızdakı dost-tanışlara da diqqət yetirməlisiniz. Yaxşı dost sizi hər bir başladığınız işdə dəstəkləyəcək,əlindən gəldiyi qədər sizə kömək edəcək. Əksinə, pessimist,həyatda heç bir şeyə nail olmayan insan planlarınızın alt-üst olacağını deyib mənfi fikirlər söyləyəcək. Uğur əldə etmək üçün belə insanlardan uzaq olmalısınız.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6300 Tarix: 03 noyabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Üz dərisini ağardan unikal vasitə
Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində
13.09.2021 741 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659