Ağrıları necə dəf edə bilərik?

Ağrıları necə dəf edə bilərik?Müasir insan ən çox nədən qorxur? İqtisadi böhrandan, müharibədən? Xeyr, xeyr və bir daha xeyr.

XXI əsrin "uşaqları" ağrıdan qorxurlar. Bunun səbəbi insan orqanizminin mutasiya etməsində deyil, psixologiyadadı. Biz rahatlığa o qədər öyrəşmişik ki, cüzi ağrı hissləri belə bizi apteklərə getməyə və ovuc dolusu dərmanlar qəbul etməyə məcbur edir.

Lakin ağrıdan qurtulmağın digər üsulları da var. Məsələn, öz beynimizə hiylə quraraq ağrılardan azad ola bilərik.

1 . Qəhvə için

Hər il qış mövsümü bitdikdən sonra və yay başlayarkən biz aynanın qarşısına keçirik və özümüzə tənqidlə yanaşaraq yeni çimərlik mövsümünə hazır olmadığımızı qəbul edirik. Arıqlamaq üçün idman zallarına gedib bir sıra məşqlər edirik. Çox yorulsaq da, yeni günün səhəri açılmayana qədər özümüzü çox yaxşı hiss edirik.

Orqanizm bu qədər ağır yük qəbul etməyə öyrəşmədiyi üçün bizim əzələlərimiz, belimiz çox bərk ağrıyır, əllərimiz, ayaqlarımız hərəkətsiz olur. Bunlardan sığortalanmaq üçün daha öncədən orqanizmimizi kofeinlə "isitməliyik".

Alimlər belə bir tədqiqat keçirdiblər. Bir qrup iştirakçılara kofeinli həblər verilmişdi. Qeyd edək ki, bir həbin dozası iki fincan yarım qəhvənin miqdarına bərabər idi.

İkinci qrup iştirakçılara ağrı kəsici dərman verilmişdi. Lakin bu dərmanlar əslində palsebo idilər.

Daha sonra iştirakçılar bütün günlərini idman zalında keçirdirlər.

Nəticədə, kofeinli həblər qəbul etmiş insanların növbəti günün səhəri özlərini daha fəal hiss etdikləri aşkar olunmuşdu.

2 . Bədəninizin ağrıyan hissəsinə baxın

Aldığınız axırıncı xəsarəti yada salın. Sizin ayağınız burxulmuşdu, yoxsa barmağınızı kəsmişdiniz?

Bu baş verən an siz nə hiss etmişdiniz? Çox güman ki, siz xəsarətinizin çox ciddi və ağrılı olduğunu düşünmüşdünüz. Vahiməyə qapılmamışdan əvvəl zədələnmiş nahiyəyə diqqətlə baxın və bunun nə qədər ciddi olduğunu qiymətləndirin. Bunun ağrını nə qədər azaldacağını təsəvvür belə etmirsiniz.

Alimlər belə bir sınaq keçirdiblər: onlar infraqırmızı şüalarla iştirakçıların sağ əllərini "yandırırdılar". İştirakçılar isə güzgüdə sol əllərinin əksini görürdülər. Digər sözlər ilə desək, iştirakçılar ağrı hiss edirdilər, lakin güzgüyə baxaraq əllərinin sağ-salamat olduqlarını görürdülər və ağrı hissi keçirdi.

Kiçik bir nüans: siz mütləq bədəninizin ağrıyan hissəsinə baxmalısınız, başqalarının "xoşbəxtliyinə" tamaşa etmək sizə ağrılardan qurtulmağa kömək etməyəcək.

3 . Gülün

Təsəvvür edin ki, siz gecənin bir yarısı oyanmısınız və ayaq yoluna getmək istəyirsiniz. Siz yerinizdən durursunuz, ayaq yoluna getmək istəyirsiniz və ayağınız qapıya dəyir. Sizin ayağınız çox bərk ağrıdır!

Bu an siz nə edərdiniz? Gülə bilərdinizmi?

Psixoloqlar bəyan edirlər: "Gülüş ən yaxşı dərmandır". Gülüş insan beyninin endorfin- xoşbəxtlik hormonu - ifraz etməsinə kömək edir. Endorfin ağrıkəsici xüsusiyyətlərə malikdir.

15 dəqiqə gülüş ağrı hisslərinin 10% azaldılmasına səbəb olur.

Lakin gülüşün müalicəedici olması üçün siz ürəkdən gülməyi öyrənməlisiniz.

4 . Özünüzü ağrının yaxşı bir hiss olduğuna inandırın

Neyrolinqvistik proqramlamaya hər kəs bir cür yanaşır. Bəziləri bunun cəfəngiyat olduğunu, bəziləri isə həqiqətən də kömək etdiyini hesab edirlər.

Ağrıyan diş ciddi stomatoloji problemlərin olduğunu göstərir, məşqdən sonra əzələlərdə olan ağrı isə atrofiyanın göstəricisidir. Məhz bu səbəbdən bizim beynimiz ağrını yaxşı bir hiss kimi qəbul edə bilir.

Bunu sübut etmək üçün alimlər bir sıra tədqiqatlar aparırlar. Hər iki qrup iştirakçıların əllərini kəndirlə bağlayırlar və qanın dövran etməsinə maneə olurlar. Birinci qrup iştirakçılara sınağın onların səhhətinə zərərli olduğunu deyirlər. İkinci qrup iştirakçılara isə, əksinə, bu sınağın onlara xeyirli olduğunu və əzələlərinin bərkiyəcəyini deyirlər. Nəticədə tədqiqatçılar birinci qrup iştirakçıların daha çox ağrı hiss etdiklərini müşahidə etmişdilər.

5 . Dəhşətli olan nəyəsə baxın

Özünüzü stomatoloqun kreslosunda təsəvvür edin: qorxudan tir-tir əsərək sizi "işgəncə edən" alətlərə baxırsınız, qorxudan bütün üzünüz soyuq tərlə örtülüb.

Sizi bir az da olsa yayındırmaq üçün qayğıkeş həkim otaqda sakitləşdirici şəkillər asıb. Məsələn, gözəl mənzərəli şəkillər və yaxud pişiklərin əks olunduğu şəkillər. Lakin həkim bu halda qorxuducu şəkillərin daha yararlı olacaqlarını nəzərə almayıb.

Alimlər belə bir tədqiqat keçirdiblər: onlar iştirakçılara insanları müxtəlif hallarda – normaldan tutmuş katastrofik hallara qədər - göstərən slaydlar nümayiş etdirirdilər. Nümayişdən öncə isə onlara əllərini buz kimi soyuq olan su ilə dolu çənə salmaq xahiş edilmişdi. Dəhşətli görüntülərə baxanlar ağrını daha uzun müddətli və daha asan keçirtmişdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1478   Tarix: 02 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164