Türkiyə 153 illlik röyasına qovuşdu , Azərbaycan da faydalanacaq

Türkiyə 153 illlik röyasına qovuşdu , Azərbaycan da faydalanacaqAsiya ilə Avropa arasında, dənizin altında fasiləsiz dəmiryolu nəqliyyat xəttini təmin edəcək qlobal səviyyəli əhəmiyyətli layihə Marmarayın açılış mərasimi prezident Abdullah Gül, Türkiyə parlamentinin sədri Cəmil Çiçək, baş nazir Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə başlayıb. BiG.AZ-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Cümhuriyyətin 90-ci yüzilliyində baş tutan Üsküdar meydanında keçirilən mərasimə həmçinin Somalinin prezidenti Həsən Şeyx Mahmud, Yaponiyanın baş naziri Şinzo Abe, Rumuniya baş naziri Viktor Ponta ilə 8 ölkədən 9 baş nazir də qonaq olub.

İstanbul valisi Hüseyin Avni Mutlu mərasimdə layihənin önəmini vurğulayaraq bildirib ki, tarixi şəhər olan İstanbul bugün insanlıq tarixinə və qüdrətli adına layiq dərin bir imza atılır. Bilirilib ki, Marmaray sadəcə İstanbul və Türkiyə üçün deyil, bütün dünya üçün önəmli olan bir layihədir. Marmaray əsrin yox, əsirlərin layihəsidir. Tarixə, mədəniyyətə, sülhə və rifaha yeni bir qapı açılır İstanbuldan.

İki qitəni birləşdirəcək "Marmaray" xətti dünya mediasının da gündəmindədir. Almaniyanın məşhur "Der Spiegel" internet səhifəsində "növbəti dayanacaq: Asiya" başlığıyla məqalə hazırlayıb. Jurnal bu barədə yazdığı xəbərində "türklərin bir yuxusu gerçəkləşdi" ifadəsini işlədərək bu layihənin Türkiyənin yeni gücününü simvolu olaraq göstərildiyini vurğulayıb.

Qeyd edək ki, 62 metr dərinlikdə inşa edilən və iki qitəni birləşdirən Marmaray layihəsi dünyada ilk belə bir layihədir. Milyonlarla insanın yaşadığı İstanbulda nəqliyyat probleminin həlli məqsədilə inşa edilən tunelin 1.4 kilometri dənizin altında inşa edilib. Layihə tamamlandığında isə İstanbulun iki sahilindəki hava limanlarının dəmiryolu vasitəsiylə bağlanmasını hədəfləyir. Türk Yapon ortaq konsorsiumu tərəfindən inşa edilən Marmaray layihəsi bütövlükdə 76 km uzunluğunda və 36 dayanaqdan ibarət olduğu və gündə 1.5 milyon sərnişin daşıma imkanına sahib olduğu da müəyyən edilib.

zərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan iqtisadiyyat və davamlı inkişaf naziri George Kvirikaşvili, Bolqarıstan nəqliyyat, informasiya və əlaqələr naziri Danail Papazov, Moldova nəqliyyat və yol infrastrukturu naziri Vasili Botnar, Kosova nəqliyyat və infrastruktur naziri Edmond Haxinasto, İspaniya kənd təsərrüfatı naziri Anna Maria Pastor Jluani, Rumıniya nəqliyyat naziri Roman Manesku və bu ölkənin xarici işlər naziri George Giambia, Yaponiya nəqliyyat və turizm nazirinin müavini Tsuyşi Takagi, Qazaxıstan baş nazirinin müavini Azat Bekturov, Almaniya Nəqliyyat, Kənd Təsərrüfatı və Şəhərləşmə Nazirliyinin müşaviri Jan Muecke, Pakistan Limanlar və Dənizçilik Nazirliyinin müşaviri Rukhsan Rəhman da mərasimdə iştirak ediblər.

Yaponiya baş naziri çıxışında Tokiodan İstanbula qədər sürətli dəmir yolu xəttinin yaradılmasını təklif edib.

Nəinki Tokio-İstanbul, hətta Tokio-İstanbul-London sürətli dəmir yolu xəttinin qurulmasının mümkün olduğunu söyləyən Rəcəb Tayyib Ərdoğan isə çıxışında "Marmaray"ın əsrin deyil, əsrlərin layihəsi olduğunu və tunel-keçidin Türkiyədə Respublika elan olunmasının 90-cı ildönümündə açılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bu keçidin region və dünya iqtisadiyyatı üçün çox mühüm olduğunu söyləyib.

Türkiyə prezidenti Abdulla Gül isə 153 il əvvəl arzulanan bir layihənin həyata keçdiyini vurğulayıb.

Qeyd edək ki, gün ərzində 1 milyon insan 62 metr dərinlikdəki tuneldən çəkilən dəmir yolu vasitəsi ilə iki qitə arasında məsafəni 4 dəqiqəyə qət edəcək.

Bu dəmir yolu xətti Bakı-Tiflis-Qars dəmir yolu ilə yüklərin Avropaya daşınmasında da mühüm əhəmiyyət kəsb edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3533   Tarix: 02 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311