Avtomobillərə tətbiq olunan gömrük rüsumu aşağı salınmayacaq VİDEO
"Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan gömrük rüsumunun yaxın gələcəkdə azaldılması nəzərdə tutulmur".
ANS TV-nin məlumatına görə, Tovuzda jurnalistlərə açıqlama verən Gömrük Komitəsinin sədri Aydın Əliyev bunu ölkədə olan avtomollərin çoxluğu ilə izah edib.
Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev: "Siz hesab edirsiz qiymətləri aşağı salsaq yaxşı olacaq? Siz axırıncı dəfə nə vaxt Bakıda olmusuz? Avtomobillərin əlindən hərəkət edə bilirsiz, ya yox? Adam başına, ailə başına hesablayanda çox sevindirici haldır ki, ölkədə bu qədər şəxsi minik avtomobilləri var. Deməli burada qoyulan siyasət, büdcə proqnozu və vergi məcəlləsi müzakirəsində nəzərdə tutulmur, artıq Milli Məclisə sənədlər təqdim olunub. Orda hələki dəyişiklik gündəmdə deyil. Çünki bu günki tələblər cavab verən tarif siyasətidir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



