Bu yazını oxuyub qorxuya düşəcəksiniz

Bu yazını oxuyub qorxuya düşəcəksinizKarmaya inandıracaq hadisələr

Bütün problemlərimizin mənbəyi özümüzük – bunu tez-tez xatırlayıb, həyatda üzləşdiklərimizə "Niyə mən?" sualını daha az vermək lazımdır. Missuridən olan dilənçi Billi Rey Herrisin keçən il başına gələnlər yuxarıdakı sözləri deməyə əsas verir. Billi həmişəki kimi stəkanını qarşısına qoyub oturubmuş, günün axırında hansısa qadının ona qəpik əvəzinə brilyant qaşlı üzük atdığını görüb. Əşyanın stəkana səhvən düşdüyünü Billi o dəqiqə anlayıb və onu qaytarmağa qərar verib. Üzüyün sahibəsi tezliklə tapılıb və xanım Billini mükafatsız qoymayıb. İnternetdən başlatdığı kampaniya ilə Billiyə bir həftə ərzində 100 min dollara yaxın pul yığılıb. O velosipedini təmir etdirib, ev alıb və ən əsası ailəsinə qovuşur. Billi isə başına gələnlərə belə təvazökarlıqla reaksiya verib: "Özünə aid olmayan əşyanı qaytaranda bax belə olur". Bu, kimlər üçünsə sonluğu yaxşı bitən adi hadisədir. Amma ofisiantların üstünə qışqıranda, piyadalara yol verməyəndə, işdə kiminsə qəlbinə dəyəndə heç fikirləşmirik ki, sonra bunlar bumeranq kimi özümüzə qayıdar. Bəlkə də dərindən düşünsək, "Niyə pis şeylər mənim başıma gəlir?" sualını özümüzə daha az verməyə başlayarıq. 

Boş güllə

1883-cü ildə Henri Ziqland sevgilisindən ayrılır, buna dözə bilməyən qızcığaz intihar edir. Qızın qardaşı bacısının ölümünə səbəb olan Henrini izləyir və ona başından bir güllə vurub, sonra da həmin silahla özünü öldürüb. Xoşbəxtlikdən Henri ölmür, güllə onun başını sıyırıb keçir, güllə isə arxasındakı ağacda ilişib qalır. Bir neçə il sonra Henri evinin qarşısındakı bu uğursuz ağacı kəsmək qərarına gəlir, ancaq ağac həddindən artıq böyük olduğu üçün bunu bacarmır. Onu dinamitlə partlatmaq qərarına gəlir. Partlayış vaxtı güllə ağacdan çıxaraq düz Henrinin başına dəyir və gec də olsa, onu öldürür.

İsa "Bitlz"ı sevir

13 avqust 1966-cı il. Lennon Klyu radiostansiyasına "Bitlz"ın İsadan daha popular olduğunu deyir. Bundan sonra dindar əhali ilə seçilən Texas ştatında qrupun lent yazılarını və posterlərini kütləvi yandırma kampaniyası qurulur. 14 avqust 1966-cı il. Klyu boğazında qalxan dalğa radiostansiyanın binasını dağıdır, radionun direktoru isə ofisində ölü tapılır. Deyəsən, "Bitlz"ın bu açıqlaması "yuxarılar"ı qəzəbləndirmişdi.

Sümük satıcısı

 Maykl Mastromarino 1200-dən çox cəsəddən sümük, orqan, müxtəlif bədən üzvlərinin satışından əldə etdiyi pulla əsl milyonçuya çevrilir. Onun 10 mindən çox xəstəsi özləri də bilmədən ölü insanların, bəzən xərçəng və QİÇS xəstələrinin dişlərini, protezlərini daşıyırmış. Mayklı ölümünə səbəb olduğu insanların ahı tutur. Maykl qaraciyər və ilik xərçənginə tutulub tezliklə ölür. 

Cani, uğursuz, ixtiraçı

Tomas Mijli çoxlarının ölümünə səbəb olan etil benzini və soyuducularda istifadə olunan xloroflorokarbonu kəşf edib. Sonralar özü də bunlardan zəhərlənərək şikəst qalır.Tezliklə o iplər və diyircəklərdən ibarət, ona hərəkət etməyə və ağrısını azaltmağa kömək edən cihaz düzəldir. Ancaq çox keçmir ki, Mijlini həmin iplərlə boğulmuş halda ölü tapırlar. 

Günahsız qatil

1988-ci ildə Mel İqnatovu sevgilisi Brendi Syu Şeferin ölümündə günahsız elan edirlər. Sonralar cinayət işinə aid tapılan şəkillərdə İqnatovun qızı şüşə stula bağlayıb amansızca öldürdüyü ortaya çıxır və ona səkkiz il iş kəsilir. Həbsxanadan çıxandan sonra ayağı elə həmin stula ilişərək yıxılır, başı zədələnir, qolu kəsilir. İqnatov asta-asta, ağrı içində dünyasını dəyişir.

Öz əlləri ilə elektrik stulu

1981-ci ildə Maykl Anderson Qodvin zorlama və adam öldürməyə görə elektrik stulunda ölüm ilə cəzalandırılır. Ancaq sonradan hökm dəyişdirilir və yeddi il həbs verilir. Həbsxanadan çıxandan sonra Qodvin evdə dəmir stulda oturub televizorunu düzəltdiyi yerdə təsadüfən naqili kəsir və elektrik vurmasından dünyasını dəyişir. Məhkəmədə ona verilən hökm axır-əvvəl onu tapır.

" Uğurlu" oğurluq

Braziliyalı Maurisio Ferro aptek yarmağa qərar verir. O, içəridə oğurluq edən vaxt başqa bir oğru onun maşınını oğurlayır. Çölə çıxıb maşını tapa bilməyən Ferro qaçmağa başlayanda başqa bir oğru da onun pul dolu çantasını əlindən alıb qaçır. Dərhal polisə gedib maşının oğurlanması ilə bağlı ərizə verəndə təsadüfən aptek sahibi də gəlir və Ferronu tanıyır. Onu dərhal həbs edirlər. 

Təhlükəsizlik texnikası

2011-ci ildə Nyu-Yorkda təhlükəsizlik papağı olmadan motosiklet yarışları keçirməyə qadağa qoyulur. Ancaq baykerlər böyük səs-küy salır və qərarın ləğvini tələb edirlər. Bir müddət sonra həmin etirazçı baykerlərdən olan Filipp Kontos qəzaya uğrayır: motosiklet sürüşür, Kontos zərblə irəli atılır və başı asfalta çırpılır.Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmur. Cəsədə baxan ekspertlər onun papaq taxsaydı, sağ qalacağını bildiriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3410   Tarix: 29 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 373
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 242
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 409
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 433
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 386
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 488
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 260
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 958
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 747