Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın

Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın"Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb". Bu barədə BiG.AZ-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Belə ki, havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb.

İnfeksion virusların yayılmasının əsasən mövsümlə bağlı olduğunu qeyd edən N.Quliyev "Kaspi"yə açıqlamasında bildirib ki, epidemiya halına keçməsə də, uşaqlar arasında xəstəliyin yayılmasının artımı bir neçə gün davam edib:

"Soyuqdəymə xəstəliklərinə virus xəstəlikləri də aid edilir. Bədənin soyuduğu və maddələr mübadiləsinin zəiflədiyi zaman bu, baş qaldıra bilir. Digər halda orqanizmin özü-özünü müdafiə qabiliyyəti daha güclü olur. Sentyabrın ortalarından oktyabrın əvvəlinədək havaların soyuması, uşaqların kollektivdə – məktəbdə, bağçalarda cəmləşməsi, onların bir-biri ilə sıx təmasda olması nəticəsində kim virusa yoluxmuşdusa, onlarda xəstəlik başlanır. Kollektivlərdə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdurur. Keçən ay ərzində biz uşaqlar arasında soyuqdəymənin artması vəziyyətini müşahidə etdik. Amma onlar qrip virusları tərəfindən törədilməmişdi. Çünki adenoviruslar, rinoviruslar və s. kimi minlərlə virus var. Bunlardan bir qismi indi bir qədər azalıb".

Baş pediatrın sözlərinə görə, əslində, bu viruslara böyüklər də yoluxurlar, amma uşaqlar yoluxmaya daha həssasdırlar: "Uşaq toxuması zərifdir. Xüsusən də immun sistemi formalaşmayan uşaqlar daha az bakterial və virus mənşəli infeksiyalarla təmasda olurlar. Müəyyən infeksion agentlərə qarşı yaşadıqca onda immunitet yaranır. Amma körpə uşaqlarda bu immunitet formalaşmır. Onların toxumaları zərif olduğuna görə, iltihaba, yoluxmaya meylli olurlar. Virus infeksiyaları onların nəfəs yollarında, selikli qişalarında tez zamanda artıb çoxalır və iltihab törədir". Virus xəstəlikləri başdan-başa təhlükə olduğu üçün baş pediatr valideynləri ehtiyatlı olmağa çağırıb: "Viruslar çox təhlükəlidir. Amma onların özündən çox, törətdiyi fəsadlar daha qorxuludur. Uşaq viruslara yoluxur, onda rinit başlanır, asqırır, burun ətrafı iltihablaşır, maye axır, eyni zamanda, təsir əsəb sisteminə keçir və miningial əlamətlərə meydan açır. Nəticədə serroz meningit əlamətlər yaradır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, övladları kəskin respirator virus infeksiyasına yoluxublarsa, xəstəliyin özü qorxulu olmasa da, törətdiyi fəsad çox qorxuludur. Əslində, virus infeksiyası orqanizmdə bir həftə ərzində baş verir. İltihab başlanır, sonra da geriyə qayıdır. Bəzən ağır fəsad törəyir. Valideynlər xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər".

N.Quliyev qeyd edib ki, valideynlərin bir qisminin ev şəraitində uşaqlarına inyeksiya etmələri də təhlükəlidir: "Valideynlər bilməlidirlər ki, tibbi işçisi olmaq üçün illərlə oxumaq, xüsusi məktəblər keçmək lazımdır. Çünki bu sahədə o qədər xırda nüanslar var ki, həkim olmayanlar bunu bilmirlər. Texniki cəhətdən təkcə inyeksiya etməklə heç nə bitmir. Sonra elə ağır fəsad çıxır ki, valideyn çıxılmaz vəziyyətə düşür. Buna görə də vaxtında tədbir görülməlidir. Uşaqların geyimi, qidalanması mövsümə uyğun yerinə yetirilməlidir".

Baş pediatr mövsümü viruslara qarşı peyvəndin tələb olunmadığını da bildirib: "Amma elə peyvənd olunan xəstəliklər var ki, onları da viruslar törədir. Məsələn, qızılca, suçiçəyi, karotit və s. xəstəlikləri də viruslar yaradır və bunlara qarşı peyvənd olunmalıdır. Amma qrip, paraqrip, adenovirus, rinovirusa qarşı bir qayda olaraq peyvənd edilmir. "Çünki peyvənd immunitet törətmir. Müvəqqəti effekt verir və sonra da itir. Digər tərəfdən, viruslar o qədər sifətlərini dəyişirlər ki, onların birinə qarşı immunitet yaradanda gələn dəfə həmin virusda mutasiya baş verdiyini görürsən. İmmunitet yaratmaq mümkün olmadığına görə xəstəliyin müalicəsi prosesində tədbirlər görməyə məcbur oluruq".

Baş pediatr infeksion virusların uşaq ölümünə səbəb olduğunu da istisna etmir: "Adenovirus, rinovirusa yoluxan uşaqlara normal nəzarət olunmasa və sistematik müalicə aparılmasa, ağır fəsadı meningit yarada və uşağın ölümünə səbəb ola bilər". N.Quliyev infeksion virusların yayılması ilə bağlı telekanallarda maarifləndirici proqramların çoxalmasına ehtiyac olduğunu da qeyd edib: "Təəssüf ki, özəl televiziyaların çoxu kommersiya reklamlarına üstünlük verirlər. Ancaq özəlliyindən və dövlət kanalı olmaqdan asılı olmayaraq, uşaqlarla, vətənlə bağlı problemləri növbəyə qoymaq, pulla ölçmək olmaz. Bu cür verilişlər mütəmadi yayımlanmalıdır ki, insanlarda da maariflənsinlər və təhlükəni hiss etsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3570   Tarix: 19 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490