Uşaqlara tək yatmaq vərdişini necə aşılamaq olar?

Uşaqlara tək yatmaq vərdişini necə aşılamaq olar?Körpə böyüdükcə onu müstəqilliyə öyrətmək və tək yatızdırmaq tələb olunur. Lakin uşaqlar çox vaxt tək yatmaq istəmir, yatmaq vaxtı gələndə ağlayır, qışqırır və sözə baxmırlar. Psixoloqlar hesab edir ki, bu cür rəftar rejimlə tərbiyə olunmayan uşaqlarda özünü göstərir. Düzgün rejim və yuxuya hazırlaşdırma isə uşağın rahat yatmasına kömək edir.

Uşaq psixoloqu Fəridə Məhərrəmovanın sözlərinə görə, əksər valideynlər bu problemlə üzləşirlər və bununla fərqli mübarizə aparırlar: "Amma yaxşı olar ki, körpəni həyatının ilk aylarından beşiyini yellətmədən yatmağa öyrədəsiniz. Bu, mümkün olmursa, uşaq artıq yellənərək yatmağa öyrəşibsə, təxminən yaş yarımından sonra müstəqil yatmağa öyrətməyə başlamaq olar. Bunun üçün fərqli üsullar tətbiq etmək mümkündür. Amma effektiv üsullardan biri körpənin yanında gözlərini yumub uzanmaqdır. Uşaq bir müddət çarpayıda ora-bura çevrilib, oynayıb, axırda yatacaq. Lakin bu zaman səbirli olmaq və xeyli gözləmək lazımdır. İlk vaxtlar ola bilsin ki, uşaq bir saata yaxın bu cür edərək yatmasın. O, öyrəşmədiyi üçün belə davranır. Sonradan isə uşaq tez yatmağa başlayacaq. Ana həm də uşağın yanında gözlərini yumub ona fikir verməməlidir. Belə ki, uşağa baxanda, onu oynadanda uşaq yatmayacaq. Baxış uşaqla emosional əlaqə qurur ki, bu isə yuxuya getməyə mane olur".

Uşağı körpə vaxtlarında müstəqil yatmağa öyrəşdirməyəndə onu yatızdırmaq çətinləşir. Uşaq yatmaq vaxtı gələndə şıltaqlıq etməyə, qışqırmağa başlayır. Tək yatmaqdan imtina edir. Belə olan halda isə valideyn əsəbiləşir, özünü itirir və hadisələrə nəzarət edə bilmir. Psixoloq bildirib ki, valideynlərin bu cür vəziyyəti uşaqların əl-qolunu daha da açır: "Uşaq hadisəni istədiyi istiqamətə yönəldir. Məsələn, "televizora baxım, sonra yatacağam", "oyuncaqlarla oynamalıyam, yoxsa yatmayacağam". Ona görə də, uşaq sözə baxmayanda, ərköyünlük edəndə həyəcanlanmaq, əsəbiləşmək lazım deyil. Çaşqınlığınızı, özünüzü itirməyinizi uşaq duyur və vəziyyətdən istifadə edir. Nəticədə sizi manipulyasiya edəcək".

Bu kimi hallarla üzləşməmək üçün rejimə ciddi riayət etmək tələb olunur. Rejim yalnız uşağın rahat yatması üçün deyil, həm də onun yaxşı bəslənməsi üçün də vacibdir. Uşaq orqanizmi rejimə qarşı çox həssasdır. Həmsöhbətimiz məsləhət görür ki, uşaq eyni vaxtda yatmalı, yeməli, oynamalı və gəzməlidir: "Uşağı hər gün eyni vaxtda yatızdırmaq vacibdir. Yuxudan əvvəl hazırlıq işlərinizi də eyni qaydada görməlisiniz. Əgər uşaq böyükdürsə, iki yaşını keçibsə, onunla eyni çarpayıda uzanmayın. Yoxsa həmişə sizinlə yatmaq istəyəcək. Yaxşı olar ki, yanında oturub ona nağıl oxuyasınız. Bu zaman vaxta nəzarət edin. Hər gün eyni vaxtda uşağa yatmaq vaxtının gəldiyini deyib otaqdan çıxın. O, sizin qalmağınızı istəsə də, fikir verməyin. Uşaqlar, ümumiyyətlə, bizi asanlıqla manipulyasiya edirlər. Buna imkan verməyin".

Müsahibimin dediyinə görə, uşaq gecə narahat yatırsa, bir neçə dəfə ayılırsa, yatmamışdan əvvəl onu gəzintiyə aparmaq olar. 20-25 dəqiqə sakit yerdə təmiz havada gəzəndən sonra uşaq yaxşı yatacaq. Uşağın tez-tez yuxudan ayılıb ağlaması onun nədənsə narahat olmasına da işarə edir. Ola bilsin ki, gecə çox yediyi üçün də o, rahat yata bilmir. Həm də uşaqlar çox emosional olur və gün ərzində çox təsirlənəndə gecə yata bilmirlər. Məsələn, qonaqlıqdan, səs-küylü yerdən gələndən sonra uşaq özünü aqressiv hiss edir. Gecə yatmazdan əvvəl xeyli oynayandan sonra da sakitləşə bilmir. Bu səbəbdən də gecə vaxtı aqressiv oyunlar oynamaq, səs-küy yaratmaq olmaz.

Uşağı yatızdırandan əvvəl onu çimizdirmək də kömək edir. Uşaq çiməndən sonra özünü rahat hiss edir və yaxşı yuxuya gedir. Amma bəzi uşaqlar əksinə olaraq çiməndən sonra oynamağa meylli olurlar. Onları yatızdırmaq çətinləşir.

F.Məhərrəmova yatarkən uşaq tək qalmaqdan çox qorxursa, ona oyuncaq verməyi məsləhət görür: "Uşaq oyuncağı qucaqlayıb yatacaq. Bu cür o, özünü müdafiə olunmuş hiss edəcək. Ümumiyyətlə, yatmazdan əvvəl uşağı qorxuzmaq "yatmasan, xoxan gəlib səni yeyər" kimi ifadələr demək düzgün deyil. Uşağı döymək, təhqir etmək, bu üsulla da öz sözünü yeritməyə çalışmaq da olmaz. Bu uşağı qıcıqlandırır və yatmaq vaxtı gələndə o, əsəbləşməyə başlayır. O bu vaxtı tədricən sevmir və yatmaq istəmir. Yatmazdan əvvəl sözə qulaq asmamağa başlayır. Ona görə də uşağı yuxuya nifrət edərək böyütmək lazım deyil. Əksinə olaraq yatmaq vaxtı gələndə uşaqla xoş davranın. Ona nağıl oxuyun. Bir neçə dəqiqəlik fiqurlu işıq qoşun. Uşağa divarda əks olunan işıqlı fiqurlar maraqlı gələcək. Elə edin ki, yatmazdan əvvəl özünü rahat və xoşbəxt hiss etsin. Yuxu ona nağılı xatırlatsın. Bunlara riayət etdikdə uşaqlar müstəqil yatmağa öyrənir və çox tez yuxuya gedirlər. Belə ki, düzgün rejimlə tərbiyə olunan uşaq artıq 10-15 dəqiqəyə yuxuya gedir".

Qeyd edək ki, uşaq günün çox hissəsini ana ilə keçirirsə, gecə onu yatızdırmağı atasına həvalə etmək olar. Həm də ata ilə uşaqlar özlərini daha sakit aparır və sözə qulaq asırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4814   Tarix: 16 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib. Məlumata görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib. Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imz

05.05.2024 246
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

05.05.2024 338
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 522
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 483
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 421
.

Bakıda kuryoz olay-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziy

28.04.2024 481
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 289
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 425
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 454