Azərbaycan oğlanlar ölkəsinə çevrilir

Azərbaycan oğlanlar ölkəsinə çevrilirOktyabrın 11-i Beynəlxalq Qız Uşaqları günü kimi qeyd edilir. Bu günün doğulan qız uşaqları sabahın gənc qızları və anaları olacaqlar. Amma bu gün bir çox dünya ölkələrində qız uşaqları doğulmadan, ana bətndəcə məhv olur.

Bu gün dünya əhalisi 7 milyarda çatır. Lakin hər gün doğulan uşaqlar içərisində qızların sayı azalır. Xüsusilə də bəzi Şərq ölkələrində – Hindistanda, Çində, ərəb ölkələrində ailələr qız uşağını dünyaya gətirmədən, bətndəcə məhv edirlər. Son illər bu proses Azərbaycanda da müşahidə edilir.

Nüfuzlu "Science" jurnalı qeyd etdiyimiz sahədə araşdırma aparıb və məlum olub ki, dünyada təbii halda hər 100 qıza qarşılıq 105 oğlan doğulur. Amma bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə hər 100 qıza qarşı 115 oğlan dünyaya gəlir.

Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2012-ci ildə ölkəmizdə 174 min 469 uşaq doğulub. Bunlardan 93 min 587-i oğlan, 80 min 882-i qız uşağıdır.

Bu ilin birinci yarısında isə ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır.

Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda hər 1000 kişiyə 1013 qadın düşür.

Qız uşağını istəməmək isə balansın pozulmasına, oğlan uşaqlarının sayında artımın olmasına səbəb olur. Məhz müstəqillik illərindən sonra oğlan uşaqlarına üstünlük verilməsi bu gün 1-ci sinfə gedən uşaqlar arasında da fərqin yaranmasına səbəb olub.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilir ki, 2013-2014-cü tədris ilində 141166 nəfər birinci sinfə gedib. Onlardan 74998-i oğlan, 66168-i qızdır.

Hamiləlik dövründə ailənin dölün cinsiyyətinin öyrənməsi son halda qız uşaqların abort edilməsi ilə nəticələnir. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.

Azərbaycanda uşaqların cinsiyyətinin əvvəlcədən öyrənilməsinə qadağa qoyulmasına baxmayaraq, valideynlər xəstəxanalarda USM cihazları vasitəsilə bunu öyrənirlər. Nəticədə isə uşağın qız olduğunu bilən ana aborta gedir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10129   Tarix: 11 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 489
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 117
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 360
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 300
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 205
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 618
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 849
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1204
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 816