Xaricdən gətirilən bitkilər daha böyük fəsadlar yaratmağa başlayır.

Xaricdən gətirilən bitkilər daha böyük fəsadlar yaratmağa başlayır.Hacı Şıxlinski: Azərbaycana xaricdən gətirilən müxtəlif növ bitkilərin əksəriyyəti ilə birlikdə müxtəlif xəstəliklər gəlir.
Vahid Fərzəliyev: Bəzək məqsədilə gətirilən bitkilər özləri ilə daha çox xəstəlik gətirirlər.

Murtuzəli Hacıyev: «Fermerlərin problemi olsa, müraciət edə bilərlər»

Son illərdə bitkilər arasında yayılmağa başlayan bir sıra xəstəliklərin qarşısının alına bilməməsi artıq kənd təsərrüfatı sahəsində fermerlərin ciddi probleminə çevrilib. Bu günlərdə yayılan məlumata görə, Ucarın Xalac kəndində xurma bağlarına naməlum virus düşüb. 20 ildir ki, xurmanı yaxşı qiymətə xarici bazara satdıqlarını deyən fermerlər əvvəllər bir ağacdan 200-400 kq olmaqla ilə 20-30 ton xurma yığdıqlarını bildirirlər və naməlum virusun əlindən oktyabrın 20-dən sonra bir məhsul belə tapmayacaqlarından narahatdırlar. Və yaxud da ki, Salyan rayonunda məşhur "xələc" üzümünə düşən xalq arasında "qırmızı" adlandırılan xəstəliyə qarşı 3 ildir ki, mübarizə aparılsa da bir nəticəyə gəlinə bilməməsi problemin genişləndiyini göstərməkdədir. Qeyd edək ki, "Xələc" üzümü adi ilə taninan salyan üzümləri keyfiyyətinə, xüsusən şirinliyinə görə digər rayonlarda yetişdirilən üzümlərdən fərqlənir. Bitkilər arasında yayılan bu kimi xəstəliklərinin hardan gəlməsi, nədən qaynaqlanması haqda araşdırma apardıq.

Kənd Təsərrüfatı Bitkilərinin Immuniteti laboratoriyasının müdiri Hacı Şıxlinski məlumat verərkən deyib: "Bu gün Azərbaycana xaricdən müxtəlif növlərdə bitkilər gətirilər. O növlərin əksəriyyəti ilə birlikdə müxtəlif xəstəliklər gəlir. Həmin xəstəliklər isə bizim respublikamızda əvvəlki dövrlərdə müşahidə olunmurdu. İndi yayılmağa başlayıb. Təbii ki, iqlim dəyişikliyi də buna səbəb ola bilər. Bitkilərə vurulan müxtəlif pestisidlər də buna səbəb ola bilər. Bunlar hamısı bu və ya digər xəstəliyin inkişafına səbəb ola bilən amillərdir. İlk öncə xəstəliyi dəqiq müəyyənləşdirmək lazımdır. Bunun üçün bizə nümunələr gətirilərsə, laborotoriya şəraitində araşdırmalar aparmağa da hazırıq. Xəstəliyin nə olduğu müəyyən olunandan sonra, bitkilərə haradan yoluxması da aydınlaşdırıla bilər".

AMEA Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev verdiyi açıqlamada məsələyə bu cür aydınlıq gətirib: "Əvvəla, bitkidə olan xəstəliyi düzgün müəyyənləşdirmək lazımdır. Konkret olaraq xəstəliyi müəyyən etmək lazımdır. Amma əsasən, xəstəliyin ölkəyə daxil olmasının mühüm səbəblərindən biri xaricdən gətirilən bitkilərlə bağlıdır. Məsələn, bəzək məqsədilə gətirilən bitkilər özləri ilə daha çox xəstəlik gətirirlər. Düzdür, iqlim dəyişkənliyinin də bu məsələyə təsiri var. Amma iqlim sadəcə o xəstəliyin geniş miqyasda yayılmamasına, artmasına təsir edir. Çünki, elə zərərvericilər var ki, iqlim şəraiti onlar üçün əlverişli olarsa, onlar çox geniş ərazilərdə yayılmağa başlayırlar. Amma yenə də qeyd etdiyim kimi, bitkilər arasında xəstəliyin yayılmasına əsas səbəb xaricdən gətirilən bitkilərlə gələn viruslardır. Bitkilər gətirilərkən onların yoxlanması ilə məşğul olan sanitar xidmət orqanları var. Bu, onların fəaliyyəti ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyinin xidmətində məhz bu məsələylə məşğul olan idarə var ki, bitkilərin yoxlanmasının həmin təşkilat aparır. Xaricdən gətirilən bitkilərin yoxlanması onların səlahiyyətindədir".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin katibi Murtuzəli Hacıyev isə narahatçılığa heç bir səbəb olmadığını və nazirliyin daxilində və ayrı-ayrı rayonlarda olan bitkilərərin mühafizəsi idarələrinin xəstəliklərə qarşı lazımi tədbirləri gördüyünü bildirib: "Kənd Təsəsrrüfatı Nazirliyi tabeçiliyində bitkiləri mühafizə idarəsi var. Bundan başqa, hər rayonda bitkiləri mühafizə idarələri yaradılıb. Rayonlarda fermerlərin bitkilərlə bağlı problemi olarkən həmin idarəyə müraciət edir və həmin idarənin mütəxəssisləri lazım olan preparatlarla xəstəliyə qarşı mübariz aparırlar. Yəni, bizdə nazirliyin bitkiçilik sahəsində elə bir problemi yoxdur. Dediyim kimi, hər regionda nazirliyin müəyən etdiyi bitkiçilik idarələri fəaliyyət göstərir. Onunla əlaqədar fermerlərin problemi olsa, müraciət edə bilərlər. Preparatlar da yoxlanılır, sınaqdan keçirildikdən sonra bitkilərə tətbiq olunur. İstənilən qədər də dərman preparatı var Azərbaycanda. Bitkilərdə problem olan zaman, fermer bizə müraciət edərsə, bizim əməkdaşlarımımızın da iştirakı ilə əraziyə baxış keçirilir, xəstəlik müəyyən olunur və lazımi dərman preparatı tətbiq olunaraq problem həll olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1671   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877