Müxtəlif ölkələrin ənənəvi toy süfrəsi.

Müxtəlif ölkələrin ənənəvi toy süfrəsi.İstənilən millətin mədəniyyətində toy – möhtəşəm ziyafətlə müşayiət olunan milli ənənədir. Lakin hər bir millətin öz ənənəvi toy xörəkləri vardır.
Məsələn, Danimarkada bu, marsipanlı piroqdur. Piroqun kənarları adətən şamlarla və meyvələrlə bəzədilir. Həmçinin piroqun üzərinə bəylə gəlinin şəkilləri olan medalyonlar da düzülür. Ümumiyyətlə, əvvəllər Danimarkanın toyları öz möhtəşəmliyi ilə seçilirdi. Belə ki, buradakı ən sadə toy məclisi üçün 10 ədəd ördək, 10 qaz, 20 toyuq, 5 donuz, 2 dana tələb olunurdu... Təəccüblü deyil ki, bu ölkədə toyların möhtəşəmliyi ilə dövlət səviyyəsində mübarizə gedirdi.
Biz alışmışıq ki, toy tortu adətən ağ və ya çəhrayı rəngdə olur. Barbadosda isə qara rəngdə toy piroqu hazırlayırlar. Qara piroqun resepti nəsildən-nəsilə ötürülür. Bir qayda olaraq, onun tərkibinə qəhvəyi şəkər, rom, kişmiş, qarağat, albalı və qara gavalı daxildir. Bütün quru meyvələr romda isladılır, bəzən onları romda 2 aya qədər saxlayırlar.
Hollandiyada toy süfrəsi nigah mərasimindən əvvəl açılır. Ənənəvi toy menyusuna "gəlinin şəkəri" adlanan konfetlər və "gəlinin göz yaşları" adlanan şərab daxildir.
Norveç toyunun ənənəvi xörəyi "gəlin sıyığı" adlanır. Sıyıq buğda və qaymaqdan hazırlanır.
Ərəb ölkələrində toy – həmişə möhtəşəm ziyafətdir. Ənənəvi toy xörəyi – xüsusi sousla hazırlanmış düyü və qoyun ətidir. Bəzi yerlərdə daha ekzotik xörəyə üstünlük verilir: bu, quzu ilə doldurulmuş qızardılmış dəvədir. Bu xörəyin tam bişirilmə qaydası belədir: bir neçə balığı qaynadılmış yumurta ilə doldururuq. Daha sonra həmin balıqlarla toyuqların içi doldurulur. Öz növbəsində, bu toyuqlarla qızardılmış quzunun içini doldururuq.
Daha bir ekzotik toy xörəyi Koreyada mövcuddur – bu, müxtəlif rəngli saplarla bəzədilmiş, dimdiyinə qırmızı bibər qoyulmuş qaynadılmış xoruzdur. Koreyalılar hesab edir ki, bu, gənc ailəyə xoşbəxtlik gətirir və onların bir-birinə olan sevgisini simvolizə edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3032   Tarix: 08 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018