Abort olunmuş döllər kosmetik vasitələrin tərkibində istifadə olunur- Araşdırma.

Abort olunmuş döllər kosmetik vasitələrin tərkibində istifadə olunur- Araşdırma.Bilin ki, bahalı kosmetikada vəhşiliklə öldürülən "uşaq"dan "nə isə" var.

Abort məsələsi əsrlərin mübahisə, qınaq obyektinə çevrilib və bu, dövrümüzün reallığı kimi mövcudluğunu qoruyur. Doğrudan da, nə qədər qadın haqlı(təcavüzə uğramış qadın hamiləliyini davam edə bilməz, arzuolunmaz hamiləliklər də belə) olsa da, nəticədə abort əməliyyatı vəhşilik, qəsdən insanın məhvidir. Dünyada hər il minlərlə körpə abortun nəticəsində dünyaya gəlmir. Elə bizim özümüzdə qız, oğlan uşağı sevdasına düşənlər bir ultrasəs müayinəsiylə(həkimin bəlkə də yalnış olaraq qız, ya da oğlan deməsi ilə) hamiləliyini süni şəkildə pozmaq qərarını alır.

Bu dəfə sizə təkcə abort yox, abort zamanı əldə olunan qolu-qanadı qırılmış bədbəxt "körpə"lərin taleyi barədə maraqlı araşdırma hazırlamışam. BiG.AZ "Qafqazinfo"-ya istinadən bu tükürpədici məlumatları nəzərinizə çatdırır.

Bir həkim 60.000 abortu necə edə bilər?

Bu gün peşəkar abort edən, qadını "təmizləyən" həkim-cərrahlar yaxşıca pul qazanmağındadırlar. Çoxu kimi mən də abortu "döl terroru" kimi qiymətləndirirəm. Nəticədə həmin döl bir az da qalsa bizdən biri ola bilər. Abort bütün dinlərdə günah sayılır.Bu işi görən həkim, həm də qadın cinayətin şərikli tərəfləridirlər. Təkcə Azərbaycanda statistikaya görə hər 100 qadından 60-70-i abort etdirir. Özü də bir dəfə yox. Bir çox ölkədə olduğu kimi bizdə də 10 həftəlik(2,5 ay) hamiləliyin süni pozulması qanuni sayılır, amma bəzən bu müddətin çox olması həkim və qadın qarşısında məsulliyətlər qoyur. Təəssüf ki, bu gün bizdə abortla bağlı vəziyyətə heç nəzarət olunmur.

Maraqlı bir faktı xatırlamaq istəyirəm. Vaxtiylə amerikalı həkim-ginekoloq Bernard Natanson(1926-2011) zamanın ən nüfuzlu abort karalı olub. O, 1984-cü ilə qədər ABŞ-da 60.000-ə qədər abort əməliyyatı keçirib. 1984-çü ili ona görə vurğuladım ki, professor həmin ildən etibarən abort edənləri pisləyənlər sırasına keçib. Həm də o bunu abortla bağlı özünün çəkdiyi "Səssiz bağırtı"(The silent scream") sənədli filmində ifadə edib. Təcrübəli həkim ilk dəfə olaraq ultrasəs müayinəsi yolu ilə ana bətnindəki dölün vəziyyətini lentə çəkib. Bu filmə baxanda heç bir qadın yəqin ki, aborta getməz. Çünki həkim filmdə abort zamanı qorxan dölün hərəkətlərini də nümayiş etdirməyə nail olub. İndi bu qəbildən abortu pisləyən çox filmlər istehsal olunur, amma təbliğat yenə də zəifdir.

Qətlə yetirilmiş "uşaq" bizi qocalıqdan xilas edir?

Bu yaxında vaxtiylə Türkiyədə təhsil almış və təcrübə qazanmış azərbaycanlı həkim-ginekoloqun maraqlı fikri ilə rastlaşdım. Adını verməyən ginekoloq abort olunmuş döl, embrionlardan kostmetika sənayesində istifadə edildiyini bildirdi. Dəfələrlə buna inanmadığımı dilə gətirsəm də, o həmin abort "məhsulunun" yaxşı qiymətə satıldığının şahidi olduğunu dedi. Və bu məqam məni məsələni bir az da araşdırmağa vadar etdi. Məlum oldu ki, dünyada insan döl və embrionu alveri deyilən ticarət mövcud imiş. Hətta bu satışı həyata keçirənlər min dollarla pul qazanırlar. Bir neçə il əvvəl Avropanın bir neçə ölkəsində, ABŞ-da aşkar olunan döl konteynrləri də bu məsələyə aydınlıq gətirib. Məsələnin dərinliyinə varsaq, abort olunmuş insan emrionlarından kosmetik vasitələrin istehsalında istifadə olunması yəhudi əsilli Helena Rubinsten(1870-1965) tərəfindən irəli sürülüb. Bu qadın istehsal etdiyi kosmetik vasitələrinin tərkibində insan hüceyrələrinin mövcudluğunu dilə gətiribmiş. Onun bir əsrə yaxın yaşaması da buna sübut ola bilər. Krem, losyon, sabunlar məhz həmin kollogen deyilən maddə hesabına qadınların dərisinin qocalmasının qarşısını alıb.Belə ki, orqanizmdə məhz kollogen maddəsinin çatışmazlığı səbəbindən dəri qırışıqlığı erkən başlayır. Kollogen- xüsusən sümük, qığırdaq kimi hissələrdə birləşdirici toxuma kimi mövcud olan, protein və jeləyəbənzər maddədir. Deyilənə görə, 14-25 həftəlik dölün hüceyrələri daha qiymətli hesab olunur. Dəfələrlə Rusiyanın elm adamları bu məsələylə bağlı səsini çıxarıb. Bu barədə maraqlı bir məqalədə deyilir: "Hər il Rusiyada 3 milyondan çox qadın aborta gedir. Hətta professor Gennadi Suxixin rəhbərlik etdiyi Moskva beynəlxalq ginekologiya instutunda abort olunmuş döllərdən "cavanlıq elieksiri" hazırlanır. İnsan embrionundan götürülmüş xüsusi hissəcikdən hazırlanmış belə iynənin bir ampulası 2 milyon dollardır. Qətlə yetirilmiş "körpə" kiminsə fetal terapiyası üçün "dərman" olacaq və ya kiminsə dərisini cavanlaşdıracaq, sellolitini aradan götürəcək. "Canlı kosmetika"dan istifadə edən qadınlar heç özləri də bilmir ki, "körpə" qanını, canını bədənlərinə çəkirlər. Vaxtiylə Çörçil, Reyqan kimi dövlət adamları da fetal terapiyadan istifadə ediblər."

Maraq üçün bir neçə nüfuzlu kosmetika firmasıyla əlaqə saxladım bunun fərziyyə olduğunu bildirdilər. Hətta bu barədə birinci dəfə eşidən də oldu. Amma heyvanların embrionundan istifadə olunması parfumeriya sənayesində mümkün və normal sayılan məsələ hesab edilir.

Əgər kosmetik vasitələrin üzərində "fetal" və ya "human" sözü aşkarcasına qeyd olunubsa, deməli orada insan embrion hüçeyrəsindən istifadə olunub. "Fetal" sözü, tərcümədə "döl", "human" isə "insan" deməkdir. Və insan başqa bir insanın hüçeyrəsini üzünə, dərisinə çəkirsə onda bu vəziyyəti nə adlandıraq, bu qəliz məsələdir.

Onu da deyim ki, həqiqətən insan dölünün hüceyrələrinin dəri qırışıqlığını aradan qaldırdığı sübut olunub. Dünyanın məşhur adamları, hətta dövlət adamları belə dərisinin cavanlaşdırılmasına nail olublar. Türkiyənin "diva"sı( doğrudan da divdir elə) Bülent Ərsoyun da 2007-ci ildə üz dərisinə insan embrion hücerlərinin köçürüldüyü deyilir. Müğənni həm makiyaj, həm də bu üsula görə adam içinə rahatlıqla çıxa bilir.

Peyvəndin hazırlanmasında insan embrionundan istifadə olunur

Abort məhsulu "xamaal" kimi təkcə kosmetika istehsalında deyil, həm də peyvəndlərin hazırlanmasında istifadə olunur. Quduzluğa qarşı, su çiçəyi və digər xəstəliklərə qarşı istifadə olunan peyvənd(vaksina)preparatlarının tərkibində insan emprionundan əldə edilən hissəsiklər var. Məlumatlara görə, ABŞ, Avropa ölkələri hər il 300 minə qədər embrionu farmakoloji şirkətlərə satır. Başqa sözlə, abort qalıqları yandırılmaqdan, zibilliyə atılmaqdansa, qiymətləndirilir, pula çevrilir.

Yaponiya isə abort olunmuş "körpə"ni yeməyi üstün tutur

Yaponiyanın maraqlı mətbəxində "döl" dən hazırlanmış şorba və ya soyutma delikates hesab olunur. Abort bir cinayətdirsə, abort "məhsulunun" yeyilməsi qat-qat vəhşilikdir. Amma bizə görə. Yaponlar bu "qida"nı vitaminli, qocalmanı ləngidən deyə dəyərləndirirlər. Hətta bu "məhsul" daha çox Çindən gəlir. Çünki əhali sıxlığına görə dünyada öndə gedən Çində bir uşaqdan artıq övlad dünyaya gətirmək qadağandır. Bu səbəbdən burada abort da adi hala çevrilir, yaxud ona bəraət qazandırılır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10610   Tarix: 08 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

TOP MP3