Azərbaycanda əkiz və üçəmlərin artmasının səbəbi

Azərbaycanda əkiz və üçəmlərin artmasının səbəbiİlin 6 ayı ərzində 876 əkiz, 15 üçəm doğulub.

Yeni doğulanların sayının artması sevindirici hal olsa da, buna səbəb olan amil heç də ürəkaçan deyil.

BiG Az,az vision az-a istinadən bildirib ki, bu il doğulan oğlanların sayı qızlardan 7 faiz çoxdur. Bu barədə az.vision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib : ` Bu ilin ilk 6 ayı ərzində ölkədə 83,1 min körpə doğulub. Onların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrdən 876-sı əkiz, 15-i isə üçəmdir.

Ötən illərin göstəriciləri ilə müqayisədə məlum olur ki, son 5 ildə doğulan əkizlərin və üçəmlərin sayı artıb. Bu sevindirici hal olsa da, məsələnin kökündə heç də xoş olmayan problemlər dayanır.

Tibb elmləri üzrə fəlsəfə doktoru həkim, mama-ginekoloq Aynurə Xəlilova açıqlamasında həmin problemlərə aydınlıq gətirib.
Azərbaycanda əkiz və üçəmlərin artmasının səbəbi"Son 5 il ərzində təkcə bizə ana olmaq arzusu ilə müraciət edən qadınların 70 faizində hormonal pozğunluqlara rast gəlinir. Təəssüflə qeyd edim ki, onların əksəriyyəti reproduktiv dövrdə olan cavan qadınlardır. Hətta onlarda yumurtalıqların polikistozuna rast gəlinir ki, bu da qadınların hamilə qala bilməməsinin əsas səbəblərindən biridir.

Polikistozu yaradan amillər ekoloji vəziyyətin əlverişsiz olması, yediyimiz qidaların arasında geni dəyişdirilmiş, hormonlu məhsulların çox olması, içməli suyun çirkli olması, eləcə də qızlarda çox erkən yaşlarda yaşanan stress və nevroz, qalxanvari vəzinin xəstəlikləri və sairədir. Bütün bunlar yumurtalıqda fəsadlar yaradır."

Həkimin sözlərinə görə, məhz yuxarıda sadalanan xəstəliklər ucbatından hamilə qala bilməyən qadınlar dünyaya övlad gətirmək üçün süni mayalanma üsuluna müraciət edirlər.

"Süni yola onların yumurtlalığında folekul yetişdirməyə başlayırıq. Bu zaman istifadə edilən dərmanların təsirindən yumurtalıqda bir yox, bir neçə folekul yetişir, yetişmiş folekulların biri yox, bir neçəsi partlayır. Onlar hamısı mayalanmaya uğrayırlar. Bunun da nəticəsində dölün sayı artır. "-deyə həkim əkiz və üçəmlərinin sayının artmasının səbəbini süni mayalanma zamanı istifadə olunan dərmanlarla və ən əsası isə qadınların təbii yolla hamilə qala bilməməsi ilə bağladı, sonda isə qadınlara dünyaya sağlam övlad gətirmək üçün öz sağlamlıqlarına biganə yanaşmamağı məsləhət gördü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5943   Tarix: 05 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

20:45 0
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 583
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 93