Yol polisindən həyəcan təbili DƏHŞƏTLİ STATİSTİKA

Yol polisindən həyəcan təbili DƏHŞƏTLİ STATİSTİKABu ilin 8 ayı ərazində Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 56 uşaq ölüb

BiG.AZ bildirirki, Bu ilin 8 ayı ərazində Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 56 uşaq ölüb, 189 uşaq isə yaralanıb. Ölənlərin 21 nəfəri 7 yaşına qədər, 35-i isə 7-16 yaş arası, yaralananların 47-si 7 yaşına qədər, 142-si isə 7-16 yaş arası uşaqlardır. Ölənlərdən 23 nəfər, yaralananlardan 87-si sərnişin, ölənlərin 29-u, xəsarət alanların isə 91 nəfəri piyada qismində olan uşaqlardır.

Bu barədə sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Bununla bağlı həyəcan təbili çalan şöbə rəisinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə yol qəzalarında həm ölən, həm də yaralanan uşaqların sayı artıb: "2012-ci ilin analoji dövrü ilə müqayisədə ölən uşaqların sayı 11, xəsarət alanların sayı isə 24 nəfər artıb".

K.Əliyev yol qəzalarında uşaqların ölməsi və yaralanması ilə nəticələnən halların qarşısını almaq üçün bir sıra məsələlərə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib:

"12 yaşına qədər uşaqların avtomobillərin ön oturacaqlarda sərnişin qismində xüsusi qurğular olmadan daşınması qadağandır. Təəssüflər olsun ki, bizdə hələ də uşaqların ön oturacaqlarda sərbəst şəkildə, hətta valideynin qucağında daşınması halları var. Bu da qəza hadisəsi baş verəndə azyaşlıların ölümü ilə nəticələnir. Azərbaycan qanunvericiliyində uşaqların arxa oturacaqlarda xüsusi qurğular vasitəsilə daşınması nəzərdə tutulmasa da, övladlarının təhlükəsizliyi naminə valideynlərə məhz belə qurğulardan istifadəni tövsiyə edirik. Qeyd edim ki, bir sıra ölkələrdə hətta arxa oturacaqlarda da uşaqların xüsusi qurğu olmadan daşınmasına icazə verilmir. Orta oturacaqda isə təhlükəsizlik kəmərindən istifadə edilməlidir. Uşaqlar olan avtomobildə xüsusilə sürət həddinə diqqət yetirilməlidir. Sərnişindaşıma nəqliyyatında isə avtomobilin vurulması və aşmasını nəzərə alaraq, valideyn uşaqları mümkün qədər şüşə tərəfdə otuzdurmamalı, ümumiyyətlə, bacardıqca uşaq üçün təhlükəsiz yer seçməlidir".

Şöbə rəisi əlavə edib ki, 8 ay ərzində velosipedli uşaqların vurulması faktı da qeydə alınıb. Həmin hadisələr zamanı 1 uşaq ölüb, 8 uşaq yaralanıb. Piyada kimi isə istər ölən, istərsə də yaralananların sayı çoxluq təşkil edib. Bu isə birbaşa valideynlərin üzərinə düşən məsuliyyətlə bağlıdır.

Valideynləri piyada keçidlərindən az istifadə etməkdə günahlandıran K.Əliyev onlara müraciətində uşaqları apararkən yalnız piyada keçidlərindən istifadə olunmasını tövsiyə edib: "Bu yaxınlarda şəxsən müşahidə etdim ki, uşaq məktəbə tək gedib gələndə yeraltı keçiddən istifadə edir, valideynlə gedəndə isə valideyn ona keçiddən keçməyə imkan vermir. Tələsdiyinə görə uşağı da yolun hərəkət hissəsinə çıxarıb həm qaydanı pozur, həm uşağın həyatını təhlükə altına qoyur, həm də uşaqda pis vərdişlərin yaranmasına səbəb olur. Valideynlər bilməlidirlər ki, elə bir məktəb, elə bir təhsil müəssisəsi yoxdur ki, yaxınlığında nizamlanan və ya nizamlanmayan piyada keçidi olmasın. Yolu mütləq həmin keçidlə keçmək lazımdır ki, uşağa bu vərdişlər aşılansın və uşaq valideynsiz hərəkət edərkən yolu qaydalara uyğun keçsin. Hansı yeraltı keçidə baxırsansa, uşaqları valideynsiz görürsən, lakin yuxarıda, yolun hərəkət hissəsinə çıxan valideynsiz olduqca az uşaq görmək olar".

Bundan əlavə, BDYPİ sözçüsü orta məktəblərdə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi işinə səhlənkar yanaşıldığından da narahatlığını dilə gətirib: "Məktəblərdə "Həyat bilgisi" fənninin tərkibində "Yol hərəkəti qaydaları" bölməsi var. Yaxşı olardı ki, orta təhsil müəssisələrində həmin dərslər lazımınca keçilsin. Hətta BDYPİ tərəfindən "Yol hərəkəti əlifbası" kitabı 10 min tirajla çap olunaraq orta məktəblərə pulsuz olaraq paylanıb ki, bu, dərsdə lazımi səviyyədə keçirilsin. Amma təəssüflər olsun ki, çox az sayda məktəbdə bu dərslər keçirilir. Əksər məktəblərdə demək olar ki, yol hərəkəti qaydaları ilə bağlı azyaşlılara ümumiyyətlə məlumat verilmir. Bu da sonda yollarda baş verən faciələrdə özünü göstərir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3799   Tarix: 02 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 155
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 299
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 199
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 241
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 240
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 198
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 280
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 247
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 237