Həddindən artıq təmizliyə meyllilik xəstəlikdirmi?

Həddindən artıq təmizliyə meyllilik xəstəlikdirmi?İnsanlar təmizliyə meyllidirlər
Yaşadıqları evin, həyətin, otağın, geyimlərin təmiz, baxımlı olması hər bir insan üçün əsas şərtdir. Çöldən evə gəldikdə, yemək yedikdə, başqa insanlarla görüşdükdən sonra əlini ağzına aparmazdan əvvəl əllərin yuyulması, demək olar ki, hər insanda adət halını almış bir davranışdır. Natəmizlikdən yarana biləcək xəstəliklərin siyahısı olduqca qabarıqdır. Məhz bu xəstəliklərə yoluxmamaq üçün təmizliyə riayət etmək lazımdır.

Lakin elə insanlar var ki, təmizlik mövzusunda həddindən artıq tələbkardırlar. Onların təmizliyə olan marağı təmiz olmaq istəyindən irəli gəlmir. Bu maraq bəzən həddini o qədər aşır ki, ətrafda olan insanlar da bu vəziyyətdən narahat olmağa başlayır.

Əslində bu qədər təmizliyə meylli olmaq xəstəlikdir. Təmizlik xəstələri ətrafda olan hər əşyaya qaşı həssas olurlar. Hətta təmizliyi həddindən artıq ciddiyə aldıqda bir əli ilə digər əlini tutduqda belə əlini yuma ehtiyacı duyurlar. Belə insanlarla bir evdə yaşamaq olduqca çətin olur. Onlar hər əşyaya real təhlükə kimi baxır və onların mikrobla qaynadığını düşünür. Buna görə daim nəm salfetlər, sabun, su həyatın ayrılmaz bir hissəsinə çevrilir. Təmizlik xəstəliyi həqiqətən mövcuddurmu? Belə insanların həddindən artıq hər əşyadan qorxması normal hesab edilə bilərmi?

Psixiatr Fidan Hümbətlinin sözlərinə görə, təmizlik xəstəliyi mövcuddur. Lakin hər təmizliyə meyl edən insana xəstə kimi münasibət göstərmək düzgün deyil. Təmizlik xəstəliyinə tutulmuş insanlar o insanlardır ki, onlar hər bir əşyaya çirkliymiş kimi baxır, əlini uzatmağa qorxur və ciddi təlaş içində olur. Belələrinin içində daim əşyaları yumaq arzusu olur: "İnsanlar arasında təmizlik xəstəliyi kimi tanınan bu hal tibbdə obsessiv-kompulsiv pozğunluq kimi tanınır. Bu haldan əziyyət çəkən insanlar həm özlərini, həm də ətrafındakıları bezdirmiş olur. Onlar üçün gündəlik yaşam heç asan olmur. Qapı dirəklərindən tuta bilməmək, avtobusa minərkən salfetlə tutacaqdan tutmaq, qəpik və kağız pullara qarşı daha diqqətli olmaq insanı yormaqla yanaşı, ətrafdakılar tərəfindən də xoş qarşılanmır.

Hətta təmizliyi həddindən artıq ciddi qəbul edən insanlar var ki, onların daha dözülməz həyatı olur. Elə xəstələrimiz olub ki, onlar dəmir qəpikləri evə gətirib yuyub, spirtləyirlər. Kağız pullardan ümumiyyətlə, istifadə etmirlər. Geyindikləri paltarı o qədər yuyurlar ki, daxilən özləri də paltarın təmiz olduğuna inanırlar. Onlar üçün paltar maşını, qab yuyan maşın heç nədir. Təmiz yumur. Oturduqları oturacaqları belə nəm salfetlə silib oturan, tək istifadəlik əşyaların təmizliyinə belə güvənməyən təmizlik xəstələri var. Onları xəstə adlandırmaq nə qədər düzgündür, deyə bilmərəm, amma nəticə odur ki, bu cür insanların ciddi psixi pozuntuları var".

Təmizlik xəstəliyi elə də geniş yayılmış xəstəlik deyil. Təxminən hər 100 insandan 4-ü bu xəstəlikdən əziyyət çəkir. Yaranma mərhələlərində hər şeydən şübhələnmək, təmizliyə əmin olmamaq, çirkli qab, yaxud əşyalardan istifadənin yaratdığı fəsadların şahidi olmaq və s. durur. İnsan öz davranışlarının fərqində olur. O başa düşür ki, etdikləri çevrə tərəfindən birmənalı qarşılanmır. Lakin hərəkətlərinə və qorxusuna qalib gələ bilmir. Təbii ki, bu mərhələyə gələnə kimi bir sıra hərəkətlər artıq insanın təmizlik xəstəliyinə doğru getməsini göstərir. Lakin əksər insanlar buna fikir vermirlər.

Həmsöhbətimiz bildirir ki, təmizlik xəstəliyindən qurtulmaq mümkündür. Müalicədən sonra tamamilə əvvəlki həyatına qayıdan insan normal həyatına davam edə bilir. Lakin vaxtında müalicə olunmasa vəziyyət daha da çətinləşir və iş o yerə gəlir ki, insan özü öz əli ilə yemək yeməkdən çəkinir. Belə ağırlaşmalara gələnə kimi insan kiçik tutmalarla üzləşir. Daim təmizlik edir, evə gələn digər insanın əlini vurduğu bütün əşyaları onun arxasınca gəzərək silir, gündə 10-15 dəfə əllərini silir, yuyur: "İnsanın bu hala gəlməsində bioloji, psixoloji, ətraf mühit faktorları önəmli rol oynayır. Ailəsi çox təmizkar olan ailələrin uşaqları da bu narahatlıqdan əziyyət çəkir. Uşaq vaxtından təmiz saxlanılan, oynadığı zaman üst-başının çirklənməsi zamanı dərhal təmizlənməsi və buna görə təlaş keçirilməsi uşağın gələcəkdə bu xəstəliyə tutulma riskini artırır. Təəssüf ki, belə olduqda ətrafdakı insanlar onlara kömək etmək yerinə uzaqlaşmağı məsləhət bilirlər. Zamanla çevrəsindəki azalmanı görən insan özünə qapanar, daha çox təmizliyə meyl edər, bir müddət sonra depresiyaya düşər".

Psixiatrın dediyinə görə, ümumiyyətlə, bütün insanlarda hansısa tipik pozuntu əlaməti var. Bu hal şəxsin gündəlik sosial ictimai həyatına mane olursa, o zaman xəstəlik sayılır. Əgər insan gündəlik təmizliyə 20 dəqiqə belə vaxt sərf edirsə, ancaq bu, onun normal həyat fəaliyyətini davam etdirməsinə mane olursa, bu, artıq təhlükəlidir. Müalicə etməzdən əvvəl bu pozuntunun ağırlıq dərəcəsi müəyyənləşdirilir. Əgər yüngüldürsə, davranış terapiyası ilə, orta ağır və ağırdırsa, davranış terapiyası ilə birlikdə dərmanlardan da istifadə olunur. Müalicə olunmadığı təqdirdə vəziyyət daha gərgin olur. Əlləri yumaq prosesi 30 dəqiqəyə, çimmək 3-4 saata qədər uzanır. Təmizlik isə istər qidalanmaqdan, istər ailədən, istərsə də şəxsin gündəlik işlərindən irəlidə durur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2954   Tarix: 26 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1236
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13038
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 437
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 332
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 918
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 636
.

Həkimlər bağırsaq xərçənginə qarşı ilk peyvəndi sınaqdan keçiriblər

Surreya Kral Universitetinin həkimləri Böyük Britaniya və Avstraliyadakı xəstələrdə bağırsaq xərçənginə qarşı peyvəndi sınaqdan keçiriblər. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, dərman iki ildən sonra geniş istifadə üçün hazır ola bilər ki, bu da xəstələri cərrahi müdaxil

28.01.2024 845
.

Alkoqol zəhərlənməsinin hansı əlamətləri var?

Həkim ağır alkoqol zəhərlənməsinin təhlükəli əlamətlərini açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, alkoqolun həddin artıq istehlakı çaşqınlıq, nitqin pozulması və koordinasiyanın olmamasına gətirib çıxarır. Bundan əlavə zəhərlənmə bulantı ilə müşayiət oluna bilər. Zəhərlənmə bədən istiliyini

06.01.2024 1146
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 582