Fransızların yeniliyi var - FOTO

Fransızların yeniliyi var - FOTOFrankfurt avtosalonunda Peugeot xeyli yeni avtomobil təqdim edir — bunlar yenilənmiş 3008 və 5008 modelləri və "qaynar" RCZ R kupesidir. Amma fransız şirkəti üçün əsas premyera ikinci nəsil Peugeot 308 modelidir.

BiG.AZ auto.az-a istinadən bildirir ki, bu modeldə yerinə yetirilmiş işin həcmini nəzərə alsaq deyə bilərik ki, C+ seqmentində çoxdan möhkəmlənmiş layiqli liderlərini yerlərindən sıxışdırmaq üçün yeni "şirin" yaxşı şansları var. Əgər Volkswagen Golf-la mübarizə aparmaq hələ lazım deyilsə, onda yeni Peugeot 308 modeli Ford Focus və Opel Astra hetçbeklərinə öz döyüş gücünü göstərməyi şübhəsiz ki, bacaracaq.

Yeri gəlmişkən, əgər əvvəllər nəsillərin dəyişməsi zamanı fransızlar sadəcə indeksdə son rəqəmi dəyişdirirdilərsə bəs indi niyə məhz Peugeot 308? Hər şey çox sadədir — bundan sonra bu təsnifat "dondurulmuşdur". Birinci rəqəm modelin sinifini (qabaritlərini) bildirir, ortadakı sıfır firmanın sevimli işarəsidir, amma səkkiz rəqəmi isə avtomobilin texnoloji səviyyəsindən məlumat verir. Bundan başqa, Peugeot 309 artıq şirkətin tarixində olub — maşın 1985-dən 1993-cü ilə qədər buraxılıb. Beləliklə, yeni "308-cini" qarşılayırıq!

"308"-in xarici görünüşünə görə demək olar ki, Peugeot cəsarətli eksperimentlərdən əl çəkməyi qərara alıb və qeyri-adi mühafizəkar hetçbek hazırlayıb. Standart nisbətlər (uzunluq — 4,25 metr, hündürlük — 1,46 metr), sakit xətlər, parlaq detallardan isə yalnız optikanı - içərisi işıq diodlarla doldurulmuş qəribə formalı faraları və bir də yenilənmiş Peugeot-un firma əlaməti olmuş üç zolaqlı fənərləri ayırmaq olar. Dizaynerlərin fikirinə görə, onlar şirin caynaqlarının izlərini simvollaşdırırlar.

Əsas məsələ kuzovun altında gizlənir — bu tamamilə yeni EMP2 platformasıdır. Yüksək davamlı poladın, alüminium və maqnezium ərintilərinin və kompozit materialların tətbiqi nəticəsində birdən-birə çəkini 70 kq azaltmaq mümkün olub. Amma Peugeot 308 ümumi çəkisi əvvəlki nəsil maşınıyla müqayisədə 140 kq azalıb. Balaca rəqəm deyil! Maraqlıdır ki, yük yerinin həcmi 470 litr səviyyədə bildirilib. "Golf" -da, məsələn, bu göstərici cəmi 380 litr, bundan əvvəlki "308" -də isə yalnız 348 litr olub.

Maşın həm də Peugeot 208 yığcam hetçbekin salonuna bənzər tamamilə yeni interyer əldə edib — yüksək yerləşdirilmiş cihazlar, kiçik sükan, qapıların analoji furnituru və mərkəzi konsolda iri (diaqonal 9,7 düym) sensor ekran. Əksər funksiyaların idarə etməsi bu ekranın üzərində yerləşdirilib. Bunlar iqlim-kontrol, bort kompüter, multimedia sistemi, naviqasiya və başqalarıdır. Bahalı versiyalar elektromexaniki "tutağac", mühərriki işə salma düyməsi, arxa görünüş kamerası, opsiyada isə Denon firmasının musiqisi ilə təchiz edilir. Üstəgəl təhlükəsizlik balışlarının və sistemlərinin bütöv dəsti.

Hələlik Peugeot 308 üçün üç benzin mühərriki əlçatandır: 1,2 litrlik üç silindrli 82-güclü aqreqat, və 1,6 litr həcmlə iki mühərrik (115 və 125 a.g.). Bundan başqa gücünə görə iki variantda — 92 a.g. və 115 a.g. təqdim edilən 1,6 litrlik turbodizellər. 2014-cü ilin yazında sırada kiçik turbomühərrikli (1,2 litr) modifikasiya peyda olacaq. Onun 110 və 130 a.g. hasilatla əldə etməyin mümkün olacağı gözlənilir. Bundan başqa, 1,6 litrlik 155 a.g. olan turbomühərrik də mümkün olacaq. Peugeot 308 premyeradan sonra artıq tezliklə Avropa dilerlərinin salonlarına 17 800 avro qiymətlə daxil olacaq.

Fransızların yeniliyi var - FOTOFransızların yeniliyi var - FOTOFransızların yeniliyi var - FOTOFransızların yeniliyi var - FOTOFransızların yeniliyi var - FOTOFransızların yeniliyi var - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1387   Tarix: 25 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 157
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 148
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 419
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 220
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 498
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 785
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 138
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 160
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 214