Uşaq Ərdoğanı mat qoydu - VIDEO
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Malatyaya səfərində xoş olmayan hadisə ilə qarşılaşıb. BiG.AZ anspress.com-a istinadən bildirir ki, Ərdoğan aeroportdan şəhərə gedərkən avtomobil karvanı Aksaray kəndi yaxınlığında camaat tərəfindən kəsilib.
Həmin məqam bir uşaq əlindəki almaları baş nazirə uzadıb. Mühafizəçilər almaları alandan sonra həmin uşaq "yollarımızı düzəltməsəniz, almalar haram olsun" –deyə bildirib. Bu sözlərdən bir an duruxan Ərdoğanla uşaq arasında maraqlıə söhbət baş tutub: - Bu yolumu deyirsən? - Bəli - Bu çox ağır oldu. Bu yolu kim kim salıb? - Siz - Bunun üçün mənə təşəkkür etmirsən. Və bu yol üçün haram olsun deyirsən. - Təşəkkür edirəm. Həmin məqam yaxınlıqdakı bir vətəndaş söhbətə müdaxilə edərək "baş nazirimiz kəndlərdə yol yoxdur. Yol istəyirik, yol".
Ərdoğan isə üzünü həmin vətəndaşa tutaraq bu sözlərə görə, üzüldüyünü bildirib- "Məni üzdün" –deyə avtobusa minərək yoluna davam edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş