Körpəsini itirən ananın məktubu: Yuxuma gəl

Körpəsini itirən ananın məktubu: Yuxuma gəlYenə röyamda gördüm səni, yenə gülümsər, yenə şən, yenə qayğısız. Yenə danladın məni, tənbeh etdin. Ala gözlərini qayğılı-qayğılı baxan nəmli gözlərimə dikdin, başını buladın.
Ağ-qırmızı paltarda görürəm səni həmişə, hər gecə eyni geyimdə, eyni formada gəlirsən röyama. Bu 4 ildir ki, belədir. Nə üzün dəyişir, nə saçların, nə də baxışın. Yox, yox, səhv etdim, baxışın dəyişir hərdən. Gah qayğılı olursan, gah kədərli olursan, gah da xoşbəxt olursan gözlərinlə. Məni qüssəli görəndə qayğılı olur gözlərin. Məni ağlayan görəndə kədərli olur o ala gözlər. Elə ki məni sevinmiş görürsən (səni gördüyüm üçün sevinirəm yuxumda), onda sən də xoşbəxt olursan.

Səninlə bağlı o qədər az xatirəm var ki… O qədər az xatırlayıram səni… Yaddaşımı zorlayıram hər səfərində, unutmamağa çalışıram. Səndən xatirə qalan bir-iki geyimin, cox az sayda rəsmindir təsəllim. Hər gün o kiçik rəsimlərinə baxıram əzizim, səni unutmamaq üçün.
İlahi, nə qədər çətinmiş əzizindən ayrılmaq, nə qədər zormuş. Hardasa dayanıb məni seyr etdiyini bilirəm, mən də səni görürəm hara baxıramsa. Oğluma baxıram səni görürəm, ömür-gün yoldaşıma baxıram, səni görürəm, aynada özümə baxıram, özümdə səni görürəm. Hər yerdəsən canim mənim, hər yerdə…

Birlikdə keçirdiyimiz bütün vaxtı gözümün önünə gətirirəm, 4 il öncəki anlarımı yenidən yaşayıram hər gün. Birlikdə olduğumuz o 7 saat mənə həyatımın ən əziz anlarını yaşatdı, ən müqəddəs anlarını yaşatdı, ən ağrılı, ən acılı, ən dəhşətli anlarını yaşatdı. Dəhşətim sevincimdən çox oldu təəssüf…
Səni ilk gördüyüm an gözlərimdən, ağlımdan heç getmir – o qədər gözəldin, o qədər şirindin ki mələyim, səni görənlər "bəxtəvər" dedi mənə… Gözəmi gəldin, gözəmi gəldim, bilmirəm…

O təmiz gözlərinlə uzaqdan baxdın mənə, 7 saat bir otaqda olduq, bir havanı udduq, amma yaxınlaşmadıq bir-birimizə. Mən halsız, sən çarəsiz… İzin vermədilər toxunum sənə, əlim dəysin, qoxunu duyum. İzin vermədilər saçını oxşayım, o tərtəmiz ətrini ciyərlərimə çəkim. Heç olmasa təsəllim olardı mənim… Heç olmasa sənsiz qalanda səni hiss edərdim əzizim…

Birlikdə bir dənə rəsmimiz belə yoxdur, təsəllim köməksiz baxışlarını zillədiyin, içində tək sən olan şəkillərindir. Ona baxmaqdan doymuram, qoxulamaqdan, öpməkdən doymuram, səni hiss edərəm deyə onları basıram bağrıma…
Sənə qədər cox acı çəkmişdim, amma səni görən kimi unutdum hamısını, ən xoşbəxti oldum dünyanın. Nə hikmət varmış səndə, nə qüdrət, nə güc varmış… Sənin verdiyin acı hamısından ötə oldu, möhkəm oldu. Həyatın ən sərt şilləsini vurdun mənə o tərtəmiz əlinlə… Unuda bilməyəcəyim dağ çəkdin sinəmə, od saldın ürəyimə…
Hər dəfə yuxuma gələndə eyni sözü deyirsən mənə - "Burda çox rahatam, incitmə məni, ağlama!" deyirsən. Bədənini tərk etdikdən sonra yenə doğulmusan mələyim, yenə məsum bir can olmusan. Nə günahın varmış bilməm, Tanrım 7 saatlıq cəza kəsmiş sənə, gəldin, getdin…
Hər şeyin olduğu kimi qalıb, üz cizgilərin, baxışın. Bircə fərq var. Məndən uzaqda doğulmusan, ayrı doğulmusan, mənsiz doğulmusan. Bir tək röyalarda gəlirsən yanıma, bir tək orda buluşa bilirik…

Əlim belə dəymədi əlinə, telinə, bədəninə. Xatirən yox məndə, qoxun yox, ətrin yox burnumda. O qədər ağır cəza verdi ki mənə yaradan, o qədər ağır tale yazdı ki…
Sənsiz çox çətindir mənə, əziz balam! Sənsiz çox çətindir… Sənsiz dünya dünya deyil, mələyim! Sənsiz həyat çox sönükdür, çox eybəcərdir, çox rahatsızdır. Sənsiz günlərim gün deyil, əzabdır, çilədir. Bağışla məni, sən olmadan davam etdim həyatıma, bağışla….Amma unuda bilmədim səni, canım mənim!
Taleyi kəm, ömrü kəm, bəxti kəm qızım- Turanım! Adı kimi özü də qutsalım mənim! Eşidirsənmi məni? Duyursanmı ananı- gözünün nəmi heç qurumayan, ürəyi heç içdən sevinməyən, həyatdan küskün ananı… Yuxularımı əskik etmə məndən əziz balam, yuxuma gəl tez-tez, ətrini yuxumda duyum… Yuxumda görüm səni… Yuxuma gəl… Yuxuma gəl.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4601   Tarix: 23 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3