"İlhamə Quliyevaya qadağan edirəm..." – Elza

"İlhamə Quliyevaya qadağan edirəm..." – ElzaXalq artisti İlhamə Quliyevanın əməkdar artist Elza Seyidcahan haqqında dediyi "səviyyəsiz" sözü qarşı tərəfi özündən çıxarıb.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, bəstələdiyi "Ağ çiçəyim" Mahnısını oxumağı ona qadağan edib:

"Bundan sonra İlhamə Quliyevaya ona hədiyyə etdiyim "Ağ çiçəyim" mahnısını oxumağı qadağan edirəm. Zəhmət olmasa, mənim bəstəmi bir də səsləndirməsin. Xahiş edirəm İlhamə Quliyeva olan verilişlərdə, radiolarda, məclislərdə Elza adı çəkilməsin.

Onun Bəstəkarlar İttifaqının üzvü, Respublikanın əməkdar artisti, "MUZ-TV"-nin musiqi departamentinin rəhbəri, iki uşaq anası, Mahnı Teatrının solisti olan bir müğənniyə "səviyyəsiz" deməsə hörmətsizlikdir. O, tək məni yox, "Seyidcahan" soyadını daşıyan ailəmi, mənim müəllimim olmuş Arif Məlikov kimi bir sənətkarı da təhqir edib.

Ölkə başçısının "Şöhrət" ordeni və bir çox adlarla təltif etdiyi sənətkar xalqın müğənnisinə bu cür davranmamalıdır.

"Uğura doğru" konsertimi Prezident seçkilərinə həsr etdim. Burada ölkənin dəyərli insanlarını görmək istədim. İlhamə Quliyevanı da buna layiq bilib dəvət etdim. O isə mənim ünvanıma xoşagəlməz sözlər deyib.

Mən heç bir yerdə onun adını çəkməyəcəm. Qoy, İlhamə Quliyeva mənim səviyyəmə düşməsin. Onu narahat etdiyim üçün də üzr istəyirəm.

Mən başqaları kimi ona nə hədiyyələr verib, yaltaqlanmıram, nə də ünvanına nalayiq sözlər deyirəm".

Əməkdar artist həmçinin yeni layihəsindən də danışıb:

"Bu il ölkə başçısı İlham Əliyevin yenidən prezident seçiləcəyinə inanıram. Prezident seçkilərindən sonra da "Uğur mənimlədir" adlı layihəmi gerçəkləşdirəcəm. Bu tədbirə isə mənim səviyyəmdə olan sənətkarları dəvət edəcəm".

Qeyd edək ki, İ.Quliyeva konsertində onunla birlikdə səhnəni bölüşəcəyini deyən Elza Seyidcahan haqqında bu sözləri demişdi:

"Mən bilmirəm ki, bu adam niyə görə, mənim adımı çəkib. Mən məgər o səviyyənin adamıyam ki, Elza Seyidcahanla bir səhnəyə çıxım? Mən yəni o günə qalmışam… Mənim adımdan istifadə edib yalan danışmaqdan utanmır. Ayıb olsun ona. Mən belə tədbirlərdə qəti şəkildə iştirak etmirəm. Bunu hər kəs bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5056   Tarix: 23 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870